Islam Kırımşamxalov (Kırımşamxallanı-Teberdeçi). (1864, Indiki Kuban quberniyasının Kart Curt kəndi-03.12.1910, Ukrayna Respublikası, Kırım Muxtar Respublikasının Yalta şəhəri). Qaraçay yazılı ədəbiyyatının banilərindən sayılan Islam knyaz ailəsində doğulmuşdur. Ata-anasını uşaq ikən itirdiyindən ilk tərbiyəsini dayısı, məşhur malkar ziyalısı Ismail Urusbiyevin yanında almışdır. Peterburq mühiti, orada dostlaşdığı insanlar gənc Islamın dünyagörüşünün formalaşmasına güclü təsir göstərir. Rus və ərəb dillərinin qramatikasını dərindən öyrənən Islam 1903-1910-cu illərdə Parisdə çərkəz Maqomet bey Xacet Laşenin rus, türk və tatar dillərində nəşr etdirdiyi “Musulmanin” jurnalı ilə əməkdaşlıq edir.
Moskva Rəssamlıq Məktəbinə qəbul olunan I.Krımşamxalov vərəm xəstəliyinə tutulduğundan təhsilini başa vura bilmir. Vətənə qayıdaraq 1894-1910-cu illərdə Teberdedə yaşayır, içtimai işlərlə məşğul olur, “Severnıy Kafkaz” qəzetinə və “Musulmanin” jurnalına məqalələr yazır.
Onun evi yalnız yerli əhalinin deyil, bölgəyə gələn qonaqların da mədəni mərkəzi rolunu oynayır. O, ardıcıl rəssamlıqla məşğul olmaqla yanaşı, latın qrafikalı ilk qaraçay əlifbasını yaradır.
Şair və peşəkar rəssam kimi tanınan Islam Kırımşamxalov uşaq şeirləri və satiraları ilə məşhurdur. “Anda bla mında” (Orda ilə burda) adlı hekayə yazdığını söyləsələr də, bu hekayə günümüzədək gəlib çıxmamışdır (Literatura narodov..., 1999:149-151).
Dostları ilə paylaş: |