Lyubov Stepan qızı Çimpoeş (12.08.1958, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır-Lunqa rayonunun Tomay kəndi.) O, Kişinyov Dövlət Universitetini bitirdikdən sonra Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında oxumuş, şifahi xalq ədəbiyyatı kafedrasında qaqauz dastanlarının tədqiqi ilə məşğul olmuşdur. Araşdırmalarını uğurla başa vuraraq filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
1987-ci ildən Moldova Elmlər Akademiyasında işləyir, hazırda qaqauzologiya şöbəsinin müdiridir. Ədəbiyyata şeirlə gəlsə də, son dövrlər daha çox elmi araşdırmalarla məşğul olur. Onun qaqauz dastanlarını ümumtürk mədəniyyəti kontekstində öyrənmə cəhdi təqdirəlayiqdir. Bu yöndə bir kitabı (Çimpoeş, 1997) və bir neçə məqaləsi çap olunmuşdur. Uluslararası sempoziumlarda da bu mövzuda maraqlı məruzələr edir. Şeirlərini bir yerə toplayaraq, 2001-ci ildə “Duyğu başçesi” adı altında kitab kimi çap etdirmişdir. Aşağıda onun iki şeirindən parçalar veririk:
Var fasıl bir havezim,
Gül yapraa gibi olayım,
Soluu pakleer eşilik,
Isterim bän da faydalanayım,
Bu dünneyrin kahırını,
Olsa kalbimdän geçireyim,
Paklayıp diiştreyim,
Sevinmelää çevireyim,
Havazlik
Yamur, paalı musaafirim,
Sellamneerim günümü.
Uzun vakıt beklettin
Sana hasret insanınıı...
Yamur, palı musaafirim
Dostları ilə paylaş: |