F.ü. f d.,baş müəl. Mətanət Əmrahova


İşgüzar nitqin ritorik vasitələri



Yüklə 93,58 Kb.
səhifə17/19
tarix31.12.2021
ölçüsü93,58 Kb.
#113060
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   19
İşgüzar nitqin ritorik vasitələri. İşgüzar ünsiyyətin uğurlu olması üçün işgüzar nitqin xüsusiyyətlərini, leksikasını, qrammatika və üslubiyyatını bilmək kifayət etmir. Bununla yanaşı, öz nitqindən istifadə vasitəsilə həmsöhbəti maraqlandırmağı, ona təsir göstərməyi, öz tərəfinizə çəkməyi, həm sizə yaxşı münasibət bəsləyənlərlə, həm də əleyhinizə olanlarla uğurlu danışıqlar aparmağı, məhdud dairədə söhbətdə iştirakı və geniş dinləyici kütləsi qarşısında çıxış etməyi öyrənmək lazımdır. Yəqin ki, söz sənətinə yiyələnməyin işə yaramadığı heç bir peşə sahəsi yoxdur. Lakin insan fəaliyyətinin bəzi sahələrində, xüsusilə biznesdə nitq sənətinə yiyələnmək vacibdir. Axı sahibkarlıq fəaliyyəti ilə məşğul olan işgüzar insan daim başqaları ilə ünsiyyət qurmalı, söhbətlərdə, ticarət danışıqlarında iştirak etməli, işgüzar müşavirələr keçirməli, gələnlərin və əməkdaşların qəbulunu aparmalı olur. Lakin yaxşı danışmaq üçün nə deyəcəyini bilmək azdır, həm də necə deyəcəyini bilmək, yəni natiqlik nitqinin vasitələri, ritorika üsullarına bələd olmaq lazımdır. Əgər bütün deyilənləri konkretləşdirsək, söyləmək olar ki, yaxşı danışmağı öyrənmək üçün qarşınıza aşağıdakı sualları qoymalısınız.

Necə düzgün söyləməli?

Necə anlaşıqlı söyləməli?

Necə gözəl söyləməli?

Necə inandırıcı söyləməli?

Düzgün necə söyləməli və anlaşıqlı necə söyləməli olduğumuz haqqında yuxarıda danışılmışdı. Burada necə gözəl söyləməli olduğumuz barədə danışacağıq. Ritorika auditoriyaya istənilən təsiri göstərməyi bacarmaq üçün kütlə qarşısında çıxışlara hazırlıq və bu çıxışların söylənilməsi qanunlarını şərh edir. Xüsusi olaraq qeyd edək ki, bu, sadəcə şifahi nitq vasitəsilə informasiyanın gözəl şəkildə çatdırılması haqqında elm olmayıb, həm də nitqin təsirliliyini təmin edən, sözü başqa insanlara təsir vasitəsinə çevirən konkret qayda və qanunlar toplusudur. Gözəl danışığın qanun və qaydalarını bilmək iş adamları üçün xüsusilə mühümdür. Onlara əhəmiyyət verməmək - bir çox sahibkarların uğursuzluqla qarşılaşmasının, peşəkar biznesmenlər və istehlakçılar arasında nüfuzlarının aşağı olmasının əhəmiyyətli səbəblərindən biridir. Bu səbəbdən, natiqlik sənətinin mahiyyətinin ümumi cizgilərini təsvir edək.

Ritorika ünsiyyət fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən aşağıdakı amillərin nəzərə alınmasını tələb edir:

1) auditoriyanın tərkibi, onun mədəni-təhsillilik, milli, yaş və peşə xüsusiyyətlərini;

2) çıxışın özünün məzmununu və xarakterini. Burada avtoritar ton, hökmlərin qətiliyi yolverilməzdir. İnsanlara inam nümayiş etdirmək, çıxış prosesində onlarla məsləhətləşmək vacibdir;

3) məruzəçinin şəxsi işgüzar keyfiyyətlərini obyektiv şəkildə qiymətləndirməsi, insanlar qarşısında çıxış etdiyi məsələlərdə səriştəli olması.



Öz hazırlığını nə hədsiz yüksək, nə də çox zəif qiymətləndirməmək.


Yüklə 93,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin