F.ü. f d.,baş müəl. Mətanət Əmrahova



Yüklə 93,58 Kb.
səhifə10/19
tarix31.12.2021
ölçüsü93,58 Kb.
#113060
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Diskussiya. Bir-birinə zidd fikirlərin mübadiləsini və öz mövqeyinin müdafiəsini göstərmək üçün dildə aşağıdakı həmcins anlayışlardan istifadə olunur: diskussiya, mübahisə, disput, polemika, müzakirə, debat. Bu sinonimlər cərgəsində bütöv bir janr qrupunu- dəlillərlə əsaslandırılmış dialoqu göstərmək üçün istifadə olunan «mübahisə» sözü neytraldır. «Müzakirə» və «debatlar» anlayışlarının məzmununun izahında daha böyük müəyyənlik əldə edilmişdir. Onlar lüğətlərdə sinonim hesab olunur (hər ikisi məsələnin açıq müzakirəsini, məruzədə işıqlandırılan məsələ üzrə fikir mübadiləsini bildirir). «Disput» termini daha çox gənclər arasında mənəvi tərbiyə, ictimai təcrübə, həyatın mənası kimi məsələlərlə bağlı fikir mübadiləsini bildirmək üçün istifadə edilir. «Polemika» və «diskussiya» terminlərinin izahı ilə bağlı vəziyyət daha mürəkkəbdir, çünki nitq praktikası və nəzəri tədqiqatlarda onları tamamilə eyniləşdirən, həm də praktik olaraq qarşılaşdıran mövqelər mövcuddur. Bolqar tədqiqatçısı Q.Qirqinov hesab edir ki, diskussiya açıq mübahisə aparan və bu zaman məntiqi mütənasibliyə və mülahizələrin möhkəmliyinə nail olmaqdan ötrü elmi cəhətdən az və ya çox əsaslandırılmış dəlil və sübutlardan istifadə edən insanlar arasında nəzəri baxımdan dərk edilmiş dialoji ünsiyyətdir. O, polemikanı «kütlə qarşısında öz nəzər -nöqtəsini müdafiə etmək və opponentinin fikrini rədd etmək məqsədilə istifadə edilən kəskin dialoq forması» (burada sözün etimologiyası parlaq şəkildə əks olunur: «yunan dilində polemikos - döyüşkən, düşməncəsinə») kimi qiymətləndirilir.

Q.Qirqinov bunların arasında aşağıdakı həddi təklif edir: diskussiyada yeni ideya ilə bağlı problemlərin çoxtərəfli tənqidi-yaradıcı müzakirəsi həyata keçirilir, polemikada tərəflərin öz nəzər- nöqtəsini müdafiə etmək və opponentin nəzər -nöqtəsinin düzgün olmadığını sübut etmək səyləri əsas olur. Həm diskussiya, həm də polemika qaldırılan məsələlərin mahiyyəti üzrə aparılır və problemin özəyi dialoq obyektinə çevrilir. Yuxanda deyilənləri nəzərə alaraq, “diskussiya” terminini bütün janr qrupunu, yəni dialoji mətnin dəlillərlə əsaslandınlmış növünü də göstərməkdən ötrü istifadə etmək hüquqi cəhətdən düzgündür. Diskussiyada da nitq yaradıcılığında olduğu kimi, əsas mətn əlamətləri əks olunmuşdur. Hər bir nitq yaradıcılığı müəyyən praqmatik göstərişlə qurulur. Diskussiyadakı bu ünsiyyət məqsədi, adətən, aparıcı tərəfindən müəyyən edilir, lakin nitq davranışının psixoloji qaydalarına əməl edilməsinə görə iştirakçılar tərəfindən həyata keçirilir. Diskussiyanın mövzusu diskussiyalı mülahizənin adi, deduktiv, «tezis- dəlillər-nəticə» sxemi üzrə qurulandan fərqlənən və onların bərabər surətdə dəlillərlə əsaslandırılmasını tələb edən tezisini ifadə etməlidir. Diskussiyalı mülahizələrin tərif verilən anlayışın məntiqi birləşməsindən çıxan tezislərinin (mülahizənin predmeti) yaradılması diskussiyalı (problemli) sualın qoyulması və onun əks xassələrinin aşkara çıxarılması zamanı mümkündür. Ümumi halda tezisin məzmunu tərif verilən (izah edilən) anlayışı və üstəgəl bir-birini qarşılıqlı surətdə istisna edən xassələrdən birini əks etdirəcəkdir. Diskussiya tipli mülahizənin və mətn kimi diskussiyanın mövzusu aşağıdakı formulla tərtib edilir: tərif verilən anlayış üstəgəl mənaca bir-birinə zidd olan iki predikat, yəni tezislərin cəmi. Diskussiya çox zaman qeyri-müstəqil olan bir neçə hissədən yaranmış tərtibi mətndir (dialoqun replikalarının mətndaxili natamamlığı). Belə mətnin məzmunu verballaşdırılmış və nəzərdə tutulmuş mənadan əmələ gəlir. Fikir qeyri-verbal siqnalları nəzərə almaqla, həmçinin nitq kontekstinə istiqamətlənməklə danışanların ümumi təcrübəsinə, vəziyyətə əsaslanır. Diskussiya iştirakçılarının sosial rolları müxtəlifdir. Aparıcı reqlamentləşdirici vəzifəni yerinə yetirir: mövzunu elan edir, mövqeləri dəqiqləşdirir, opponent tərəfləri təqdim edir, prosesin gedişini izləyir, yekunlaşdırır. Bir-birinə zidd nəzər- nöqtələrini irəli sürən şəxslər müxtəlif müəlliflərin əsərlərində müxtəlif şəkildə adlandırılır: kommunikatorlar (O.Q.Dzyubenko), opponent-proponent (L.Q.Pavlova), induktor - resipient (E.Melibruda). Sual verən və deyilənlərə aid şübhələrini bildirən şəxslər replikator adlandırılırlar.

Müzakirələrə qoşulmayaraq, yalnız orada iştirak edən şəxslər- dinləyici, yaxud tamaşaçı adlanır. Onların rolu kommunikatorların psixoloji vəziyyətinə təsir edən xüsusi, yaxud rahatlıq mikro-iqlimi yaratmaqdan ibarətdir. Diskussiyanın hər bir iştirakçısının müzakirə edilən məsələ ilə bağlı müəyyən anlayışları mövcuddur. Diskussiyanın vəzifəsi - bu məsələ haqqında iştirakçıların anlayışlarının bir qisminə əsaslanan və onların hamısı tərəfindən qəbul edilən bir ümumi biliyi tapmaqdır. Diskussiyanın yekunu - mövcud anlayışların sadəcə riyazi cəmi, kiminsə şəxsi fikri olmayıb, nə isə daha obyektiv, diskussiyanın bütün iştirakçıları tərəfindən müdafiə edilən bir fikir olmalıdır. Diskussiyanın məqsədi - həmsöhbəti əsaslandırılan nəzər- nöqtənizin düzgünlüyünə inandırmaq - məntiqi dəlilləşdirmənin yüngülləşdirilməsi üçün yanlış, yaxud aldadıcı üsullardan fərqli olaraq, «mübahisənin doğru üsulları» adını almış xüsusi texniki üsulların tətbiqini nəzərdə tutur.

Birincilər daha çox texniki xarakterə malikdir, onlarda biclik ünsürü var, amma birbaşa aldatma yoxdur. Onlara taktiki göstərişlər aid edilir: təşəbbüs göstərmək; müdafiə olunmamaq, hücum etmək; qarşı tərəfin dəlillər sisteminin mərkəzinə, yaxud onun daha zəif hissəsinə yönəldilmiş hərəkətləri istiqamətləndirmək; gözlənilməzlik effektindən istifadə etmək və s. İkincilər şüurlu şəkildə tətbiq edilən və təbii ki, yolverilməz olan müxtəlif aldadıcı hərəkətlərdən ibarətdir. İstifadə etdiyi vasitələrin düzgün olub-olmadığına əhəmiyyət verməyən qarşı tərəfdən nələri gözləmək mümkün olduğunu öncədən görmək və onu ifşa etmək üçün onları bilmək vacibdir.

Bir çox fəndlər mövcuddur ki, onlardan aşağıdakılar daha tez- tez işlədilir:

• Sofızmlər - məntiqin tələblərinin qəsdən, lakin cidd-cəhdlə ört-basdır edilərək pozulması (paralogizmlərdən - qeyri-iradi məntiqi səhvdən fərqli olaraq);

Tezisin dəyişdirilməsi;

• Qəsdən dolaşdırılma, yaxud çaşdırılma;

İkincilər arasında çox hissəsinin şəxsi ad aldığı «yolverilməz» dəlillər adlandırılanlar ayrıca nəzərdən keçirilir:

• «auditoriya dəlili» - dinləyicilərin münasibətinə, hiss və əhval-ruhiyyəsinə müraciət;

• «şəxsiyyət dəlili» - qarşı tərəfə onun real, yaxud uydurma qüsurlarla xoşagəlməz şəkildə təqdim edilməsi;

• «kütlələr dəlili» yaxud demaqoqluq - qrup halında eqoizm, mövhumatdan istifadə edərək, dinləyiciləri həyəcanlandırmaq cəhdləri;

• «şöhrətpərəstlik dəlili» - yaltaqcasına tərif;

• «cəsarətsizlik dəlili» - qarşı tərəfin etiraz edə bilmədiyi, yaxud zidd gedə bilmədiyi şəxsin fikrinə müraciət;

• «kötək dəlili» - elementar hədələr və s.


Yüklə 93,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin