(Çağdaş Gagauz Şiiri Antologiyası, 217)
Şairin bir çox şeirləri moldav, rumın, rus dillərində və qardaş türk xalqlarının ləhcələrində səsləndirilmişdir. O, J.Rasinin “Baezid”, E.Gherghitanın “Qaynana iki gəlinnən”, M.Baciyevin “Cüme ertesi azşamneen...” pyeslərini və onlarla şeiri ana dilinə çevirmişdir.
Qaqauzların milli oyanışı zamanı T.Zanetin “Vatan” şeirinə bəstəçi M.Koltsa musiqi yazaraq onu qaqauzların milli himninə çevirmək istəmişdir.
Todur Zanet Azərbaycana sıx bağlı olan, buraya tez-tez gələn, hər gəlişində də radio-televiziyada, mətbuatda gen-bol çixış edən, qaqauzlar haqqında daha çox bilgi verməyə çalışan şairlərdəndir. SSRI Yazarlar Birliyinin üzvü olmuş, indi isə Moldova Yazarlar Birliyi və Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.
2010-cu ildə Bakıda Todur Zanetin “Ana dilim” adlı şeirlər kitabı (tərtib edən, qaqauzcadan uyğunlaşdıran və ön sözün müəllifi Ramiz Əskər) çapdan çıxmışdır.
Dostları ilə paylaş: |