F.ü. f d.,baş müəl. Mətanət Əmrahova


Telefon danışığı kompozisiyasının əsas ünsürləri bunlardır



Yüklə 93,58 Kb.
səhifə13/19
tarix31.12.2021
ölçüsü93,58 Kb.
#113060
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Telefon danışığı kompozisiyasının əsas ünsürləri bunlardır:

1. Qarşılıqlı təqdimolunma.

2. Həmsöhbətin işin məğzi ilə tanış edilməsi.

3. Vəziyyətin müzakirəsi. (Qısa və konkret cavab tələb edən əsas və ikinci dərəcəli məsələlərin ətraflı düşünülmüş siyahısının olması zəruridir).

4. Yekun sözü.

Üz-üzə görüşdə olduğu kimi, telefon danışığı zamanı da həmsöhbət haqqında ilkin təəssürat çox mühümdür, buna görə telefonun dəstəyində səslənəcək ilk sözün nə olacağı, hansı intonasiya ilə deyiləcəyi də əhəmiyyətlidir. İşgüzar görüş sona yetdiyi zaman, bir qayda olaraq, kiçik yekun mərasimi yerinə yetirilir: xoş vidalaşma sözləri, əlsıxmalar, dostcasına qucaqlaşmalar. Telefon danışığı da müsbət optimist notlarla başa çatmalıdır. Həmsöhbətlər bir-birinin əlini sıxa bilməsələr də, gələcək əlbir işə həvəsləndirəcək müvafiq sözləri tapmalıdırlar. Telefonla danışarkən insan özünü ləyaqətli aparmalı, yəni həmsöhbəti ilə nəzakət və ədəblə danışmalı, onu diqqətlə dinləməli, sözünü yarımçıq kəsməməli, kobudluq etməməli, emosiyalarını cilovlamalıdır. Siz telefonla danışarkən nitqinizə nəzarət etməli, təşkilatınızı və orada çalışan insanları xarakterizə edən sözləri diqqətlə seçməlisiniz. Telefon dialoqu zamanı nə qədər təbii səslənsə də, məişət üslubuna aid olan «yaxşı, davay, poka», kimi sözlərdən, həmçinin qeyri-formal xitablardan (quzum, canım, can-ciyər və s.) istifadə etmək yolverilməzdir. Çünki bunlar telefon həmsöhbətinizin xətrinə dəyə, yaxud düzgün anlaşılmaya bilər.




Yüklə 93,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin