Fövqəladə Hallar Naziri



Yüklə 14,32 Kb.
tarix22.11.2018
ölçüsü14,32 Kb.
#84807

Fövqəladə Hallar Naziri

Cənab Kəmaləddin Heydərova

Sorğu verən: XXX

Ünvanı: XXX

Telefon: XXX

Email: XXX



İnformasiya sorğusu

Cənab Nazir,

Mən --------------------, --------- qəzeti (jurnalı, saytı) ilə əməkdaşlıq edən jurnalistəm. Hazırda çalışdığım bu qəzet və ya jurnal, sayt filan mövzuda məqalə hazırlayır.

Daha obyektiv, dürüst məqalənin hazırlanması üçün ------filan quruymun __________ bəzi suallara aydınlıq gətirməsinə zərurət var.

Bununla əlaqədar olaraq, “İnformasiya əldə etmək haqqında”Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakı məlumatların mənə təqdim olunmasını xahiş edirəm:



  • Nazirlər Kabinetinin 197s saylı sərəncamına uyğun olaraq 2010-cu il dövlət büdcəsindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 252,14 milyon (iki yüz əlli iki milyon yüz qırx min) manat məbləğində vəsait ayrılıb. Həmin vəsaitlərdən ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə həmin evlərin sakinlərinə müvafiq rayonların ərazilərində, zəruri sosial və infrastruktur obyektləri (məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt məntəqəsi, elektrik, su və təbii qaz təchizatı, avtomobil yolları və sair) də nəzərə alınmaqla, 3205 yeni fərdi yaşayış evinin, həmin əhaliyə məxsus istehsalat, məişət, iaşə və xidmət obyektlərinin tikintisi, köçürülməsi tələb olunmayan yaşayış məntəqələrində sosial obyektlərin, əhaliyə məxsus istehsalat, məişət, iaşə və xidmət obyektlərinin təmir-bərpası və ya yenidən tikintisi üçün 202,3 milyon (iki yüz iki milyon üç yüz min) manat ayrılması nəzərdə tutulub. Bu bənd üzrə vəsaitlərin xərclənməsini əhatə edən sənədlərin;

  • Yeni fərdi yaşayış evlərinə köçürülən əhalinin köhnə evlərinin sökülməsi üçün ayrılan 640,0 (altı yüz qırx) min manat vəsaitin xərclənməsi durumunu ifadə edən sənədlərin;

  • Ziyan dəymiş 700 fərdi yaşayış evində bərpa-gücləndirmə işlərinin aparılması üçün ayrılan 4,2 milyon (dörd milyon iki yüz min) manat vəsaitin xərclənəsini ifadə edən snədlərin;

  • Ziyan dəyməsi nəticəsində cari təmir edilməsinə zərurət yaranan 3222 fərdi yaşayış evinin sakinlərinə maddi yardım edilməsi üçün ayrılan 2,4 milyon manat vəsitin xərclənmə durumunu ifadə edən sənədlərin;

  • Ziyan çəkmiş, ancaq evlərindən köçürülməyən, həmçinin, evləri cari təmir edilən ailələrə birdəfəlik maddi yardımların ödənilməsi üçün ayrılan 6,9 milyon (altı milyon doqquz min) manat vəsaitin təyinatı üzrə ödənilməsini təsdiq edən sənədlərin surətlərinin;

  • Sarısu gölü ətrafında olan dağılmış torpaq bəndlərin bərpası və yenidən qurulması üçün ayrılan 17, 7 milyon (on yeddi milyon yeddi yüz min) manatın xərclənməsi durumunu ifadə edən sənədlərin;

  • Sel sularından dağılmış torpaq bəndlərin bərpası və yenidən qurulması üçün ayrılan 9,2 milyon (doqquz milyon iki yüz min) manat vəsaitin xərclənmə durumu barədə sənədlərin surətlərinin;

  • Yeni evlərə köçürüləcək əhaliyə yeni evlərin tikintisi başa çatanadək ərzaq təminatının ödənilməsi üçün ayrılan 2,6 milyon (iki milyon altı yüz min) manat vəsaitin ödənilməsini təsdiqləyən sənədlərin surətlərinin,

  • Respublika ərazisində baş verə biləcək sel və daşqınların qarşısının alınması məqsədi ilə Niderland Krallığına aid şirkətlə birgə müvafiq konsepsiyanın hazırlanması üçün ayrılan 2,0 (iki) milyon manatın xərclənməsi durumunu ifadə edən sənədlərin surətlərinin, Niderland Krallığına aid şirkət barədə ümumi tanıdıcı bilgilərin

Mənə təqdim olunmasını xahiş edirəm.

Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununun 9-cu maddəsinə əsasən bütün nazirliklər informasiya verməyə borclu olan informasiya sahibləri sırasına aiddir. Qanunun 29-cu maddəsinə əsasən mənim istədiyim məlumatlar nazirliyin İnternet saytında yerləşdirilməlidir. Təəssüf ki, ---------------- saytından istədiyim bilgiləri əldə etmək mümkün deyil.

Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununun 24.1-ci maddəsinə görə İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir.

Həmin qanunun 14-cü maddəsinə görə, informasiya sahibi informasiya sorğusu vermiş vətəndaşa sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olmağa, sənədlərin üzünü köçürməyə, informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətini çıxarmağa, stenoqramların və ya digər formada kodlaşdırılmış sənədləri oxunmaq üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur.


Sorğu ilə bağlı hər hansı sual yaranarsa mənim telefonuma müraciət oluna bilər.

Sorğuya cavabın yuxarıda qeyd olunan ünvana göndərilməsini xahiş edirəm.



Öncədən təşəkkür edirəm.

Hörmətlə,

Tarix
Yüklə 14,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin