Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Böyrək vərəmi diaqozunun təsdiq olunması üçün hansı müayinə metodlarından istifadə olunur?



Yüklə 1,33 Mb.
səhifə10/15
tarix22.10.2017
ölçüsü1,33 Mb.
#11093
1   ...   7   8   9   10   11   12   13   14   15

503) Böyrək vərəmi diaqozunun təsdiq olunması üçün hansı müayinə metodlarından istifadə olunur?
A) Sidiyin mikroskopik müayinəsi

B) Kontrast rentgenoloji müayinə

C) Sidiyin kultural müayinəsi

D) Sadalananların hamısı

E) Tuberkulindiaqnostika
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
504) Böyrək vərəmi diaqozunun təsdiq olunması üçün hansı müayinə metodu əsas sayılmır?
A) Qanda eritrositlərin miqdarı

B) Kontrast renoqrafik müayinə

C) Sidiyin vərəm mikobakteriyalarına görə müayinəsi

D) Sidiyin kultural müayinəsi

E) Tuberkulindiaqnostika
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
505) Periferik limfa vəzlərinin vərəmi diaqnozunu təsdiqləmək üçün hansı müayinə metodları daha dürüst nəticə verir?

A) Tuberkulindiaqnostika

B) Flüoroqrafik müayinə

C) Açıq biopsiya, sitoloji və mikroskopik müayinə

D) Qanın müayinəsi

E) Bakterioskopik müayinə


Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
506) Soyuq abses hansı xəstəlik üçün xarakterikdir?
A) Qeyri spesifik mənşəli osteomelit

B) Osteoxondroz

C) Sadalananların hamısı

D) Onurğa sütununun yırtığı

E) Vərəm osteomieliti, KJB –nin ağırlaşması
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
507) Kişilərdə qasıq kanalından soyuq absesin fistulasının açılması hansı xəstəliklərdə baş verə bilər?
A) Bel fəqərələrinin vərəm spondilitində

B) Bütün sadalananlarda

C) Döş fəqərələeinin vərəm osteomielitində

D) Boyun fəqərələrinin vərəm spondilitində

E) Döş fəqərələrinin vərəm spondilitində
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
508) Qadınlarda bud kanalından açılan fistula hansı xəstəliklərdə baş verə bilər?
A) Boyun fəqərələrinin vərəm spondelitidə

B) Döş fəqərələrinin vərəm osteomielitində

C) Bütün sadalananlarda

D) Döş fəqərələrinin vərəm spondelitində

E) Bel fəqərələrinin vərəm spondelitində
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998

Bölmə 7.Tənəffüs orqanının vərəmi digər yanaşı xəstəliklərlə vərəm, hamiləlik və analıq

509) Aşağıda göstərilənlərdən hansı biri vərəmin baş verməsi və onun arzuolunmaz gedişinə səbəb olan faktor sayılmır?
A) Qan dövranı orqanlarının zədələnməsi

B) Maddələr mübadiləsinin pozğunluğu

C) İmmun sisteminin zəifləməsi

D) Yoğun bağırsağın iltihabı-kolit

E) Parenximatoz orqanların funksiyasının pozulması
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
510) Aşağıda adları çəkilən bütün xəstəliklər arasında hansı biri vərəmin baş vermə riskini artırmır?
A) Alkoqolizm

B) Şəkərli diabet

C) Pnevmokoniozlar

D) Hipertoniya xəstəliyi

E) Qastroduodenal xoralar
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
511) Vərəm və xroniki bronxitdən əziyyət çəkən xəstələrdə vərəmin kimyəvi terapiyası necə aparılmalıdır?
A) Xroniki bronxitin müalicəsi dayandırılmalı və vərəm əleyhinə preparatlar endotraxeal daxil edilməlidir

B) Xroniki bronxitlərin müalicəsi ilə yanaşı simptomatik dərmanlar tətbiq edilməlidir

C) Vərəm əleyhinə kompleks müalicə ilə yanaşı geniş spektrli təsirə malik antibiotiklərin aerozolları istifadə edilməlidir

D) Xroniki bronxitin müalicəsi aparılmalı və vərəmin müalicəsi dayandırılmalıdır

E) Vərəm əleyhinə müalicə monoterapiya şəklində aparılmalıdır
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
512) Vərəm xəstəliyində qripin gedişi necə olur?
A) Nisbətən yüngül gedişli

B) Ağır gedişli

C) Adi gedişli

D) Orta ağır gedişli

E) Fəsadlı gedişili
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
513) Keçirilmiş ağ ciyər vərəminin qalıq əlamətləri olan fəal ağ ciyər vərəmli, şəxslərdə ağ ciyər xərçənginin daha çox təsadüf etməsinin səbəbi nədir?
A) Sənayesi inkişaf etmiş ölkələrdə əhalinin qocalması

B) Sənayesi inkişaf etmiş ölkələrin əhalisinin ağ ciyər xərçəngi xəstəliyinin artması

C) Bütün cavablar düzgündür

D) Ağ ciyər vərəmi olan xəstələrin çox hissəsinin bu xəstəlikdən sağalması

E) Şiş xəstəliyinə meyl yaradan anatomik və immunoloji dəyişikliklər törədən proseslər
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
514) Vərəm prosesi olan zonada inkişaf etmiş ağ ciyər xərçənginin II-III stadiyası üçün xarakterik əlamətlər hansılardır?
A) Kəskin arıqlama, qanhayxırma, öskürək

B) Ən xəstəliyin kliniki simptomsuz inkişafı

C) Öskürək

D) Güclü öskürək

E) Metastazın olması (baş beyinə, sümüklərə, qara ciyərə və s.)
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
515) Ağ ciyərin yuxarı payında lokalizə olmuş xərçəng rentgenoloji-kliniki əlamətlərinə görə vərəmdən nə ilə fərqlənir?

A) Yuxarı payın atelektazı, mikobakteriyaların təkrari müayinələrdə tapılmaması

B) Sadalanların heç biri

C) Yüksək hərarət

D) Bəlğəm ifrazı

E) Mikobakteriyaların tapılması


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
516) Ağ ciyərin vərəminə və vərəmdən sonrakı dəyişikliklərə ən çox hansı yanaşı xəstəlik qoşulur?
A) Blastomikoz

B) Atipik viruslar

C) Histoplazmoz

D) Sadalanların heç biri

E) Aspergillyoz
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
517) Dağılma boşluğunda aspergilliyoz inkişaf etdikdə xarakterik rentgenoloji əlamətlər hansılardı?
A) Bütün cavablar düzgündür

B) Heç biri düz deyil

C) Aypara simptomu

D) Boşluq divarının müəyyən hissəsinin köpməsi

E) Zınqırov simptromu
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
518) Ağ ciyər asspergillyozunun effektiv müalicəsi aşağıdaki preparatlardan hansı ilə aparılır?
A) Heç biri

B) Sayılanların hamısı

C) Rifampisin

D) Antifunqal preparatlar

E) Qram müsbət mikrofloraya təsir edən antibiotiklər
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
519) Ürəyin işemik xəstəliyi olan şəxslərdə vərəmin kimyəvi terapiyasınin hansı xüsusiyyətləri var?
A) Aminoqlikozidlərin təyini işemik xəstəliyin gedişinə pis təsir edə bilər

B) Rifampisinin təyini ürəyin işemik xəstəliyinin gedişini ağırlaşdıra bilər

C) Adətən, işemik xəstəliyin gedişinə təsiri yoxdur

D) Ftivazidin təyini işemik xəstəliyin gedişini pisləşdirə bilər

E) İşemik xəstəliyin ağırlaşmasına səbəb ola bilər
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
520) Aşağıda adları çəkilən xəstəliklərdən hansı kiçik qalıq əlamətlərinin reaktivasiyasına səbəb ola bilər?
A) Şəkərli diabet

B) Qlükokortikosteroidlərin tətbiqi

C) Sadalananların hamısı

D) 12 barmaq bağırsağın xorası

E) Şüa terapiyasının aparılması
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
521) Vərəmli xəstələrdə şəkərli diabet olduqda müalicə zamanı insulinin tətbiqi müalicənin gedişinə necə təsir edir?

A) Xəstəliyin gedişini proqressivləşdirir

B) Patogenetik mənfi təsir

C) Patogenetik müsbət təsir

D) Təsir etmir

E) Sadalanların heç biri


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
522) Mədə yarası zamanı kimyəvi preparatların hansı şəkildə qəbul edilməsi məsləhətdir?
A) İnfuzion terapiya

B) Sadalananların hamısı

C) Heç biri

D) Elektrofarezlə terapiya

E) Peos terapiya
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
523) Ağ ciyər vərəmi ilə yanaşı gedən mədə xorası penetrasiyası baş verdikdə müalicə taktikası necə olmalıdır?
A) Müalicə dayandırılmalı, qarın nayihəsinə buz qoyulmalıdır

B) Cərrahi müdaxilə aparılmalı, kimyəvi terapiya infuzion şəkildə davam etdirilməlidir

C) Cərrahi müdaxilə dayandırılmalı, kimyəvi terapiya infuzion şəkildə davam etdirilməlidir

D) Cərrahi müdaxilə aparılmalı, kimyəvi terapiya dayandırılmalıdır

E) Cərrahi müdaxilə aparılmalı, kimyəvi terapiya “peros” təyin edilməlidir
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
524) Xora xəstəliyi ilə yanaşı gedən vərəm xəstəliyinin müalicəsində preparatın seçimi və onun təyini yolları nəyə əsaslanmalıdır?
A) Vərəmin müalicəsinin intensivləşdirilməsi

B) Vərəm prosesinin gedişi xüsusiyyəti

C) Bütün sadalananlar

D) Xora xəstəliyinin gedişinin hansı fazada olması

E) Xora xəstəliyinin fəsadının olması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
525) Aşağıdakı xəstəliklərdən hansı biri vərəmə görə risk qrupu sayılır?
A) Sadalananların hamısı

B) Qastrit

C) Nevroz

D) Şizofreniya

E) Kolit
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
526) Psixi xəstəliklər vərəmin yoluxucu forması ilə müşahidə olunduqda onların müalicəsi hansı şəraitdə aparılmalıdır?
A) Psixonevroloji dispanserlərin vərəm şöbəsində stasionar şəraitdə

B) Somatik xəstəxanalarda

C) Nevroloji şöbələrdə

D) Ambulator şəraitdə

E) Vərəm dispanserlərində
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
527) Psixi xəstələrdə vərəmin vaxtında aşkarlanması üçün hansı tədbirlər həyata keçirilməlidir?
A) İldə bir dəfə flüoroqrafiya müayinəsi

B) 2-3 ildən bir Rentgen flüoroqrafik müayinə

C) İldə bir dəfə mikroskopik müayinə

D) Dispanserizasiya prinsipləri əsasında ildə bir dəfə minimum müayinə metodlarını aparmaq

E) Rentgen flüoroqrafik müayinəyə ehtiyac yoxdur
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
528) Vərəm və epilepsiya xəstəliyi birlikdə baş verdikdə xəstələr hansı ixtisas həkimi tərəfindən müalicə olunmalıdır?
A) Cərrah

B) Pulmonoloq

C) Fizioterapevt

D) Terapevt

E) Psixiatr-ftiziatr
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
529) Alkoqolizmdən əziyyət çəkən şəxslərdə vərəmin daha çox təsadüf etməsinə səbəbi nədir?
A) Polirezistent davamlı formaların çox müşahidəsi

B) İmmun sistemin zəifləməsi

C) Gigiyena qaydalarına əməl etməmək

D) Multirezistent davamlı formaların çox müşahidəsi

E) Bütün sadalananlar
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
530) Alkoqolizmdən əziyyət çəkən şəxslərdə ağ ciyər vərəmi üçün hansı əlamətlər xarakterdir?
A) Külli miqdarda bakteriya ifrazı

B) Bütün sadalananlar

C) Dağılmaya meyillik

D) Proqressivləşən gediş

E) Prosesin geniş yayılması
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
531) Alkoqolizmdən əziyyət çəkən xəstələrdə vərəmin gedişinə xüsusi mənfi təsir edən nədir?
A) Kimyəvi preparatların qəbulunu pis keçirməsi

B) Xəstənin öz vəziyyətini düzgün qiymətləndirə bilməməsi

C) Zəifləmiş immunitet

D) Bütün sadalananlar

E) Kimyəvi preparatların müntəzəm qəbulundan imtina
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
532) Aşağıdakı xəstəliklərdən vərəmə görə risk qrupuna aid olmayan hansıdır?
A) Beyin damarlarının sklerozu

B) Narkomaniya

C) Toksomaniya

D) Alkoqolizm və nevroz

E) Alkoqolizm
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
533) Alkoqolizmdən əziyyət çəkən vərəmli xəstələrin müalicəsində aşağıdakılardan hansı məqsədəuyğun deyil?
A) Paralel olaraq, alkoqolizmdən müalicə edilir

B) Müalicənin ciddi nəzarət altında aparılması

C) Müalicənin daha uzun müddət aparılması

D) Müalicənin ambulator şəraitdə aparılması

E) Müalicənin stasionar şəraitdə aparılması
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
534) “Qırmızı qurd eşənəyi” sistem xəstəliyində vərəmin inkişafına səbəb olan nədir?
A) Disproteinemiya

B) Qüvvətlənmiş immun sistem

C) Aparılan qlükokortikoid terapiyası

D) Dərman preparatlarını qəbulunun pis keçirilməsi

E) Sadalananların heç biri
Ədəbiyyat: Р.Барри, Блума. Туберкулез Москва 2002.
535) Qlükosteroid hormonlar müalicə zamanı vərəmli xəstəyə necə təsir edir?
A) Patogenetik

B) Beyin damarlarının kirəcləşməsinin qarşısını alır

C) Qanda şəkəri qaldırır

D) Sadalananlardan heç biri

E) Qanda şəkəri endirir
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
536) Şəkərli diabet və vərəm xəstəliyi birgə inkişaf etdikdə qlükokortikosteroid hormonların tətbiqi hansı mənfi təsir göstərir?
A) Şəkəri qaldırır

B) Patogenetik təsir edir

C) İştahanı yüksəldir

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
537) Spesifik müalicə aparılmadan qlükokortikoid hormonların istifadəsi vərəm prosesinin gedişatına necə təsir edir?
A) İstənilən lokalizasiyalı vərəmi aktivləşdirir

B) Döş qəfəsi daxili limfa düyünləri vərəmini aktivləşdirir

C) Ağ ciyərdən kənar lokalizasiyalı vərəmi aktivləşdirir

D) Plevra vərəmini aktivləşdirir

E) Ağ ciyər vərəmini aktivləşdirir
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
538) Qlükokortikoid terapiyası fonunda vərəmin hansı kliniki formaları daha çox inkişaf edir?
A) Ağ ciyərlərin infiltrativ vərəmi

B) Sadalananların heç biri

C) Vərəm mənşəli plevrit

D) Ağ ciyərlərin ocaqlı vərəmi

E) Döş daxili limfa vəzlərinin vərəmi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
539) Qlükokortikoid terapiyasının fəsadı kimi yaranmış fəal yoluxucu vərəm necə təyin olunur?
A) Subyektiv şikayətlər əsasında

B) Tənəffüs orqanlarının rentgen müayinəsi ilə

C) Klinikası ilə

D) Bəlğəmdə VMB tapılması ilə

E) Obyektiv əlamətlər əsasında
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
540) Hormonal terapiya vərəm xəstəliyi ilə fəsadlaşan zaman müalicənin taktikası necə olmalıdır?
A) Hormonların sutkalıq dozası artırılmalı

B) Hormonal preparatın sutkalıq dozasının dəyişilməsinə ehtiyac yoxdur

C) Hormon preparatların qəbulu saxlanılması

D) Hormonal terapiya dayandırılmadan onun xəstəyə verilməsi mövcud xəstəliyin vəziyyətinə uyğunlaşdırılır

E) Hormonların sutkalıq dozası azaldılmalı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
541) Hormonal terapiyanın fəsadı kimi inkişaf etmiş vərəm xəstəlyinin müalicəsində vərəm əleyhinə preparatların təyini zamanı aşağıda göstərilənlərdən hansı nəzərə alınmalıdır?
A) Preparatlar kombinasiyasının aktivlik dərəcəsi

B) Preparatların qlükokortikoid hormonlarla kombinasiyasının mümkünlüyü

C) Sadalananların hamısı

D) Kimyəvi preparatların orqanizm tərəfindən necə qəubul edilməsi

E) Preparatların əsas xəstəliyə təsiri
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
542) Qlükokortikosteroid terapiyası zamanı vərəm prosesinin fəallaşmasının qarşısını almaq məqsədilə hansı profilaktik tədbirlər həyata keçirilir?
A) Xəstələrə izoniazid təyin olunur

B) Xəstələrə streptomisinin təyin olunur

C) Sadalananların heç biri

D) Xəstələrə protenomid təyin olunur

E) Xəstələrə pirozinamid təyin olunur
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
543) Vərəmli xəstələrdə hamiləlikdən qorunmaq üçün kontroseptivlərin işlədilməsi zamanı hansı vərəm əleyhinə dərmanın işlədilməsinə əks göstəriş var?
A) Kanamisin

B) Rifampisin

C) İzoniazid

D) Pirazinamid

E) Etambutol
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
544) Hamiləliyin 5 ayında vərəmin fəal forması müşahidə edildikdə müalicə taktikası necə olur?
A) Hamiləlik pozulmadan müalicə davam etdirilir

B) Hamiləlik pozulmur müalicə dayandırılır

C) Döl çıxardılır müalicə davam etdirilir

D) Hamiləlik pozulur müalicə davam etdirilir

E) Sadalananların heç biri
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
545) Vərəm xəstəliyi qadınlarda hamiləlikdən əvvəl harada və necə aşkar edilməlidir?
A) Bütün qadınlar hamiləlikdən əvvəl ərazi poliklinikalarında və qadın məsləhətxanalarında minimum müayinə metodlarından keçirilməlidirlər

B) Hamiləlikdən əvvəl qadınların rentgen müayinəsi vacib deyil

C) Hamiləlikdən əvvəl mikroskopik müayinəyə ehtiyac yoxdur

D) Qadınlarda vərəm yalnız mikroskopik üsulla aşkarlanmalıdır

E) Qadınların hamiləlikdən 2-3 il əvvəl aparılmış müayinələrinin nəticələri kifayətdir
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
546) Ağ ciyərin anadangəlmə qüsuru olan şəxslərdə vərəmin yoluxucu formasının aşkarlanması hansı metodla aparılır?
A) Kliniki müayinələr

B) Bronxoskopik metod

C) Biopsiya

D) Rentgenoskopik metod

E) Rentgenoloji müayinə və mikroskopiya
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
547) Anadangəlmə ağ ciyər kistaları vərəm destruksiyalarından hansı əlamətləri ilə fərqlənir?
A) Mikobakteriyanın tapılmaması, kista ətrafında perifokal iltihabi dəyişikliyin olmaması

B) Sadalananların hamısı

C) Kultural müayinin neqativ cavabı

D) Kistanın izolə edilmiş şəklində aydın sərhədləri

E) Sadalananların heç biri
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
548) Ocaqlı vərəm ilkin vərəm kompleksindən rentgenoloji əlamətlərinə görə necə fərqlənir?
A) Sadalananların heç biri

B) Ocaqlı vərəm 1-2 ocaqdan ibarət olub ölçüsü 1 sm-ə qədər olur 1 seqmenti zədələyir

C) Ocaqlı vərəm limfanqit vasitəsilə kökə doğru yayılaraq bronxopulmonal və ya traxeobronxial vəzlərlə birləşir

D) Ağ ciyərdə bipolayarlıq qeyd olunur

E) Ocaqlı vərəm limfanqit vasitəsilə kökə doğru yayılır
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
549) Spontan pnevmotoraksın vərəm mənşəli olması hansı metodla təsdiqlənir?
A) Xəstənin tez-tez mədə- bağırsaq sisteminin xəstəliyi ilə xəstələnməsi

B) Xəstənin travma alması

C) Anamnezdə vərəmə aid məlumatın olması, empiemada vərəm mikobakteriyalarının tapılması rentgendə digər ağ ciyərdə və ya spontan pnevmotoraks olan tərəfdə vərəmə aid dəyişikliklərin olması əsasında

D) Plevra boşluğunda mayenin səviyyəsinin horizontal şəkil alması

E) Anamnezdə vərəmə aid məlumatın olmaması
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
550) Spontan pnevmotoraks mədə-12 barmaq bağırsaq xorası ilə yanaşı baş verdikdə ilk yardım necə aparılmalıdır?

A) Xəstəyə sakit vəziyyət verilir

B) Xəstəyə dieta təyin olunur, ağrıkəsici ürək dərmanları verilir

C) Ağrıkəsicilər verilir

D) Plevra boşluğu Byu-lau üsulu ilə drenaj edilir

E) Sadalananların hamısı


Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
551) Qadın cinsiyyət üzvlərinin yoluxucu vərəminin aşkarı üçün hansı müayinə metodu daha önəmlidir?
A) Uşaqlıq boynundan götürülmüş yaxmada mikobakteriyanın sadə mikroskopiya üsulu ilə aşkarı

B) Histosalpinfinqoqrafiya

C) Yumurtalıların ikiqat kontratlı rentgen müayinəsi

D) Qarın boşluğu üzvlərinin ultrasəs müayinəsi

E) Sadalananların heç biri
Ədəbiyyat: Диагностика и лечение внелегочного туберкулеза. Рекомендация ВОЗ 2002
552) Qadın cinsiyyət üzvlərində əsasən vərəm xəstəliyini törədən mikroblar hansılardır?
A) Pnevmokokklar

B) Mikobakteriyalar

C) Meninqokokklar

D) Stafilokokklar

E) Streptokokklar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
553) Qara ciyər vərəmini hansı metod vasitəsilə aşkar etmək olur?
A) Ulturasəs müayinəsi və kompyuter tomoqramması

B) Mədə bağırsaq sisteminin kontras rentgen müayinəsi

C) Sadalananlardan heç biri

D) Obyektiv müayinə metodları

E) Fibroqastroskopiya
Ədəbiyyat: Р.Барри, Блума. Туберкулез Москва 2002
554) Sidik tənasül sisteminin fəal vərəmi olan yaşlı xəstələr hansı dispanser qrupunda müşahidə olunurlar?
A) I qrup

B) IV qrup

C) III qrup

D) II- III qrup

E) O “A” qrup
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
555) Ağ ciyər vərəmində perkusiya və auskultasiya nəticələri hansılardır?
A) Tam kütlük, vezikulyar tənəffüs

B) Kütlük, sərt tənəffüs

C) Sadalananların hamısı

D) Vezikulyar tənəffüs, nisbi kütlük

E) Sərt tənəffüs, yaş xırıltı, nisbi kütlük
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
556) Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyasının ilk əlamətləri hansılardı?
A) Sadalananların hamısı

B) Ümumi zəiflik öskürək, arıqlama

C) Subfebril hərarət öskürək

D) Yuxu pozğunluğu, tərləmə

E) İştahın pozulması, əsəbilik, yuxu pozğunluğu
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
557) Vərəm xəstəliyinin aşkarlanmasında əsas müayinə metodu hansıdır?
A) Qanda limfositlərin təyini

B) Eksudatda leykositlərin təyini

C) Limfa vəzlərində VMB-nin aşkarlanması

D) Bəlğəmdə VMB-ni aşkar edilməsi

E) EÇS yoxlanılması
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
558) Hansı spesifik dərmanların qəbulu hepatitin yaranmasına daha çox səbəb olur?
A) Tioasetazon

B) Kanamisin

C) İzoniazid+Rifampisin

D) Etambutol

E) Streptomisin
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
559) Spesifik müalicə zamanı hepatit baş verdikdə müalicə taktikası necə olmalıdır?
A) Dərmanların dozası və sayı artırılmalıdır

B) Dərmanların dozası və sayı azaldılmalıdır

C) Sadalananlardan heç biri

D) Müalicə olduğu kimi davam etdirilməlidir

E) Hepatitin spesifik dərmanların qəbulu ilə əlaqədar olduğu aydınlaşdırılana qədər müalicə dayandırılmalıdır
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin