Folklor instituti


Şəxsiyyətə pərəstişin tənqidi və ədəbiyyatdakı dəyi­şik­liklər



Yüklə 4,03 Mb.
səhifə188/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   184   185   186   187   188   189   190   191   ...   211
3.Şəxsiyyətə pərəstişin tənqidi və ədəbiyyatdakı dəyi­şik­liklər
Stalinin şəxsiyyətə pərəstişdə ittiham edilməsindən sonra (1956) qumuq ədəbiyyatında da bir dəyişiklik görünməyə baş­ladı. Ədəbiyyatda şüarçılıq, müsbət qəhrəman axtarışları öz yerini in­sanın daxili aləminin, iç dünyasının işıqlandırılması ilə əvəzlədi.

Sovetlər dönəmində ədəbiyyatda ideoloji xətt aparıcı olsa da, şairlərin şəxsi həyatından, lirik duyğularından bəhs edən əsərlər xalq tərəfindən sevilir və dillər əzbəri olurdu.

Hakim ideologiya bir çox mövzuları qadağan etdiyinə görə, şairlər təbiətin tərənnümunə, lirik “mən”inə daha çox müraciət edir, yaxud da millətin, vətənin acınacaqlı taleyindən bəhs edən epik əsərlər yazarkən süjeti xarici ölkələrdə baş vermiş milli-azadlıq hərəkatından alırdılar.

1960-cı illərdə cəmiyyətdəki nöqsanlar eyhamlı şəkildə, sətiraltı tənqid edilirdi. Ədəbiyyata sosializm tərənnümçüsü kimi gələn gənclər də yaşa dolduqca xalqın tarixindən, adət-ənənələrindən, milli dəyərlərdən yazmağa üstünlük verirdilər.

Sovet ədəbiyyatının 1960-cı illər nəsli qumuq ədəbiyyatında da seçilir. Kamal Abukovun (1938), Mahammat Atabayevin (1938), Abzaydın Hamidovun (1938), Ahmat Jaçayevin (1939), Uzlipat Ibrahimovanın (1940), Abdulkerim Zalim­xa­no­vun (1940), Abdulxakim Hacıyevin (1940), Qebek Qonaq­biyevin (1961), Kazım Kazımovun (1961), Abdulla Zalim­xa­novun, Nabiyulla Mahammadovun və b. yaradıcılığında insanın daxili aləmi, həyatın rəngarəngliyi, psixoloji anlar önə çəkilir. Beləcə ədəbiyyatda sənətkarlıq yüksəlməyə doğru getsə də, mənəvi məsələlər ön plana çəkilsə də, şüarçılıq öz yerini ya­vaş-yavaş insan psixologiyasının açılmasına yönəltsə də, ideal müsbət qəhrəmanı daxili aləmində xeyir və şərin mü­ba­rizə apardığı surətlər əvəz etsə də bütovlükdə Sovet təbliğat maşınının təsirindən qurtula bilmirdi.

Moskvada-imperiyanın mərkəzində yaşayan bəzi Rus yazıçı və şairləri cəsarətlə Sovet quruluşunun nöqsanlarını əsərlərində tənqid edə bildilər. Lakin əksər əyalətlərdə və milli ədə­biy­yatlarda olduğu kimi qumuqlarda da bu mövzulara müraciət etməyə cəsarət edənlər tapılmırdı.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin