Tursun Yünüs (1942, Yerkən bölgəsi) 1958-ci ildə orta məktəbi, 1964-cü ildə Teatr Institutunun aktyorluq fakültəsini bitirmiş, Şincanq Opera Teatrında işləmişdir. Ilk yaradıcılığa şeirlə başlayan Tursun 1988-dən Tenqritağ kinostudiyasında çalışmış və 80-ci illərdə dramçılıqda gücünü sınamışdır. “Qanlı illər”, “Muğam əcdadları” silsilə dramlarını, ”Kötülmigən toy”, “Karamət bir gün”, ”Altun böşük”, “Həsən və Hüsən” və s. əsərləri yazaraq səhnələşdirmişdir.
Uyğurlar arasında məşhur olan 12 muğam əsasında yazdığı “Muğam əcdadları” silsilə dramlarını xalqının taleyinin bədii dillə əksi adlandırmaq olar. Diqqəti çəkən odur ki, Azərbaycanın tanınmış şair və dramaturqu Bəxtiyar Vahabzadənin yazdığı ”Muğam” poeması yalnız ad oxşarlığı ilə deyil, mövzuca da “Muğam əcdadları”na yaxındır. B.Vahabzadənin poeması əsasında da televiziya və teatr tamaşaları hazırlanmışdır.
Dostları ilə paylaş: |