Vahid Hacı oğlu Atayev (1934, Dağıstan MSSR, Erpeli kəndi). Dağıstan Kənd Təsərrüfatı Institutunda, Timiryazyev adina Kənd Təsərrüfatı Akademiyasında, Kuban Kənd Təsərrüfatı Institutunda oxuyaraq aqronom, iqtisadçı, pedaqoq ixtisaslarına yiyələnmişdir. Uzun illər Buynaksk şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda dərs desə də, onu daha çox uşaq şairi kimi tanıyırlar. Bir çox şeirləri rus və Dağıstan xalqlarının dillərinə çevrilərək qəzet və jurnallarda, nəşriyyatlarda çap olunması və şeirlərinə mahnılar bəstələnərək radio və televiziyada səslənməsi onun məşhurlaşmasında böyük rol oynamışdır.
“Böleley”, “Gülyalan”, “Gün çıx”, “Tanq yaxşı bolsun” kitabları nəşr olunan şairin şeirləri dərsliklərə də daxil edilmişdir. Onun “Sinan”, “Mişik ve Kalaç” kitabları Türkiyədə nəşr edilmişdir. 1998-ci ildən Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvüdür.
Şeyit Xanım Alişevanın və Akay Akayevin təşəbbüsü ilə qumuq şair və yazıçılarının “Qarcığa” jurnalında uşaqlar üçün yazdığı şeirlər və hekayələrdən nümunələr 2002-ci ildə Mahaçqalada Qarcığa. Yaşlar adabiyatının antoloqiyası” adı altında çap olunmuşdur (Qarcığa, 2002).
Dostları ilə paylaş: |