Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə144/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   140   141   142   143   144   145   146   147   ...   211
3.8. Uşaq ədəbiyyatı
Qaraçay-malkar yazılı ədəbiyyatı yaranmağa başladığı ilk gün­lərdən uşaq ədəbiyyatının inkişafına xüsusi diqqət yeti­ril­miş­dir. Ismail Aqbayovun 1916-cı ildə Tiflisdə çap olunan “Ana tili” kitabında (bu kitab qaraçay-malkarca çap olunan ilk dərs kitabıdır), Islam Kırımşamxalovun da əsərləri verilmişdir və onun uşaqlar üçün yazdığı maraqlı ədəbi nümunələrə rast gə­lirik. Sonrakı dövr yazıçı və şairlərin əsərləri arasında da uşaq­lar üçün yazılmış bədii ədəbiyyat örnəklərini görmək mümkündür.

Vətənə qayıtdıqdan sonra şair və yazıçılar ədəbi fəali­yyət­lərini davam etdirərək boşluğu doldurmağa çalışsalar da, üzər­lərində güclü senzor nəzarəti vardı. Sürgün illərinin acılarını ol­duğu kimi təsvir etmək yasaqlanmışdı. Ədəbi yaradıcılıqda estafeti gənc nəslə verməklə xalq ənənələrinin yaşaması üçün zəmin yaradıldı. Yeni əsərlər çap olunur, qaraçay poeziyasının inkişaf yolları müəyyənləşdirilirdi. Əsərlərin rus dilinə tərcümə edilməsi qaraçay ədəbiyyatının çoxmillətli ölkədə tanınmasına səbəb olurdu. Dirçəlmiş qaraçay poeziyasının ilk nümunələri olan kitablarda O.Xubiyevin, X.Bayramukovanın, A.Söyün­cevin, N.Xubiyevin, A.Ebzayevin, X.Caubayevin və başqala­rının şeirləri dərc olunmuşdu. 1960-cı illərdə qaraçay poeziyası da önəmli uğurlar əldə etmişdi. Şeirlərin yeni nəzəri quruluş metodları işlənib hazırlanırdı. Sərbəst şeirə meyl artırdı.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin