Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə49/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   45   46   47   48   49   50   51   52   ...   211
Mina Vasili oğlu Kösə (19.08.1933, indiki Moldova Res­publikası Qaqauz Yeri MV Komrat rayonunun Beşalma kəndi,-25.11.1999, Beşalma). Qaqauz ədəbiyyatında didaktik şeirləri ilə tanınmışdır. Ömrünün çoxunu doğulub boya-başa çatdığı kənddəki məktəbdə öyrətmənliklə keçirən şair, bir ara məktəb direktorluğu, kolxoz-sovxozlarda partiya təşkilat katibi, Kara­çoban adına Beşalma Tarix-Etnoqrafiya Muzeyinin direktoru da işləmişdir. Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirən Mina Kösənin ilk şeirləri 1959-cu ildə “Bucaktan ses­ler” toplusunda çap edilmişdir. 1973 ildə isə şairin “Kısmet” (Xoşbəxtlik) adlı ilk kitabı işıq üzü görmüşdür.

Sovet təbliğatına ürəkdən inanan və xalqların xoşbəxtliyini kommunizmin dünyada qalib gələcəyinə, Sovet dövlətinin xalqları əsarətdən qurtaracağına ümid bəsləyən şair ömrünün sonunadək bu mövzuya sadiq qalmışdır. Moldova Yazıçılar Birliyinin üzvü olmuş Mina Kösə “Kardaşlık” (1975), “Zapax zemli” (1979), “Topraan yrek düülmesi” (Torpağın ürək dö­yün­­məsi, 1983), “Xazır ol” (Hazır ol, 1986), “Umutlar” (1988), “Dattım ömürden” (1991), “Sabansaarın gün” (1993) ki­­tablarını çap etdirmişdir.

Şair vətən sevgisini, ana yurda sevgisini belə təsvir edir:

Sıcak mı dışarda,

Ayaz mı orada-

Bu benim topraam,

Bu benim Bucaam!

Vətən qızlarının qara qaşını, uzun saçını meyvə bağlarının cərgələrinə bənzədir və insanların çalışqan olduqlarını dilə gətirir, cənnətdə yaşadıqlarını təsvir edir:

Tarafımın güzelii

Kamaştırdı gözlermi-

Üstün-üstün çiçekler,

Kara kaşlı da kızlar.

Baalar uzun pelikli,

Başça onda büük çiizli,

Köşä-bucak tertipli,

Käämil topraam ray kimi...




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin