Folklor instituti


Xusey Muxacir ulu Caybayev (Caybalanı) (



Yüklə 4,03 Mb.
səhifə140/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   136   137   138   139   140   141   142   143   ...   211
Xusey Muxacir ulu Caybayev (Caybalanı) (1936, Qaraçay Çərkəz Muxtar Vilayətinin Aşağı Teberdi kəndi-1999) Sür­gün­dən vətənə döndükdən sonra pedaqoji institutu bitirib qə­zet­də işləyən Xusey Caybalanı ömrünün son illərində daha çox xalqının sürgün olunmasından, milli və dini məsələdən yazırdı. Qaraçay Çərkəz Muxtar Vilayətində nəşr edilən “Leninin bayrağı” qə­ze­tində işləyən Xusey Caybalanı ilə bir neçə dəfə görüşmüş, ədəbiyyat, xalq­larımızın keçmişi və gələcəyi mövzusunda söhbətlər et­miş­dik. 1987-ci ildə Çerkesskdə çap etdirdiyi “Kyumyuş can­qur” (Gümüş yağış) kitabına 1990-ci ilin aprelin 20-də imzalayaraq mənə bağışlamışdı. Kitabda diqqətimi ilk çəkən şeirlərin məzmunu olmuşdu. Çünki SSRI-də çap olunan şeir kitablarının ilk səhifələrində adətən Kommunist partiyası və onun liderlərini, sosializm quruculuğunu öyən şeirlər verilirdi. Xusey Caybalanının kitabı isə belə deyildi. O, kitab “Elimin cazı” şeiri ilə başlayırdı. Kiçik formatlı 126 səhifəlik kitabda partiya, oktyabr inqilabı, Lenin və bu kimi şeirlərə rast gəl­mədim. Çalışdığı “Lenin bayrağı” qəzetinin 20 sentyabr 1990-ci ildə çap olunmuş sayının üçünçü səhifəsi bütövlükdə X.Cay­balanının şeirlərinə həsr edilmişdi. Qəzet Sov.IKP Qa­raçay Çərkəz Vilayət Komitəsinin və vilayət xalq deputatlar so­vetinin orqanı o3lmasına baxmayaraq burada da kommunis partiyası və sosializm quruculuğunu öyən şeirlər yox idi. “On bir day”, “Ana dili”, “Iyesiz mekan”, “Iynam”, “Qayanın ürəyi”, “Gözlə”, “Ge­cə”, “Axır səbəb”, “Sen patçax esenq” və başqa şeirləri şairin vətəni və milləti haqqında lirik düşüncələrindən ibarət idi.

Sovetlər Birliyi dağıldıqdan sonra iş yoldaşları ilə birlikdə çalışdıqları qəzetin adını dəyişdirərək “Karaçay” etmişdilər.

Şeirlərinə çoxlu mahnı bəstələnən şairin “Atamı sözü” (Ata sö­zü), “Güzgü”, “Çagadıla baliylə” (Albalı ağacları pöhrəliyir), “Şu­vuldayıla naratla” (Pəncərələr uğulduyur), “Sibü Nartlar”, “Kız­gan nal” (Qızaran nal) şeir kitabları çap olunmuşdur.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin