Folklor instituti


(Uzaklıkta) Qaqauz ədəbiyyatı tarixindən bəhs edən ilk kitabı da Petr Qaqauz-Çebotar yazmışdır. Todur Ivan oğlu Zanet (



Yüklə 4,03 Mb.
səhifə63/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   59   60   61   62   63   64   65   66   ...   211
(Uzaklıkta)

Qaqauz ədəbiyyatı tarixindən bəhs edən ilk kitabı da Petr Qaqauz-Çebotar yazmışdır.



Todur Ivan oğlu Zanet (14.06.1958, indiki Moldova Res­publikası Qaqauz Yeri MV Komrat rayonunun Konqaz kəndi). Kişinyov Politexnik Institutunu bitirsə də, yeniyetməlik illə­rindən ədəbi mühitdə olmuşdur. “Mali” adlı ilk şeirini 1977-ci ildə dərc etdirmişdir.

Institutu bitirib tikintidə iş icraçısı işləsə də ədəbiyyatdan uzaqlaşmamışdır. Millətinin hüquqlarının tapdandığını, assi­mil­ya­siyaya uğradıldığını görən Todur Zanet var gücü ilə bu haqsızlığa, müstəmləkəçiliyə qarşı çıxmışdır.

Moldaviya Dövlət Radio və Televiziyasında 1986-cı ildən onun yaxından iştirakı ilə qaqauz türkcəsində “Bucak dalğası” proqramı efirə çıxmışdır. Bu proqram N.Baboğlunun rəhbərliyi ilə hazırlanırdı. Todur Zanet də bu proqramın hazırlanmasında yaxından iştirak edir. Onun millətini oyatmaq, vətənini dirçəlt­mək üçün apardığı mübarizə televiziyaya baxan qaqauzların ürə­yindən idi. Odur ki, qaqauz xalqının həyatında xüsusi yeri olan “Ana sözü” qəzeti 1988-ci ildə nəşrə başlayanda qaqauz­lar arasında yaşlı və təcrübəli, ədiblər, qəzet işçiləri olsa da, on­lar bu işin altına girməmiş, gənc Tudor Zaneti redaktor ol­mağa razı salmışlar.

Todur Zanetin cəsarəti, təşkilatçılıq bacarığı sayəsində “Ana sözü” qəzeti böyük nüfuz qazanmış, partiya funksionerləri, hö­kumət məmurları, respublikanın xüsusi xidmət orqanlarının əməkdaşları bu çılğın gənci ram edə bilməmişlər. Onun özü də, redaktoru olduğu qəzet də demokratiyanın, milli azadlıq hərə­katının öncüllərindən olmuşdur.

O, 1993-cü ildə daha bir cəsarətli addım ataraq, qəzeti latın əlifbası ilə çap etməyə başladı. Zaman da T. Zanetin nə qədər doğru olduğunu göstərdi.

Azərbaycan, Türkiyə və başqa türk respublikaları ilə sıx əla­qə qurmağa çalışan, oralara tez-tez səfər edən, milli ruhlu ziyalılarla, ictimai-siyasi xadimlərlə görüşən T.Zanet “Ana sözü”nü ümumtürk qəzeti etməyə çalışırdı.

Onun ilk şeirlər kitabı 1989-cu ildə işıq üzü görmüşdür. Elə həmin il çap olunan “Ilkyaz türküsü” almanaxı da şairin şeir­lə­rinə geniş yer ayırmışdır. Şeirlərində sosial məsələlər, dünya prob­lemləri, insanların arasında sevgi və dostluq ön plana çəkilir və bütün bunlar qaqauz xalqının timsalında verilir. Onun milli duyğularla yüklənmiş misraları qaqauz xalqının müstəqillik mübarizəsinə öncüllük etmiş və bu işə işıq salmışdır. T.Zanet “Zamanayersin, evim!”(1989, 1990), “Karımcalık” (1989), “Bö­cecik” (1991), “Akardı Batıya Güneş” (1993), “Gıcırdeer ka­famı çarkları” (1993), “Akar yıldız” (1998) “Dramçılıq” (2006) kitabları nəşr olunmuşdur. “Dramçılıq” kitabına görə o KIBATEK-in (Kıbrıs-Balkan-Avrasiya-Türkiyə Edebiyat Kuru­mu) 2007-ci ilin ədəbiyyat mükafatı təqdim olunmuşdur.

Şair həmişə millətinin gələcəyini düşünmüş, bunun üçün də uşaqların ana dilini yaxşı bilməsinə xüsusi diqqət yetirmişdir. Hətta ilk kitabını üç bölümə - “Can sesi”, “Sayılmaklar” və “Dil­kırmak, yanıltmaşlar”a ayırmışdır. Şair hamımızın bildiyi bir uşaq oyununu vəzn və qafiyəsinə toxunmadan, ritminə xələl gətirmədən, hətta ilk misralarını saxlamaqla yeni məz­munlu gözəl bir uşaq şeirinə çevirmişdir:

Bir, iki-

Gəldi tilki.

Üç, dört-

Qazı ört.

Beş, altı –

avcı kalkdı

Yedi, sekkiz-

ateş ikiz.

Dokuz, on-

Tilkidän kaldı salt don.

T.Zanet uşaqlar üçün şeirlər yazmaqla yetərlənməyib, 1990-1994-cü illərdə qaqauzların ilk uşaq jurnalı “Kırlanqac”ın baş redaktoru olmuşdur.

Daim vətən və millət haqqında düşünən, xalqını öz haqqı uğ­runda mübarizəyə səsləyən T. Zanet “Kim kabaatlı?” şeirin­də yazır:

Bu dünnedä

Ne biz diil mi insan?..

Neçin diliz hodul,

Ki uzak dedemiz

Devlet da kurmuş.

Duşman esnemiş,

“Memleket” şeirində də babalarına üz tutaraq deyir:

Memleket kaç diiştirdin

Bu erda, dedäm benim,

Ne kadar kahır çekdin...

Todur Zanet də xalq yaradıcılığından əsərlərində geniş isti­fadə edir. Buna görə də onun şeirlərini oxuyanda adamın ya­dına bayatılarımız düşür. Məsələn:

...Şu yaldızlı duygumu,

Yarım alsa uykumu.

Yıllar kıta dönmesä

Sevda-kısmat ölmesä.

Şair təbiətlə bir varlıq, insan kimi danışır, ona müraciət edir. Torpağa, suya, dağa, aya, ulduza, günə müraciət edən şair deyir:

Koy adımı benim günəş,

Da çin sabaalan geleyim.

Dan yerindän seftä ateş

Suradına bän serpeyim.

SSRI Bessarabiyanı tutduqdan sonra oranın kənd təsərrü­fatını kollektivləşmə, kolxoz quruculuğu adı altında dağıtmışdır. Mü­qavimət göstərənlər isə güllələnmiş, həbs edilmiş və sürgünə göndərilmişdir. Bölgəni aclıq bürümüş, yüzlərlə insan acından ölmüşdür. Qaqauzların bir qismi 1947-1948-ci illərdə Azərbaycana sür­gün edildilərsə, bir qismi də aclıqdan yaxa qurtarmaq üçün buraya özləri gəlmişdir.

Uzun illər xalqın bu böyük faciəsi haqqında danışmaq yasaq idi. Ilk dəfə Todur Zanet nəinki bu mövzuda danışdı, hətta onu ədəbi mövzuya çevirdi. Onun “Aaçlık kurbannarı” pyesi qaqauzların arasında böyük maraqla qarşılanmışdır. Yazıçı və şairlər, ictimaiy­yət məsələni gündəmdə saxlamış, nəticədə aclıq qurbanlarına abidə qoyulmuşdur.

Todur Zanet isə bu mövzunu soyqırım kimi dəyərləndirirdi. Şair “Aclıq” şeirində yazır:

Yaamur yaayardı nerdä sä,

Salt diyil Bucaamızda.

Toprak olmuştu kırımsa,

Bitmişti su punarlarda.

“Toum için kaldı tenä.

Oncaz da az afet.

Uşaam, istemä sän imää,

Inan hiç yoktu bereket”.-

Ana düüler bir kuş gibi.

Nedän bu takaza?

Uşak işitmeer:

“Ver imää... Imää ver, mamu... ver imää...”

Bitti tenä, bitti tozak,

Bitti kabuk fidannarda

Aman, çirkin bu iş kurak,

Sündü cannar doz dolayda.

Kim söleycek:

Kaç insanı

Öpemedi yalpak ana?

Kim söleycek:

Kaç insanı başka hiç görmedi tarla?

Aala canım, aala...


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin