Key words: The Nogays, Kipchak-Nogay literature, folklore, epos “Edigey”, modern literature.
QARAÇAY-MALKAR (BALKAR) TÜRKLƏRI
ƏDƏBIYYATININ INKIŞAF YOLU
Özət: Uzun illər qaraçay-malkar (balkar) ədəbiyyatı tarixini araşdıranlar onun 18-ci yüzildən başladığını yazırdılar. Son zamanlar isə qaynaqlara dayanaraq Mikail Şamsi Baştu (835-900), Tram xan (X-XII yüzillər), Zurum Biyçe (XIV), Aqbilek Biyçe (XIV), Qoşayax Biyçe (XVI-XVI yüzillər), Qaltur Semenov (XVIII yüzil) kimi yaradıcı şəxsiyyətlər haqqında bilgi verməklə qaraçay-malkar yazılı ədəbiyyatının tarixinin 9-cu yüzildən başladığını bildirirlər. Gənc araşdirıcıların bəziləri isə ədəbiyyat tarixlərini Orxon-Yenisey abidələri ilə başlayırlar. Bu da təbiidir. Xalq özünü tanıdıqca, tarixini öyrəndikcə milli şüuru artır, tarixinə də, ədəbiyyatına da, mədəniyyətinə də yiyə çıxır.
Rusiya işğalçılarının yeritdiyi ayrı-seçkilik siyasəti gücünü itirdikcə qaraçay-malkarlar (balkar) arasında əski qıpçaq ədəbiyyatının, ümumtürk mədəniyyətinin öyrənilməsinə və təbliğinə da maraq artır. 20-ci yüzildə yaratdıqları ədəbi nümunələri yeni gözlə saf-çürük edir, Sovet dövründə yasaqlananlar üzə çıxarılır, dəyərlilərini yenidən çap edərək gənc nəslin ixtiyarına verirlər.
Qaraçay-malkarlar (balkar) günümüzədək zəngin folklorlarını qoruyub saxlaya bilmiş və onları toplayaraq çap etdirmişlər. Bunlara daxil olan nartları, tanrılar haqqında nəğmələri, uşaq folkloru nümunələrini öyrənmək ümumtürk folkloruna, mədəniyyətinə, dünyagörüşünə yiyələnmək baxımından olduqca vacibdir. Bu zəngin xəzinə vaxtında öyrənilməsə dünya mədəniyyəti bir parçasını itirmiş olar.
Qaltur Semenov (Semenlanı) (1751-1851), Küçük Bayramukov (Bayramuklanı) (1772-1862), Qasbot Qoçqarov (Qoçqarlanı) (1834-1940), Kazım Meçilanı (Meçiyev) (1859-1945), Islam Kırımşamxalov (Kırımşamxallanı-Teberdiçi) (1864-1910), Ismayıl Akbayov (Akbaylanı) (1874-1937) və b. qaraçay-malkar klassikləri ilə yanaşı 20-ci yüzildə ədəbiyyata gəlmiş Ismail Semenov (Semenlanı) (1891-1981), Ömər Əliyev (Aliylanı) (1895-1938), Islam Xubiyev (Xubiylanı) (1896-1938), Issa Qarakötov (Qarakötlanı) (1900-42), Daut Bayqulov (Bayqullanı) (1902-42), Abdulkerim Bayqulov (Bayqullanı) (1902-42), Abidat Botaşov (1902-82) Asan (Xasan) Appayev (Appalanı) (1904-38), Azret Örtenov (Örtenlani) (1907-37), Bert Qurtuyevin (Qurtulanı) (1910-2001), Axmat Bilimğotov (1910-60), Kerim Otarov (Otarlanı) (1912-74), Toxtar Borlakov (Borlaklanı) (1914-42), Maqomet Urusov (Uruslanı) (1916-42), Xabu Xatsiyev (Xatsilanı) (1916-74), Maksim Qıttıvanov (Qıttıvanlanı) (1916-86), Qaysın Quliyev (Qulilanı) (1917-85), Xalimat Bayramukova (Bayramuklanı) (1917-96), Osman Xubiyev (Xubiylanı) (1918-2001), Ibraqim Maqammatov (1919), Azret Semenov (Semenlanı) (1924-2008), Tanzila Zumakulova (Zumakullanı) (1934), Jağafar Tokumayev (Tokumalanı) (1935), Xusey Caybayev (Caybalanı) (1936-99), Salix Qurtuyev (Qurtulanı) (1938), Salix Xoçuyev (Xoçulanı) (1910-42), Axmat Sozayev (Sozalanı) (1941), Muradin Ölmezayev (Ölmezlanı) (1949) və b. yaradıcılıqlarında bu zəngin söz xəzinəsindən yararlanmağa çalışmışlar.
Dostları ilə paylaş: |