(Arnaut T., 2005: 33-34)
D.Karaçobanın “Ilk laf” (Ilk söz, 1963), “Yanıklılık” (Arzu, 1968), “Baylmak” (Ilham, 1969), “Persenqeler” (Variatsuyalar, 1970), “Zelennoye plamya” (Yaşıl alov, 1970), “Stixlar” (1984), “Azbuka otkrıtiy” (1989) şeir kitabları, “Alçak saçak altında” (Alçaq dam altında, 1966) hekayələr kitabı çap olunmuşdur (Qaqauz folkloru, 1996:3). Onun şirin hekayələri və kinossenariləri qaqauz ədəbiyyatının inkişafına öz təsirini göstərmişdir. Daim ana dilinin təmizliyi uğrunda mübarizə aparan ədib naturaçılığa meylli olmuşdur. Hekayə yazarkən günlərlə kəndliləri danışdırar, onların söhbətlərini dəftərində qeyd edər, sonra da bu söhbətləri bədiiləşdirərək hekayəyə çevirərmiş. Buna görə də əsərlərində ümumiləşdirmələr, psixoloji dərinlik əvəzinə insanların gündəlik yaşam tərzi üstünlük təşkil edir.
Ömrünü mübarizələrdə, qovğalarda keçirən şairin vaxtsız ölümü xalq arasında müxtəlif söz-söhbətin yaranmasına səbəb olmuşdur. Özünü qatarın altına ataraq intihar etməsi haqqında rəsmi dairələrin verdiyi bilgiyə bu gün də inanmayanlar var.
Dostları ilə paylaş: |