4.Uşaq ədəbiyyatına diqqət
Qumuq yazıçıları uşaqlar üçün maraqlı ədəbi nümunələr yaratmağa çalışmaqla ana dilini qorumaq və zənginləşdirmək, yetişməkdə olan nəsli milli ruhda böyütmək istəyirdilər.
Gənc nəslin tərbiyəsini diqqət mərkəzində saxlayan qumuq şair və yazıçıları uşaq ədəbiyyatının gözəl nümunələrini yaratmışlar. Bu sahədə Əli Qaziyavın (1879-64) xidmətləri az olmamışdır. Onun uşaqlar üçün yazdığı „Mənim ayı yaxalamağım“ əsəri qumuq uşaqlarının ən çox sevdiyi əsərlərdəndir. Mahammadsoltan Yahiyayev, Abdulmecid Məcidov, Ayav Akavov (1909-54), Yünüs Alimxanov (1909-58), Anvar Hajiyev (1914-92), Absalam Askerxanovun (1922-2001), Mahammadamin Akmurzayevin (1930-93), Kurbanali Şamsuttinovun (1932-1990), Akay Akayevin (1933-2000) və başqalarının əsərləri bugünkü qumuq aydınlarının çoxunun uşaqlıq və yeniyetməlik illərində sevə-sevə oxuduqları bədii nümunələr olmuşdur.
Dostları ilə paylaş: |