1.2. Qumuq folklor nümunələrində Şumer dastanının izləri
Qumuqların çap etdirdikləri yırın bir qisminə, yəni bölgənin tarixi şəxsiyyətləri və hadisələri ilə bağlı olanlara başqa türk xalqlarında rast gəlinmir. Lakin bunlarda da qədim türk dastan, mif və nağıllarındakı ifadələrə, epitetlərə və başqa bədii təsvir vasitələrinə rast gəlmək olur. Araşdırıcılar bədii təsvir vasitələrinin oxşarlığına görə qumuqlardan toplanmış “Minküllünü yırı”nı qədim şumer (sumer) dastanı “Bilqamıs”la müqayisə edir və onu ən qədim qumuq folklor nümunəsi sayırlar. “Minküllünü yırı” belə başlayır:
Minküllü üyde tuvan, kırda ösqen,
- Minküllü evdə doğulmuş, çöldə böyümüş,
Haray, bugün art elkesin çaç qeçqen,
- Haray, bugün saçları çiyinlərinə tökülmüş,
Tuvarlağa yimik tük bitqen.
- Davarlar kimi bədənini tük örtmüş,
Katın-kızlağa yimik çaç bitqen
- Qadın-qızlar kimi saç bitirmiş
Korkunçlu talalaqa köş tikqen,
- Qorxunc talalarda köşk tikmiş,
Kaburqasın kıy qeçqen…
- Qabırğasına tezek keçmiş
Dostları ilə paylaş: |