Folklor instituti


Fazil Apas ulu Abdulcəlilov (



Yüklə 4,03 Mb.
səhifə94/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   90   91   92   93   94   95   96   97   ...   211
Fazil Apas ulu Abdulcəlilov (01.03.1913, RF Stavropol ölkəsi, Mineralnıye Vodı rayonunun Kanqlı kəndi-1974). Kasıb bir ailədə doğulan, kəndlərindəki məktəbi bitirdikdən sonra Çer­kessk Pedaqoji Texnikumunda oxuyan Fazil “Tənbəl Gi­rey”, “Murat şəhərdə nə gördü?” (1932), “Biz sosializm qu­ruruq” (1932), “Iki dünya” (1932), “Uşaqlar üçün müxtəlif he­kayələr” (1933) və b. əsərlərini yazıb çap etdirəndə 19-20 yaş­larında imiş. O, 1930-cu illərdə yazdığı hekayə və povestlərini əsasən “Uşaqlar üçün ədəbiyyat”, “Yeniyetmələr üçün ədəbiy­yat” rubrikaları altında çap etdirmişdir.

Ikinci Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin, keçmişi tənqidin, sosializm quruculuğunun tərənnü­münün arxa plana keçməsinə, publisistikanın qabarmasına şə­rait yaratmışdır. F.Abdulcəlilovun da 1941-1950-ci illərdə yazdıq­larının böyük qismi qəzet və jurnal məqalələrini xatırladır.

1950-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlərin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilmişdir. Fazil Abdul­cə­li­lovun “Güclülər ailəsi” (1950), “Asantay” (1956), “Sərt dö­nüş” (1961) povestlərini, kolxozlaşmadan bəhs edən “Güclü axın” romanını, “Kuban çağlayır” (1955), “Kuban-mənim nəğ­məm” (1957) şeir toplularını çap etdirmişdir. Onun “Güclülər ailəsi” povesti daha çox təbliğ olunmuşdur.

Noqay ədəbiyyatına şair, nasir və dramçı kimi daxil olan F. Abdulcəlilovun ən böyük xidmətlərindən biri ədəbi dili zəngin­ləşdirmək olmuşdur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin