Fransa XVI-XVII əSRİn biRİNCİ yarisinda plan


Navarralı Henrixnin qələbəsi



Yüklə 40,57 Kb.
səhifə8/9
tarix13.12.2023
ölçüsü40,57 Kb.
#140499
1   2   3   4   5   6   7   8   9
Mövzu 9. Fransa XVI-XVII əsrin II yarısında

12. Navarralı Henrixnin qələbəsi.
Ölkədə başlamış olan hakimiyyətsizlik talanlarla müşayiət edilirdi. İspan kralı II Filipp 1592-ci ildə öz qarnizonunu Niderlanddan Parisə gətirdi. Bir çox şəhərlərdə üsyanlar başladı. Bu vəziyyətdə Navarralı Henrixnin orduları qətiyyətli addımlara keçdi. 1593-cü ilin ortalarında qanuni şahzadənin qoşunları Parisə yaxınlaşdı. Şəhəri dağıtmaq istəyən Henrix onu əsas ərzaq mənbələrindən ayırdı: bu məqsədlə ətrafdakı bütün dəyirmanlar yandırıldı. Paris üç ay müqavimət göstərdi. Mühasirəyə alınmış şəhərdə taxt-tac məsələləri müzakirə olunurdu. Belə olan halda Navarralı Henrix katolikliyi qəbul etmək qərarına gəldi. 1593-cü ili iyulunda Sen-Deni kilsəsində katolikliyi qəbul edən Henrixnin 1594-cü ilin fevralında Şartrda tac qoyma mərasimi oldu. Navarra kralı Henrix Burbon IV Henrix adı altında Fransa kralı oldu (1594-1610). Bir ay sonra, 1594-cü ilin martında IV Henrix Parisə daxil oldu. IV Henrix öz əlehdarlarını təqib etməyərək onların müsadirəsini də keçirmədi. Altı illik hakimiyyətsizlikdən sonra Fransa bacarıqlı hakimin əlinə keçdi. Dini müharibələrin siyasi tərəflərini yaxşı dərk edən IV Henrix bu münaqişələrə son qoymaq qərarına gəldi.
13. Nant edikti.
1598-ci ildə IV Henrix tərəfindən verilmiş Nant edikti müharibədən sonrakı Fransada sülhün təminatçısı oldu. Ediktə görə, qallikan kilsəsi rəsmi kilsə elan edildi. Nant edikti dini müharibədən asılı olmayaraq bütün fransız təbəələrinin hüquq bəyannaməsi idi. Ediktdə əmlak, mövqe, təhsil, məhkəmə, tibbi yardım hüquqları elan edilirdi. Lakin protestantların hüquqlarının reallaşması məhdud idi. Onlar yalnız müəyyən ərazidə dini ayinlər keçirə bilər, uşaqlarını yalnız öz məktəb və universitetlərində oxuda bilərdilər. kral təbəələri olaraq protestantlar qallikan kilsəsinin xeyrinə 1/10 vergisini verməli idilər.
14. IV Henrixnin islahatları.
Öz hakimiyyətini iqtisadi cəhətdən də möhkəmlətmək üçün IV Henrix bir neçə islahatın təşəbbüskarı oldu. Bu siyasətin əsas aparıcı qüvvəsi birinci nazir Maksimilian Sülli idi. Kəndli təsərrüfatının möhkəmləndirilməsini mühüm amil hesab edən Sülli onların xeyrinə bir neçə tədbir həyata keçirdi: kəndli təsərrüfatına özbaşına vergi qoyulamasını qadağan etdi, borca görə kənd təsərrüfatı inventarının satılması üzərinə də qadağa qoyuldu. Zadəganların da maraqlarını qoruyan islahatçı onların borclarının bir hissəsini bağışladı, daxili gömrüklər ləğv olundu. Merkantilçi siyasət yeridən Fransa hökuməti İngiltərə və İspaniya ilə ticarət müqavilələri bağladı. İqtisadi tədbirlər nəticəsində manufakturaların sayı artdı. Yeni müəssisələrə ticarətdə imtiyazlar verilirdi.
IV Henrixnin dövründə Fransa siyasi təkamül mərhələsinə daxil oldu. Kral şurasında və daxili siyasət idarəsində iştirakdan uzaqlaşdırılan aristokratiyaya ağır zərbə endirildi. Monarx Baş ştatların da çağrılmasından imtina etdi, bunun əvəzinə seçilmiş adamların – notablların şurası təşkil edildi. Hələ I Fransiskin dövründən dövlət vəzifələrinin satılması praktikası indi geniş şəkil aldı. Başlamış olan islahatlar artıq XVII əsrin birinci rübündə iqtisadiyyatın yüksəlişinə səbəb oldu. IV Henrix isə hələ dini müharibələr dövründə planlaşdırıdığı mböyük hərbi yürüşə hazırlaşırdı. O, alman protestant knyazların uniyasını yaratmaq, İngiltərə ilə ittifaq bağlamaq və Habsburqlara qarşı müharibəyə başlamaq istəyirdi. Bu mübarizənin əsas obyektləri Reyn boyu şəhərlər və İspaniyanın əlində olan Niderland torpaqları idi. Lakin 1610-cu ildə IV Henrix bir katolik rahibi tərəfindən qətlə yetirildi və planları yarımçıq qaldı. 1610-cu ildə fransız taxtına IV Henrixnin azyaşlı oğlu XIII Lüdovik keçdi, kralın anası Mariya Mediçi qəyyum təyin edildi. Ölkədə yenidən mərkəzdənqaçma qüvvələr baş qaldırdı, separratçılıq gücləndi. Belə bir məqamda Fransanın siyasi səhnəsinə kardinal Rişelye gəldi.

Yüklə 40,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin