Folklor instituti


Mariya Angel qızı Durbaylo (Kuyumcu)



Yüklə 4,03 Mb.
səhifə58/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   54   55   56   57   58   59   60   61   ...   211
Mariya Angel qızı Durbaylo (Kuyumcu) (1941, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Tomay kəndi). Kişinyov Universitetinin tarix fakültəsini bitirmişdir. Moldova Elmlər Akademiyasının Qaqauzologiya şöbəsin­də elmi işçi kimi çalışmışdır. Əsasən folklor nümu­nə­lə­ri­nin toplanması və araşdırılması ilə məşğul olmuşdur. Mətbuatda onun imzası çox gec-1987-ci ildən görünməyə başlamış, Mol­dova və Ukraynada yaşayan qaqauz türklərindən topladığı folk­lor nümunələrindən balladaları 1991-ci ildə Kişinyovda ayrıca kitab kimi çap etdirmişdir.

Ədib oxucuların mühakiməsinə folklor araşdırmaları ilə ya­naşı, öz şeir və hekayələrini də vermişdir. “Toomsuz tarlada yaban gülleri” adlı kitabına 10 hekayəsi daxil edilmişdir. Bu kitabdakı hekayələrin bir çoxu avtobioqrafikdir. Psixoloji nəsr sahəsində qələmini sınayan yazıçı qaqauz adət-ənənələrini heka­yələrində incəliyi ilə verməyə çalışmışdır.


3.3 Üçüncü dövr
Qaqauz ədəbiyyatının üçüncü dövrünə Ikinci Dünya Sava­şından sonra doğulub, ədəbi aləmə 1960-1970-ci illərdən gə­lən­lər - Qeorgi Taşoğlu (1948), Vasi Filioğlu (1949), Petr Moy­sa (1951), Mariya Mercanka (1951), Stepan Bulqar (1953), Todur Marinoğlu (1955), Petr Çebotar-Qaqauz (1957), Dmitri Ayoğlu (Novak) (1957), Todur Zanet (1958) və b. daxil edilir­lər. Onlar 1980-ci illərin sonlarından başlayaraq yaşlı nəsildən daha çevik milli-vətənpərvərlik ruhlu əsərlər yaratmağa başla­mış, qələmlərini milləti azadlıq və müstəqillik uğrunda müba­rizəyə səfərbər etmişlər.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin