Muhammətəli Zunun (1939, Kaşqar şəhərinin Saqiyə məhəlləsi) xırda alverlə məşğul olan bir ailədə doğulmuşdur. 1955-1958-ci illərdə sabiq Şincanq Institutunun dil-ədəbiyyat fakültəsində oxumuş, ali məktəbi bitirdikdən sonra uzun illər müxtəlif kəndlərdə ədəbiyyat müəllimi işləmişdir. Ilk yaradıcılığa şeirlə başlayan Muhammətəli klassik irsdən səmərəli bəhrələnərək ahəngdar lirik poeziya nümunələri yaradıb. “Vüsal səhəri”, “Gülmihri”, “Qucaqla, o, sənin dədən” şeirlər kitabını oxucuların mühakiməsinə vermişdir.
Onun 80-ci illərdə çap etdirdiyi “Iki oxuğucum”, “Quş məscid”, “Münapiqin ölümü” və başqa kitablarındakı nəsr nümunələri uyğurlar arasında ən çox oxunan və ən çox sevilən əsərlər sayılır. Muhəmmətəli Zunun ədəbi yaradıcılığa vicdanla yanaşan uyğur ədiblərindəndir. Hansı janrda yazmasından asılı olmayaraq əsərləri həmişə diqqət mərkəzində olur. Onun “Gömülməz izlər” faciəsi daha məşhurdur. Abdurihim Ötkürün 1910-cu illərin hadisələrini əks etdirən “Iz” tarixi romanı əsasında yazılmış faciə milli qəhrəman Tümür Xəlpinin zülmkar şaha qarşı mübarizəsindən bəhs edir.
Dostları ilə paylaş: |