Folklor instituti


(Gagauz dili hem literatura 8 klas, 2003:228)



Yüklə 4,03 Mb.
səhifə53/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   49   50   51   52   53   54   55   56   ...   211
(Gagauz dili hem literatura 8 klas, 2003:228)

Şair daha çox elmi yaradıcılıqla məşğul olduğundan şeirləri azdır. Bir də onun əsərlərinə 1981-ci ildə çap olunan “Çık, çık günəş” adlı topluda rast gəlirik.

1953-cü ildə Tiraspol şəhərindəki A.S.Makarenko adına Pedaqoji Məktəbə qəbul olunan Qavril oranı bitirdikdən sonra 1957-ci ildə Kişinyov Dövlət Universitetinin tarix-filologiya fakültəsində təhsilini davam etdirir. Rus dili və ədəbiyyatı ixtisasına yiyələnməyə çalışan Q.Qaydarcını diplom işini bitirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Univer­si­tetinin şərqşünaslıq fakültəsinə göndərirlər. Burada o, aspi­rantlar üçün təşkil olunmuş kurslarda iştirak edir.

“Qaqauz dilində zamanın ifadə üsulları” mövzusunda yaz­dığı diplom işi yüksək qiymətləndirilir. 1962-ci ildə “Müasir qaqauz dilində zaman budaq cümləsi” kitabı nəşr olunur.

1963-cü ildən Moldovanın Beltse şəhərindəki “Iskra” qə­ze­tində korrektor, ədəbi işçi, məsul katib işləyir. Beltsedəki Peda­qoji institutun müsabiqəsi onun həyat yolunu dəyişir. Müsa­bi­qədən keçərək rus dili kafedrasında müəllim işləməyə başlayır. 1969-cu ildə SSRI EA Dilçilik Institutunun türk dilləri üzrə aspiranturasına qəbul olunur. 1972-ci ildə “Müasir qaqauz di­lində budaq cümlə tipləri” mövzusunda yazdığı dissertasiyanı müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alır.

Dissertasiyasının mövzusundan istifadə edən Q.Qaydarcı 1973-1981-ci illərdə iki monoqrafiya çap etdirir (Tağısoy N., 2010:185). Əsasən lüğətçilik sahəsində çalışan Q.Qaydarcı E.K.Koltsa, L.A.Pokrovskaya və B.P.Tukan ilə birlikdə “Qa­qauz türkcəsində-rusca-moldovca” sözlüyü hazırlayaraq 1973-cü ildə Moskvada çap etdirmişdir. Sonralar onu Türkiyəyə - TIKA-nın hazırladığı “Karşılaştırmalı Türk lehceleri sözlüğü” kitabını hazırlamağa dəvət etmişlər. Orada qaqauz türkcəsində “a” hərfi ilə başlayan sözlərin lüğətini hazırlamışdır.

1987-ci ilədək Beltsi Pedoqoji Institutunda çalışan Q.Qay­darcı sonralar Moldova Elmlər Akademiyasına dəyişilərək oradakı Azsaylı Xalqlar Institutunda direktor müavini, 1996-cı ildən ömrünün sonunadək həmin Institutda Qaqauzşünaslıq şöbəsinin müdiri işləmişdir.

SSRI Türkologiya Komitəsinə üzv seçilmiş, Moldova Orfo­qrafiya Komitəsinə sədrlik etmiş, qaqauz dili və ədəbiyyatı kitablarını, dərslik və proqramlarını hazırlamış, Kişinyov Döv­lət Universitetində, I.Krenqa adına Pedaqoji Universitetdə, Komrat Dövlət Universitetində mühazirələr oxumuş Q.Qay­darci qaqauzların muxtariyyat əldə etməsi uğrundakı müba­rizəsində də fəal iştirak etmişdir.

Şairin “Ana tarafım” şeirinə bəstəkar Mixail Koltsa mahnı yazmışdır.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin