Fransa XVI-XVII əSRİn biRİNCİ yarisinda plan



Yüklə 40,57 Kb.
səhifə7/9
tarix13.12.2023
ölçüsü40,57 Kb.
#140499
1   2   3   4   5   6   7   8   9
Mövzu 9. Fransa XVI-XVII əsrin II yarısında

11. III mərhələ (1580-1594).
Dini müharibələrin sonuncu mərhələsi III Henrixnin yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün qeyri-ənənəvi tədbirlər görməsi və siyasi səhnəyə Navarralı Henrixnin çıxması, Katolik liqann fəallaşması, Paris liqasının yaranması ilə səciyyələnir. 1577-ci ildə əldə olunmuş barışıqdan istifadə etmək üçün III Henrix protestant və katolik təşkilatları ləğv etmək qərarına gəldi. Lakin inflyasiyanın artması və vergilərin ağırlaşması daxili siyasi vəziyyəti onsuz da gərginləşdirmişdi. III Henrixnin kiçik qardaşı Alanson hersoqunun vəfatı, kralın özünün isə övladının olmaması gətirib çıxardı ki, Fransanın dofini Navarralı Henrix elan olundu. Huqenotun hakimiyyətə gələcəyindən ehtiyat edən Gizlər taxt-taca öz namizədləri – kardinal Karl Burbonu irəli sürdülər. Bu vəziyyət III Henrixnin Navarralı Henrix ilə yaxınlaşmasına səbəb oldu.
Belə olan halda Katolik liqa bərpa edildi və onun başında Fransisk Gizin oğulları – Henrix Giz, Karl Giz və Lüdovik Giz durdu. Bu liqa 1584-cü ildə ispan kralı II Filiplə gizli ittifaq bağladı. Müqaviləyə görə, Navarralı Henrix taxt-taca olan hüquqlarından məhrum edilirdi, onun əmisi Navarralı Henrix Burbon varis elan olunurdu. Katolik liqanın bərpa olunması ilə demək olar ki, eyni vaxtda Paris liqası təşkil olunur (1585). Onun tərkibinə tacirlər, sənətkarlar, şəhərin yoxsul təbəqələri, tələbələr daxil idi.
Vəziyyətin gərginləşməsi 1585-ci ildə III Henrixni huqenotların xeyrinə verilmiş bütün fərmanları ləğv etməyə məcbur edir. Həmin il papa V Sikst bulla verərək Navarralı Henrixni fransız taxtına olan hüquqlardan məhrum edir. Lakin kralın bu tədbirləri vəziyyəti dəyişmədi. Katolik liqaçılar quqenotlara və III Henrix hökumətinə qarşı yürüşə başlaməşdılar. Fransanın daxili siyasi işlərinə İngiltərə və İspaniya da müdaxilə edirdi. Bundan qəzəblənən III Henrix 1588-ci ilin aprelində Navarralı Henrix ilə ittifaq bağladı. Kralın bu hərəkəti Parisdə iğtişaş doğurdu. Kral Parisi tərk edərək Şartrda gizlənməli oldu. Parisdə hakimiyyət bir müddət gizlərin əlinə keçdi. Paris bürgerləri isə şəhərdə kommunanı bərpa etmək istəyirdilər. III Henrix onlarla barışıq bağlayaraq paytaxta qayıtdı. Lakin Gizlər öz mövqelərini dəyişməmişdilər və Baş ştatlar müharibəni davam etdirmək qərarına gəlir. Çıxılmaz vəziyyətə düşən kral Henrix Gizin öldürülməsinə əmr verir. 1588-ci ilin dekabrında Luvra dəvət olunan Henrix Giz qətlə yetirildi. Lakin onun qətli vəziyyəti daha da gərginləşdirdi. Gizin dəfn mərasimi Parisdə və digər şəhərlərdə nümayişlərə səbəb oldu. Liqa yenidən antiroyalçı hərəkatın mərkəzinə çevrildi. III Henrix öz qüvvələrini huqenotlarla birləşdirmək qərarına gəldi. 1589-cu ilin avqustunda dominikan rahibi Jak Kleman tərəfindən kralın qətlə yetirməsi bu planları boşa çıxardı.

Yüklə 40,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin