F.ü. f d.,baş müəl. Mətanət Əmrahova



Yüklə 93,58 Kb.
səhifə7/19
tarix31.12.2021
ölçüsü93,58 Kb.
#113060
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Mətbuat konfransları
Müasir dövrün işgüzar mühitində qrup şəklində əməkdaşlığın geniş yayılmış formalarından biri mətbuat konfransıdır. Mətbuat konfransı rəsmi şəxslərin (rəhbər vəzifəlilərin, siyasi xadimlərin, dövlət və hökumt nümayəndələrinin, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin, biznesmenlərin və b.) aktual məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə mətbuat, televiziya və radio işçiləri ilə təşkil olunan görüşüdür. Bu, mətbuata informasiya təqdim etməyin elə effektli və hamı tərəfindən qəbul edilmiş vasitəsidir ki, firmanın, təşkilatın, şəxsiyyətin ictimailəşməsinə və ictimai münasibətlərin zəruri səviyyəsinin qorunub saxlanmasına xidmət edir. Adətən, hökumət orqanları, təşkilatlar, “mühüm” şəxslər, eləcə də bu və ya digər hadisələrin peşəkar şərhində maraqlı olan jurnalistlərin özləri mətbuat konfransının təşəbbüskarı kimi çıxış edirlər.

Mətbuat konfransını xüsusi yerlərdə: görüşlər, iclaslar və müşavirələr üçün nəzərdə tutulmuş otaqlarda təşkil etmək tövsiyə olunur. Çıxış edənlər üçün onların adı, soyadı yazılmış və aydın oxunan vizit kartları hazırlanmalıdır. Mütəxəssislər mətbuat konfransını 60 dəqiqədən çox olmayan bir müddət ərzində keçirməyi töv-siyə edirlər. Onun müddəti qabaqcadan elan edilməlidir ki, jurnalistlər mətbuat konfransına nə qədər vaxt sərf edəcəklərini və sual vermək üçün nə qədər vaxtları olacağını bilsinlər. Mətbuat konfransının sonuna doğru, növbəti sualın axırıncı ola-cağını elan etməklə, auditoriyanı konfransın başa çatması barədə məlumatlandır-maq lazımdır.

Mətbuat konfransının strukturu, quruluşu təxminən belədir:

─ giriş hissə (davamı 3-4 dəqiqə);

─ salamlama;

─ tədbirin keçirilməsi səbəbinin izahı;

─ görüşün proqramı;

─ çıxış edənlərin təqdim olunması;

─ mətbuata təqdim edilən materiallar haqqında informasiya.

İstənilən mətbuat konfransının təşkili və keçirilməsi zamanı aşağıdakı qayda-lara riayət etmək zəruridir:

1) Məruzəçi, adətən, mətbuat konfransı keçirilməsinin səbəbləri açıqlanmış bəya-natın qısa mətnini oxuyur.

2) Jutnalistləri məruzəçiyə sual verməyə dəvət edirlər (məruzəçınin yanında xüsusi suallara cavab verə biləcək bir və ya iki ekspert olur).

3) Suallar növbə ilə verilir.

4) Peşəkar standartlara uyğun olaraq, müxbirlər elan edilmiş mövzudan kənara çıxmamalıdırlar.

Mətbuat konfransının aparıcısı bunları bacarmalıdır:

♦ şişirtmələrə yol verməməyi, hər şeyi öz adı ilə söyləməyi;

♦ rəqiblərinə, siyası opponentlərinə, bədxahlarına hörmət göstərməyi;

♦ mübahisələrə rəvac verməməyi, eləcə də sualları eynitipli “bəli” və “xeyr” söz-

ləri ilə cavablandırmaqdan çəkinməyi;

♦ mətbuatda işıqlandırılması şirkət üçün arzu olunmayan mövzulara toxunmağa

mane olmağı;

♦ qonaqlardan kiməsə müsbət və ya mənfi münasibət bəslədiyini büruzə vermə-

məyi və s.


Yüklə 93,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin