Fransadan asılı olan Kod-d’İvuar dövlətində təcrübədən keçirilmişdir. 1982-ci ildən Avropa İttifaqına daxil olmaq istəyən ölkələr



Yüklə 30,44 Kb.
səhifə6/12
tarix08.12.2022
ölçüsü30,44 Kb.
#120627
1   2   3   4   5   6   7   8   9   ...   12
ƏDV anlayışı

Müəssisənin təqdim edilməsi.
Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır.
Bu zaman müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.
Qeyd edilən müddəalar yalnız o halda tətbiq edilir ki, müəssisəni təqdim edən və alan (qəbul edən) tərəflər təqdim edilmədən sonra 10 gündən gec olmayaraq bu müddəaların tətbiq edilməsi üçün vergi orqanına yazılı məlumat vermiş olsun. Əks halda həmin əməliyyat vergi tutulan əməliyyat sayılır
Bundan başqa, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakların, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal

ƏDV-dən azad olan əməliyyatlar.
Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:

  1. Özəlləşdirmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi.

  2. Maliyyə xidmətlərinin göstərilməsi.

Qeyd:

    • kreditlərin verilməsi, maliyyə lizinqi əməliyyatları, kredit və hər-hansı girov və lombard zəmanətlərinin verilməsi

    • müştərilərin depozitləri və hesablarının idarə edilməsi, ödəmələr, pul köçürmələri, borclarla və ödəniş vasitələri ilə bağlı əməliyyatlar

    • pulların qəbulu, kreditlərin verilməsi, xarici valyutanın alqı-satqısı

    • aksiyaların, obliqasiyaların, sertifikatların, veksellərin, çeklərin və sair qiymətli kağızların dövriyyəsi ilə bağlı əməliyyatlar

    • investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər

    • sığorta və təkrarsığorta əməliyyatları

İnkassasiya xidmətləri, pulların, qiymətli kağızların və sair qiymətlilərin saxlanılması xidmətləri, seyflərin istifadə edilməsi, mühasibat sənədlərinin aparılması, kreditlərlə və mühasibat uçotu ilə bağlı konsultasiya, icarəyə vermə, əsas vəsaitlərin satışı və sair analoji əməliyyatlar maliyyə xidmətlərinə aid edilmir.

  1. Milli və xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi


  2. Yüklə 30,44 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin