Islam Abdulkerim ulu Xubiyev (Xubiylanı-Karaçaylı) (1896, Kuban quberniyasının Kart Curt kəndi -1938). Kəndli ailəsində doğulan Islam dördsinifli məktəbi bitirdikdən sonra Stavropol oğlan gimnaziyasına qəbul olunaraq 1918-ci ildə gimnaziyanı bitirmişdir. 15 yaşında ikən Parisdəki “Musulmanin” jurnalında məqaləsini çap etdirən Islam Xubiyev Sovet dövründə ardıcıl olaraq “Izvestiya”, “Molot”, “Sovetskiy yuq”, “Sovetskiy Severnıy Kafkaz”, “Jizn natsionalnostey”, “Revolyutsiya i pismennost” və b. qəzet-jurnallara məqalələr yazmışdır.
20-ci yüzilin əvvəllərində Doğu klassiklərinin xalq arasında məşhur olan əsərlərini qaraçay türkcəsinə çevirməklə ədəbi dilin formalaşmasına və zənginləşməsinə xidmət edən Islam Xubiyevin Sovet dovründə qadın azadlığı, din, əlifba, təhsil, eləcə də sinfi mübarizə mövzusunda çoxlu məqalələr yazmışdır. Xalqının taleyi ilə bağlı yazdığı məqalələr əslində Sovet təbliğatına xidmət edirdi.
Qəzet-jurnallarda rəhbər vəzifələrdə çalışan, gənclərin mətbuatda iştirakına şərait yaradan, onların bədii əsərlərini çap edən ictimai-siyasi xadim millətçilikdə ittiham edilərək təbliğatçısı olduğu hökumətin xüsusi xidmət orqanları tərəfindən məhv edilmişdir.
Dostları ilə paylaş: |