501 № li “Qısamüddətli bank kreditləri”;
502 № li “İşçilər üçün qısamüddətli bank kreditləri”;
503 № li “Qısamüddətli konvertasiya olunan istiqrazlar”;
504 № li “Qısamüddətli borclar”;
505 № li “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər”
(qısamüddətli);
506 № li “Törəmə (asılı) müəssisədə qısamüddətli faiz xərcləri yaradan
öhdəliklər”;
507 № li “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər”
Qısamüddətli öhdəliklərin müddəti 12 ay müddətindən artıq olmayan kreditlər 501 № li hesabda qeydiyyata alınır.
Müvafiq hesabda müəəsisənin ölkə ərazisindəki və xarici banklardam milli və xarici valyutalarla aldığı müxtəlif qısamüddətli kreditlərin vəziyyəti və hərəkəti əks etdirilir.
Kreditləşmə, kreditlərin sənədləşdirilməsi və onların ödənilməsi qaydaları bankın müvafiq təlimatları və kredit müqavilələri ilə tənzimlənir.
Vaxtında ödənilməmiş bank kreditləri ayrıca uçota alınır.
Kreditlər alındıqda 501 № li hesabın kreditinə, ödəniş mənbəini uçota alan hesabların debetinə yazılır. Kredit faizi ödənmə vaxtından asılı olmayaraq aid olduğu ayın xərclərinə daxil edilir (uçot siyasətində hesablama metodundan istifadə edildikdə).
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin mühasibat uçotu hesablarında əks etdirilməsi qaydası aşağıda verilmişdir:
İşdən azad edilmə ilə bağlı müavinət hesablanmışdır:
Dostları ilə paylaş: |