Folklor instituti


Ədəbiyyatda insanın iç aləminə diqqətin artması



Yüklə 4,03 Mb.
səhifə96/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   92   93   94   95   96   97   98   99   ...   211
2.3. Ədəbiyyatda insanın iç aləminə diqqətin artması
1956-cı ildə quruluşun bütün nöqsanlarının I.V.Stalinin adina yazılması, 1937-ci il irticası qurbanlarına fiziki bəraət veril­məsi, bir sözlə, rejimdə baş verən yumşalma ədəbiyyata da müsbət təsirini göstərdi. Noqay nəsrində sürətli bir dirçəliş baş verdi. Təəssüf ki, bu dirçəliş yeni yazılan əsərlərin məzmunun­da deyil, ən çox həcmində özünü göstərirdi. Nəşrlərin sayı art­dığı kimi, roman, povest və hekayələrin həcmi böyüyür, mövzu dairəsi genişlənirdi.

1960-cı illərdə Sovet ədəbiyyatında baş verən dəyişiklik no­qay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda “Alt­mişıncı illər nəsli” deyə bir ifadə işlədilməyə başladı. Bu nəs­lin nümayəndələri 1920-50-ci illərin ədəbi simaları kimi ideo­logiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), Isa Kapayev (1949) və b. kimi yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədə­biy­yata marağı artırdı. I.Kapayevin yaradıcılığı çağdaş problem­lərə yönəlmişdir. Insanın gündəlik qayğıları yazıçının əsas mövzu­sudur. Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və qəhrəmanlıq haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyər­ləri alaraq gələcəklə birləşdirməyə çalışır. I.Kapayevin yara­dıcılıq axtarışları bədii cəhətdən də dolğundur.

I.Kapayevin “Xurcun” (1975), “Sıntaslı Akında Tolgav” (1977), “Vokzal” (1980), “Sülder” (1989-91), V.Kazakovun “Qizıl kəmər” (1977), “Doqquz kapital” (1983), “Babay uldu­zu” (1983), S.Kapayevin “Torpağın hərarəti” (1976), B. Ku­lunçakovanın “Çöl torağayı” (1980) kimi hekayə və povest­lərinin nəşri noqay nəsrinin yeni çağının başlandığından xəbər verir (Türkiye dışındakı..., 2002:2, 21-ci cild).

Ümumtəhsil məktəblərində noqay dili və ədəbiyyatı tədris edilsə də, qalan fənlər rusca keçildiyindən, ölkədə rus dilinə xüsusi önəm verildiyindən noqay gənclərinin əksəriyyəti də rus dilinə daha çox diqqət yetirmişdir. Mərkəzdən maddi və mənəvi dəstək aldıqları üçün gənc noqay yazıçıları da fikirlərini daha çox sayda insana çatdırmaq, daha çox oxucu qazanmaq və məşhurlaşmaq üçün rus dilində yazıb-yaratmağa üstünlük ve­rirdilər. Rusca yazmaq əcnəbi dillərə tərcümə olunmalarına şərait yaradırdı.

1960-cı illər nəsli insanın iç dünyasının bədii dillə təsvirinə diqqəti artırsa da, Kolumbiya yazıçısı Q.Q.Markesin yazdığı “Yüz il tənhalıqda” əsəri xalqların tarixinə, ilkin başlanğıca, miflərə marağını artırmışdır. Uzun illər tarixi mövzulara yalnız bay­ları, mirzələri, bir sözlə, hakim sinfi tənqid etmək məq­sə­dilə müraciət edən yazıçı və şairlər indi keçmişlərinə tamam başqa gözlə baxmağa başlayıblar.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin