Diskussiya monoloji mətnin bütün əlamətlərinə malik olan (mövzu və quruluş baxımından rabitəlilik, genişlik, praqmatik göstərişlər), lakin özünəməxsus fərqli xüsusiyyətlərlə səciyyələnən (rolların ünsiyyət baxımından şərtləndirilmiş dəyişdirilməsi, iştirakçıların sosial möhkəmləndirilmiş vəzifələri, dialoji birlik quruluş vahidi kimi) tərtibi mətndən ibarətdir. Diskussiyanın gedişinə psixoloji təsir. Diskussiyanın iştirakçıları arasında aşağıdakıları göstərmək olar:
• Problemin müəyyən şəkildə həllinin tərəfdarları;
• Başqa həll üsulu təklif edən opponentlər;
• Müəyyən mövqe tutmamış iştirakçılar - bu səbəbdən onları bu və ya digər nəzər -nöqtəsinə yönəltmək mümkündür.
Diskussiyanın strategiyası. Diskussiyanın gedişi onun iştirakçılarının hansı strategiyadan istifadə etməyi nəzərdə tutmasından asılıdır. Davranışın beş variantı mümkündür.
1. Yarış strategiyası - konfliktin tərəflərdən birinin qalib, digərinin məğlub olması ilə nəticələnməsini nəzərdə tutur. Qrup halında diskussiya şəraitində yarış strategiyasından istifadəyə meyl edən şəxslər düşünməlidirlər, gələcəkdə davam etməsi zəruri olan münasibətlər nəticədə dağıla bilərmi? Qələbəyə təminat vermək üçün qüvvələriniz kifayətdirmi? Rəqabət strategiyası iflasa uğrasa, nə baş verər? Onun tətbiqi digər sahələrdə münasibətlərin gərginləşməsinə səbəb olmayacaq ki? Bu strategiya daha çox arzuolunan nəticəyə gətirəcəkmi?
2. Qaçmaq - müxtəlif formalar ala bilir: neytrallıq («Hazırda bizim bu məsələ ilə bağlı fikrimiz yoxdur» kimi ifadələr konfliktli diskussiyalarda iştirakdan qaçmağa imkan verir); təcrid (tərəflər məhdud qarşılıqlı fəaliyyət göstərir, öz maraqlarını hər biri ayrı- ayrılıqda qoruyur); çıxıbgetmə (tərəflərin tam ayrılması).
3. Uyğunlaşma - opponentin maraqlarına istiqamətlənmə ilə bağlıdır. Bu, yaxşı münasibətləri qoruyub saxlamaqdan ötrü şəxsi maraqların bir qisminin qurban verilməsi zamanı baş verir; opponentin birlik ifadə edən davranışlarını rəğbətləndirmək üçün dostyanalıq nümayiş etdirmək tələb olunur; münaqişə edən tərəflərin başqa strategiyaları həyata keçirmək üçün güc və enerjiləri çatmır; konfliktin nəticəsi tərəflərdən biri üçün az əhəmiyyətə malik olur.
4. Kompromis - bu strategiya tərəflər münaqişənin həllini tapmadıqları zaman, onların maraqlarının bir-birindən asılı, yaxud razılaşdırılmış görünməməsi halında seçilir. Bu zaman qüvvələrin təxmini bərabərliyi qeyd olunur, tərəflər hər ikisini bütünlükdə razı salacaq həll yolunu tapmaq üzərində birgə işləmək üçün bir-birinə kifayət qədər etibar etmirlər.
5. Maraqların mərkəzləşdirilməsi - bu strategiya münaqişənin bütün iştirakçılarının razı qalmasına gətirib çıxarır və münaqişə edən tərəflərdə bir-birinə müəyyən inamın mövcudluğu şəraitində mümkün ola bilir. Bundan başqa, maraqların müəyyən qarşılıqlı əlaqəsi, qüvvələrin təxmini bərabərliyi (yaxud daha güclü tərəfin rəqabətdən imtina etməyə hazırlığı), münaqişə edən tərəflərin donmuş tarazlıq şəraitində, yaxud gələcəkdə yaxşı münasibətlər qurmaq arzusu ilə hazırda daha böyük itkilərə məruz qalmaqdan qaçaraq, qarşılıqlı qəbul edilə bilən qərarlarda tərəflərin maraqlı olması tələb edilir.
Diskussiya iştirakçılarının söylədikləri fikirlər üç sahədən birinə aid edilə bilər:
1) emosiorıal-pozitiv:
• həmrəylik nümayiş etdirilməsi, digərinin mövqeyinin yüksəldilməsi, kömək, rəğbətləndirmə;
• gərginliyin aradan qaldırılması, razıqalmanın nümayiş etdirilməsi, təbəssümlər, zarafatlar;
• razılaşma, anlaşma, müsbət münasibətin nümayiş etdirilməsi;
2) vəzifəyə istiqamətlənmə:
• digərinin muxtariyyətini nəzərdə tutan göstərişlərin verilməsi;
• hisslərin, arzuların, fikirlərin, qiymətlərin ifadə edilməsi, təhlil;
• məlumatın, istiqamətin, təsdiqetmənin, dəqiqləşmənin verilməsi;
• məlumat haqqında xahişlər;
• xahişlər, fikirlər, qiymətlər, hisslərin ifadəsi;
• göstərişlər, fəaliyyət üsulları haqqında xahişlər;
3) emosional-neqativ sahə:
• razı olmadığını ifadə etmək; qeyri-fəal inkarın nümayişi, köməkdən imtina etmək;
• gərginlik nümayiş etdirmək;
• fərqlərin qabardılması, qarşı tərəfin mövqeyinin aşağı salınması, özünü müdafiə etmək. Açıq diskussiyaların təhlili zamanı aşağıdakı məsələlərə diqqət yetirilməsi vacibdir: - kütlə qarşısındakı diskussiyaların iştirakçıları dinləyicilərə məhz hansı vasitələrin köməyi ilə təsir göstərməyə çalışırlar; - diskussiyanın gedişi boyu təsiretmə taktikası nə şəkildə dəyişir.
İstənilən diskussiyada iki nəzər- nöqtəsi fərqləndirilir:
1. Məzmunla bağlı, müzakirə edilən mövzu ilə əlaqədar olan.
2. Mövqe ilə bağlı, iştirakçıların şəxsiyyətlərarası qarşılıqlı fəaliyyəti ilə əlaqədar olan.
Məzmunun planına aşağıdakı ünsürlər daxildir:
• Həll edilməsi hazırkı diskussiyanın məqsədi olan müəyyən problemin formalaşdırılması və yaranması tarixinin təsviri;
• Bu problemin həllinin konkret yolunun formalaşdırılması və əsaslandırılması;
• Problemin həlli üçün qarşı tərəfin təklif etdiyi üsullarla bağlı nəzər -nöqtəsinin təkzib edilməsi. Konflikt zamanı davranış taktikasının əsas növləri (təsir göstərmək taktikası)
• Səmərəli inandırma (öz mövqeyini təsdiq etmək və opponenti inandırmaq üçün faktlardan və məntiqdən istifadə edilməsi);
• Təzyiq (tələb, əmr, hədələr);
• Hakimiyyətinə əsaslanma, sanksiyalar (töhmət və mükafatlandırmadan istifadə);
• Dostyana münasibət (opponentdə onun cəlbedici keyfiyyətlərinin mövcudluğu təəssüratının yaradılması);
• Koalisiya taktikası (dəstək verilməsi haqqında xahiş, ittifaq yaratmaq haqqında təklif);
• Saziş bağlanması (maddi nemətlərin qarşılıqlı mübadiləsi, vədlər);
• Opponentin həyəcanlı, çaşqın vəziyyətə salınması;
• Onun diqqətinin idarə olunması;
• Gözlənilməzlik effektinin yaradılması;
• Ləğv edilməyən vəzifələr (tərəflərdən biri irəli sürdüyü şərtlər qəbul edilənədək müəyyən fəaliyyətlə məşğul olur) və s.
Məzmunlu təsir üsulları:
1. Müzakirə edilən problem. Problemin meydana gəlməsinə aid mülahizələr, onun məzmununun şərh edilməsi, mürəkkəblik, öyrənilmə, əhəmiyyət səviyyəsinin qiymətləndirilməsi.
• Müzakirə edilən problemin əhəmiyyətinin yüksəldilməsi («Bu məsələ çox mühümdür və təcili həllini tələb edir»);
• Əhəmiyyətin azaldılması («Məsələ aktual deyil»);
• Problemin formal aspektlərinin müzakirəsi («Bu problem öyrənilməyib», « Əvvəllər başqa qərar qəbul edilmişdi»),
Dostları ilə paylaş: |