Qavril Arkadi oğlu Qaydarcı (02.09.1937, indiki Moldova Respublikası Qaqauz Yeri MV Kaul rayonunun Kırbaalı kəndi, - 14.02.1998, Kırbaalı). Ədəbiyyata şeirlə gələn Qavril Qaydarcının ilk kitabı 1972-ci ildə çap olunmuşdur. “Ana tarafım” adlandırdığı kitaba şair lirik və ictimai-siyasi məzmunlu şeirlərini toplamışdır. Onun poetik yaradıcılığından söz açanlar rumın şairi Mixay Emineskydan (1850-1989) təsirləndiyini yazırlar. Şair “Kaaviysin can” şeirində yazır:
Ateş, kızqın Bucak yolu,
Yaker-yok kurtuluş...
Daa boyunda meşä boylu,
Bir sık gölgä sermiş....
Kaaviysin sän, kaviyim bän,-
Zor kırmaa bizi,
Küvedimiz bak toprakdan,
Ana topraan teri.......
Qavril Qaydarcı insanları barışa, əmin-amanlığa, dincliyə, qardaşlığa çağıran misraları ilə daha çox yadda qalmışdır. Onun savaşa nifrət aşılayan “Eski okoplar” şeiri qaqauz məktəblilərinin toplantılarda, bayramlarda çox söylədikləri şeirlərdəndir.
Dunay çayına müraciətlə yazdığı “Tuna, Tuna..” şeirində deyir:
Türkülü düzlükça Kara denizä
Tuna durmamayca aktarer dalga.
...Kardaş halklar, mutlak Tuna boyundan
Katlayarlar, ortak, şanı eveldän!...
Şairin əsərlərində torpaq, ana vətən mövzusu aparıcıdır. Xalqının 20-ci yüzildə çəkdiyi əziyyətləri, məhrumiyyətləri poetik dillə qələmə almaqla gələcək nəsilləri bu acıları unutmamağa çağırır. “Ay Bucaam, Bucaam” şeirində yazır:
Ay Bucaam, Bucaam,
Zavallı Bucaam.
Ne pek suuk tenin,
Ne pek kıt kucaan!
Evellär haksız
Sän emärdin ter
Dedelär susuz
Aktarardı yer.
Evellär engin
Meralarında
Bilmäzdin rengi,
Pelindän karä.
Ay Bucaam, Bucaam
Türkülü cömert!
Ne dolmuş kucaan
Çok renkli demet!.....
Dostları ilə paylaş: |