Fransadan asılı olan Kod-d’İvuar dövlətində təcrübədən keçirilmişdir. 1982-ci ildən Avropa İttifaqına daxil olmaq istəyən ölkələr



Yüklə 30,44 Kb.
səhifə2/12
tarix08.12.2022
ölçüsü30,44 Kb.
#120627
1   2   3   4   5   6   7   8   9   ...   12
ƏDV anlayışı

ƏDV: Vergi ödəyiciləri


Əlavə dəyər vergisinin ödəyiciləri aşağıdakılardır:

  1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər;

  2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər, bu cür idxal malları üzrə;

  3. Azərbaycan Respublikası ərazisində ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxslər, həmin işlər və ya xidmətlər üzrə;

  4. Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur. Qeyd edək ki, belə olduqda, digər iştirakçıların birgə sahibkarlıq məqsədləri üçün ƏDV qeydiyyatına alınma zərurəti yoxdur.

  5. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər.

Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi və könüllü qeydiyyat
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o сümlədən sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və satıcıları və mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər istisna olmaqla) növbəti ayın birinci günündən başlayaraq 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Eyni qayda birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxsə də aiddir.
Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər ƏDV üzrə könüllü qeydiyyat hüquqdan istifadə edə bilərlər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən şəxslər.

Bu şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir. Bu şəxslər ƏDV üzrə qeydiyyatı qeydiyyatın qüvvəyə mindiyi gündən 3 il müddətində ləğv edə bilməzlər.

Yüklə 30,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin