(Çimpoeş L., 2005: 262-263)
Petr Trifon oğlu Yalancı (1964, indiki Moldova Respublikası Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kəndi-2002). Şeirlərini yerli qəzetlərdə rusca və qaqauz türkcəsində çap etdirməklə ədəbiyyata gələn Petr Yalancı 1994-cü ildən çap olunan “Qaqauzun səsi” qəzetinə redaktorluq etmişdir. Ilk şeirlər kitabı “Süünməz yıldızlar”ı 1995-ci ildə Kişinyovda latın qrafikalı yeni qaqauz əlifbası ilə nəşr etdirmişdir. Nə yazıq ki, istedadına böyük ümidlər bəslənilən bu insanı əcəl vaxtsız aramızdan aparmışdır.
Şair “Ana dilim” şeirində yazır:
Paalı ana dilim
Girdi canıma sessiz
Urää verdi ilinnik,
Sevinçlää-bitkinsizlik.
Ana dilsiz diil insan
Onu läzım korumaa.
Ana dilnän biz tamanız,
Bunu olur annamaa!
“Türk halkına” şeirində isə deyir:
Türklüü severim-biz kardaşız:
Hepimizidä bir ecel,
Biz, bezbelli, peydalanmışız
Bir amurdan hem bir gecä.
Halkıma geridä qalmışız
Yaşamakta, işit kardaş!
Kardaşsız necä yalnızız,
Ko ensesin birlää savaş!
Petr Yalancı lirik şeirləri ilə də qaqauz oxucularına özünü sevdirə bilmişdir. Onun şeirlərinə bəstəkarlar mahnı qoşmadan da gənclər nəğmə kimi oxuyurlar. Şair lirik şeirlərinin birində deyir:
Sana, yarım, türkü çalerem,
Kızğın ederem canını.
Tenini canıma dayerım,
Severim herbir saçını.
Şair böyük maraq və həvəslə Bakıya gəlmişdi. Burada rastlaşdığı nöqsanlar onu hövsələdən çıxarır, əsəbiləşdirirdi. Bunun səbəbini də belə izah edirdi: “Başqa yerlərdə də bu nöqsanlar, çatışmazlıqlar var. Amma Azərbaycanda bunların olmasını mən istəmirəm. Hamımız buraya ümid yerimiz, göz dikdiyimiz yer, sabahımıza yol göstərən mayak kimi baxırıq”.
Dostları ilə paylaş: |