Folklor instituti


Abdulla Mahammadov (Məhəmmədov)



Yüklə 4,03 Mb.
səhifə169/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   165   166   167   168   169   170   171   172   ...   211
Abdulla Mahammadov (Məhəmmədov) (1864, Tersk vi­la­yətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açmışdır. Abdulla Mahammadovun yeniyetmə və gəncliyində Yaxsay mədrəsəsi o qədər nüfuzlu təhsil ocağı idi ki, hətta ətraf bölgələrdən buraya oxumağa gəlirdillər. Belə bir təhsil ocağı kəndlərində olmasına baxmayaraq o, dərin təhsil görməmişdir. Bu da onun bədii yaradıcılığına təsirsiz keçməmişdir.

Abdulla Mahammadov iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda şeirlər yaratmışdır. (Dağıstan ədəbiyyatı antologiyası, 1959:17).

Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər.

1920-30-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaq­lanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cam­bul Camoyev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararla­nırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funk­siyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı.

Şair qocalanda yazı-pozu öyrənmiş, şeirlərini qəzetlərə gön­dərmişdir. Ilk şeiri 1925-ci ildə “Yoldaş” qəzetində çap olun­muşdur. 1934-cü ildə isə “Qulaq asın, görün, qoca nə deyir” adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. Kitaba sosializm quruculuğundan, bolşeviklərin hünərinin tərənnümündən, Le­ni­nin, Stalinin tərifindən, qadın azadlığından, qumuq qadın­larının baş örtüyü-çadradan, yaşmaqdan imtina etdiyindən, kolxozlaşmadan, Oktyabr inqilabının qumuq xalqına bəxş etdiyi „xoşbəxtlik“dən bəhs edən şeirləri daxil edilmişdir. Elə həmin il ona ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa ilə birlikdə Dağıstanın xalq şairi adı verilmişdir. SSRI Yazıçılar Ittifaqına üzv seçilən şairi 1935-ci ildə qoca vaxtında Mos­kvaya, Sovet Dağıstanının 15 illiyi münasibətilə keçirilən təd­birlərdə iştirak etməyə aparırlar. 1936-cı ildə isə onu Dağıstan Yazıçılar Ittifaqının Idarə Heyətinə seçirlər.

Sonradan şairin şeirləri toplanaraq “Seçilmiş əsərləri” adı ilə çap olunmuşdur. Onun “Sovet quşları” şeiri zamanında daha məşhur olmuş və bir neçə dilə tərcümə edilmişdir.

“Dağıstan ədəbiyyatı antologiyası” kitabında Əhməd Cəmi­lin tərcüməsində şairin “Qadınlar, tarlaya çıxın” şeiri veril­mişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:17-19).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin