Ismail Unux ulu Semenov (Semenlanı) (1891, Kuban quberniyasının Uçkulan kəndi-1981) Qaraçay-malkar şeirində fəlsəfi düşüncənin və poetik sözün zirvəsini xalq şairi, nəğməkar Ismail Semenovun (Semenlanı) yaradıcılığı təşkil edir. O, məşhur “Minnitav” (Elbrus dağı) mahnısının, “Aktamak” lirik-epik poemasının və b. poetik parçaların yazarıdır. Bu poema dağlının yüksək və ülvi sevgisi haqqındadır. Poemada simvolikadan fəlsəfi səviyyədə istifadə olunmuşdur. Burada təbiətin gözəl mənzərələri canlanır, milli adət və ənənələr göstərilir. Xalq şeirləri üslubunda yazıları ilə ədəbiyyata gələn I.Semenov 1920-ci illərdən modern şeir yaradıcılığına başlamışdır. 1939-cu ildə ermənilərin milli qəhrəmanı Sasunlu Davudun 1000 illiyinə Yerevan şəhərində təşkil olunmuş şeir müsabiqəsində birinci mükafata layiq görülməsinə baxmayaraq həmişə sıxışdirılmış, şeirlərinin çapına qadağalar qoyulmuşdur. Buna baxmayaraq ömrünün sonunadək antisovet ruhlu şeirlər yazmaqdan çəkinməmişdir.
Ismail Semenov cəsarəti, qətiyyəti və dönməzliyi ilə nəinki qaraçay-malkalar arasında, Quzey Qafqazın hər yerində nüfuzlu bir şəxs kimi tanınmışdır.
Dostları ilə paylaş: |