F.ü. f d.,baş müəl. Mətanət Əmrahova



Yüklə 93,58 Kb.
səhifə12/19
tarix31.12.2021
ölçüsü93,58 Kb.
#113060
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Telefon danışığı. ( burada söhbət məişətimizə son illər sürətlə daxil telefonlardan yox, yalnız stasionar telefonlardan gedir) Telefon insanı çox qüdrətli, yaxud tamamilə hakimiyyətdən məhrum etməyə qadir olan bir vasitədir. O, çağırılmamış qonaq kimi xoşagəlməz ola, sizi əsas işinizdən ayıra, evinizdə, yaxud idarənizdə tamhüquqlu sahibə çevrilə bilər. O, sizin vaxtınızın əsas hissəsini əlinizdən ala da bilər. Telefon zənginə cavab verərkən, siz öz evinizin qapılarını taybatay açırsınız və ora kefi istəyən hər kəsin daxil olmasına izn verirsiniz. Heç təəccüblü olmaz ki, belə saymazlıq və kobud deyilsə, sırtıqlıq ciddi streslərə, anlaşılmazlıqlara, müxtəlif növ çətinliklərə və xoşagəlməzliklərə səbəb edər. Telefon danışıqları işgüzar həyatda mühüm yer tutur. Mütəxəssislərin hesablamalarına görə, telefon danışıqlarına iş vaxtının 27 %-i sərf edilir. Evdə, bəzən işdə, hətta istirahətdə olarkən telefonla nə qədər işgüzar danışıqlar aparmaq lazım gəlir! Əgər insan telefon ünsiyyəti mədəniyyətinə yiyələnməyibsə, danışıq aparmanın elementar qaydalarını bilmirsə, yaxud onlara əhəmiyyət vermirsə, bu, onun nüfuzunu əşhəmiyyətli dərəcədə aşağı salar, işgüzar həyatına ziyan gətirər, fəaliyyətin səmərəliliyini azaldar. Məsələni telefon danışığı vasitəsilə həll etməyin peşəkar bacarıqlarına malik olmaq həmsöhbətə və bütün ətrafdakılara xoş təsir bağışlayır, danışanın nüfuzunu yüksəldir, onun işinin uğuruna kömək edir, qarşıya qoyulmuş məsələləri həll etməsinə imkan yaradır.

İşgüzar insanlar telefon danışıqları vasitəsilə zəruri informasiya mübadiləsi edir, nə haqda isə razılıq əldə edir (görüş, birgə tədbir, gələcək əməkdaşlıq və s.), müxtəlif məsələlər barədə məsləşhətləşmələr aparır, zəruri məlumatlar əldə edirlər. Telefonla xahişini söyləmək, əmr, yaxud sərəncam vermək, kiminsə fəaliyyətinə nəzarət etmək, əldə olunmuş nailiyyətlər, qarşıdakı bayramlar, yaddaqalan günlər münasibətilə təbrik etmək və s. mümkündür. Telefon lazım olan şəxslərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək imkanı yaradır. Bir sözlə, telefon işdə əvəzolunmaz vasitəyə çevrilmişdir. Lakin işgüzar həyatda telefondan fəal şəkildə istifadə edərkən, çox mühüm bir şərti unutmaq olmaz: zəngə sərf olunan müddət həll olunan problemin mürəkkəblik səviyyəsinə müvafiq olmalıdır. Əks halda, telefon sizin faydalı vaxtınızın çoxunu udan əjdahaya çevrilə bilər. Bəziləri səhv olaraq belə düşünürlər ki, insan telefondan nə qədər çox istifadə edirsə, masasının üzərində nə qədər çox telefon aparatı varsa, bir o qədər nüfuzlu və sanballı görsənir, daha çox məlumat əldə edir və işləri də daha uğurlu edir. Əslində, bu, heç də belə deyil. Telefona həddindən artıq aludə olmaq işə mane ola bilər. Bu səbəbdən, telefona yalnız zəruri hallarda müraciət etmək lazımdır. Gün ərzində aparılan telefon danışıqlarını mümkün qədər tənzimləmək çox önəmlidir. Zəng edilə bilən saatları müəyyənləşdirmək məqsədəuyğundur. Bununla əsas işinizə vaxt ayırmaq imkanı əldə edərsiniz. İş yoldaşlarınız və tabeliyinizdə çalışanlar bilməlidirlər ki, təxirəsalınmaz işlərlə məşğul olduğunuz zaman sizi telefon zəngilə əsas işinizdən ayırmaq olmaz. Onlardan sizin adınızdan danışmalarını xahiş etmək mümkündür. Sizə daha çox kimin və nə zaman zəng edə biləcəyini proqnozlaşdırmağı öyrənmək lazımdır ki, həmin danışığa müvafiq şəkildə hazırlaşa biləsiniz. Telefonla danışmağı bacarmaq özünəməxsus bir incəsənətdir ki, işgüzar adam üçün onun sirlərinə yiyələnmək zəruridir. Bir qayda olaraq, telefon danışığı müəyyən formada qurulur və xüsusi struktura malikdir.




Yüklə 93,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin