521 № li “Vergi öhdəlikləri”
522 № li “Sosial sığorta və təminat üzrə öhdəliklər”
523 № li “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
521 № li hesab müəssisənin, onun işçi heyətinin və təsisçilərinin büdcəyə ödədikləri, bütün növ vergilər (ƏDV, mənfəət vergisi, aksizlər, fiziki şəxlərin gəlir vergisi, əmlak vergisi, yol və mədən vergisi və s.) üzrə hesablaşmaları ümumiləşdirmək üçün istifadə edilir.
Büdcəyə köçürülməsi vergilər 521 № li hesabın kreditində, həmin vergilər üzrə ödənilən məbləğlər isə hesabın debeditinə yazılır.
Büdcəyə vergilərin hesablanması və ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər orqanların müvafiq qərar və normativ sənədləri ilə tənzimlənir. Analitik uçot vergilərin növləri üzrə aparılır.
Artıq respublika xəzinədarlıq sisteminə keçdiyi üçün büdcəyə ödənilən bütün vergilər yerli xəzinədarlıq idarəsinə köçürülür. Ödənişin təyinatı qrafasında köçürülən verginin adı və hesabat dövrü göstərilir.
523 № li “Digər məcburi ödənişlər üzrə ehtiyatlar” hesabda rüsum, lisenziya və digər məcburi ödənişlərin uçotu aparıla bilər
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin mühasibat uçotu hesablarında əks etdirilməsi qaydası aşağıda verilmişdir:
ƏDV və aksiz vergisi hesablanmışdır:
Dostları ilə paylaş: |