Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə44/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   40   41   42   43   44   45   46   47   ...   211
3.2. Ikinci dövr
Bu dövrə Dionis Tanasoğlu (1922-2006), Nikolay Baboğlu (1928- 2008), Mina Kösə (1933-1999), Dmitri Karaçoban (1933-1986), Qavril Qaydarcı (1937-1998), Stepan Kuroğlu (1940-2011) və b. daxil edilir.

Dionis (Dəniz) Nikolay oğlu Tanasoğlu (07.07.1922, indi­ki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi - 23.8.2006, Kişinyovda ölmüş və oradakı Ay­dınlar məzarlığında dəfn edilmişdir). Qaqauz şairi və yazıçısı Nikolay Tanasoğlunun oğludur. Ilk yaradıcılığa şeirlə başlasa da, sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, bilgin, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir.

Qaqauz mədəniyyətinin elə sahəsi olmamışdır ki, D.Tana­soğlu oraya baş vurmasın. Bunun bir səbəbi onun maraq dai­rəsinin genişliyi olmuşdursa, başqa bir səbəbi də kadr çatış­mazlığı idi. Ardıcıl olaraq elmi-pedaqoji sahədə çalışan, milli kadrların yetişməsində böyük əməyi olan şair Azərbaycanla da sıx bağlı olmuşdur. Buraya bir türkoloji mərkəz kimi baxmış və qaqauz bilim və sənət adamlarını Azərbaycanla sıx bağlılığa yönəltmişdir (Şamil Ə., 2006, 4:177).

1957-ci ildə Z.A.Pokrovskaya ilə birlikdə kiril əlifbası əsa­sında qaqauz əlifbasını yaratmışdır. Ilk qaqauz romanını yazan, qaqauzların ilk peşəkar rejissoru və dramçısı Dionis Tanasoğlu olmuşdur.

Kişinyov Pedaqoji Institutunun tarix-ədəbiyyat, Leninqrad Teatr Institutunun aktyorluq fakültəsini bitirən Dionis Tana­soğ­lu Bakıda filologiya elmləri namizədi alimlik dərəcəsi al­mışdır. “Çal türküm” (Səslən, nəğməm) və “Adamın işləri” (1969), “Xoşluk”(Səadət) (1970), “Gənclik türküləri” (1975) kitablarını nəşr etdirən şair yeni qaqauz ədəbiyyatının inki­şa­fına güclü təsir göstərmişdir. “Ana dilim” adlı şeirində dilini şirin bala, salxım çiçəyinin qoxusuna, gözəl səsə bənzədir və onun qorunmasının vacibliyini belə təsvir edir:

Dili lääzım bilelim

Biz ona inan evladız,

Dili hiç kaybetmeyelim,

Salt onunnan biz insanız!



(“Ana sözü”)

Tanasoğlunun lirik şeirləri də, vətənpərvərlik və siyasi məz­munlu şeirləri də nəğmə mətnlərini xatırladır:

Ana tarafım,

Sevgili topraam!

Bucak vatanım,

Gagauzstanım!




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin