Baza ili ilə müqayisədə 3 adda məhsulun qiymətləri (manatla)
Məhsulların adı
|
Baza
ilində alınmış məhsulların miqdarı
|
Baza ilində əmtəə vahidinin qiyməti
|
Birinci ildə əmtəə vahidinin qiyməti
|
Pitsa
|
30
|
5000
|
7000
|
Yazılı audiokaset
|
40
|
6000
|
5000
|
Altı butulka qablaşdırılmış alkoqolsuz içki
|
60
|
1500
|
2000
|
Əvvəlcə baza ilində bütün əşyaların əldə edilməsinə çəkilən məsrəfləri hesablayaq.
(30x 5000)= 150 000 manat
+(40x 6000)= 240 000 manat
+(60x 1500)= 90 000 manat
Cəmi: 480 000 manat
1-ci ilə istehlak qiymətləri indeksini hesablamaq üçün ilk növbədə həmin ildə əşyaların alınmasına xərcləri hesablayaq. Hesablamanın nəticəsi belə olar- 530 000 manat ((30 x 7000 manat) + (40 x 5000 manat) + (60 x 2000 manat)) olmalıdır. Onda 1-ci ildə istehlak qiymətləri indeksi 110,4 faiz ( 530000 / 480000) x 100 olacaq. Bu o deməkdir ki, biz baza ilində 100 000 manata ala biləcəyimizi cari ildə 110 400 manata alırıq. Eyni zamanda biz 110,4-dən 100-i çıxsaq onda faiz nisbəti ilə qiymət dəyişikliyini müəyyən edə bilərik. Bizim misalda bu göstərici baza ilinə nisbətdə birinci ildə 10,4 faizlik artımı ifadə edir.
Tutaq ki, istehlak qiymətləri indeksi (CPİ) 1-ci ildə 150, ikinci ildə isə 165 olubsa, onda demək olar ki, ötən illə müqayisədə qiymət artımı 10 faizə bərabərdir. Bunu aşağıdakı düsturun köməyi ilə hesablamaq olar.
CPİ dəyişikliyi 165-150
Qiymət dəyişməsi = -------------------------- X 100 % = ------------- X 100 % = 10%
Başlanğıc CPİ 150
İNFLYASİYA KİMLƏRƏ ZİYAN VURUR, KİMLƏRƏ FAYDA VERİR?
Bir az əvvəl biz öyrəndik ki, inflyasiya iqtisadiyyatda orta qiymətlərin əvvəlki dövrlə müqayisədə nisbətən sürətli artımıdır. Yüksək inflyasiya, əlbəttə ki, iqtisadiyyatda arzuolunmaz hadisə hesab olunur. Lakin, inflyasiya şəraitində iqtisadi fəaliyyətin heç də bütün iştirakçıları, bütün təsərrüfat subyektləri uduzmurlar. Fikrimizi, konkret misallarla izah edək.
Banklar inflyasiya şəraitində ayırdıqları kreditləri geri alarkən uduzurlar. Çünki, onların geri aldıqları pullar inflyasiyanın təsirindən dəyərsizləşmiş və nəticədə alıcılıq qabiliyyətinin bir hissəsini itirmiş olur. Bu halda bankdan krediti götürənlər udur. Çünki borcunu nisbətən "ucuzlaşmış" pulla qaytarmış olur. Pullarını banklara uzun müddətə sabit faizlə qoyan əmanətçilərin hamısı uduzurlar. İnflyasiya həmin pulları bank faizinin gətirdiyi fayda ilə müqayisədə daha böyük həcmdə dəyərsizləşdirir. Əmanətçilər yüksək faizlərin gətirdiyi üstünlüklərdən qazanc götürə bilmirlər. Bu zaman çoxlu miqdarda daxili borcu olan hökumət udur. Axı belə olan halda hökumət borcları nisbətən "ucuz" pulla qaytarır (Daxili borca dövlət müəssisə və idarə işçilərinə olan əmək haqqları, dövlət sifarişləri üzrə yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlərə görə borclar daxildir). Yaxın illərdə göstərəcəyi xidmətlərə görə, dəyişməz tariflər üzrə müqavilə bağlayan firmalar da uduzurlar. Belə olan halda gəlir az olsa da, xərclər artır, nəticədə mənfəət olmur. Bu siyahını bir az da uzatmaq olardı. Lakin deyilənləri qısaca belə yekunlaşdırmaq məqsədəuyğundur:
İnflyasiya şəraitində:
- Daşınmaz əmlak kimi real aktivlərin sahibləri və borclular UDURLAR!
- Pullarını borca verənlər, əmanətə qoyanlar isə UDUZURLAR!
İqtisadi artımın ölçülməsi
İqtisadi artımı ölçmək üçün biz iqtisadiyyatda istehsal olunmuş əmtəə və xidmətlərin həcminin bir dövr ərzində digəri ilə müqayisədə artımını tapırıq. Adətən iqtisadi artımı müəyyənləşdirmək üçün Ümumi Daxili Məhsul göstəricisindən istifadə olunur.
Biz bu barədə əvvəlki fəsildə az da olsa söhbət aparmışdıq. Lakin, bu göstəricinin əhəmiyyətini nəzərə alaraq, yenidən diqqətimizi ona yönəldək.
Ümumi daxili məhsul (ÜDM) - milli hesablar sisteminin ən mühüm göstəricilərindən biridir. ÜDM istər istehsal, istərsə də xidmət sahələrində ölkənin rezidenti sayılan iqtisadi vahidlərin istehsal fəaliyyətinin son nəticəsini xarakterizə edir və bu vahidlərin son istehlakı üçün məhsul və xidmətlər istehsalı üzrə yaratdığı əlavə dəyərin həcmi ilə ölçülür.
Gəlin, əvvəlcə ÜDM-ə verilən tərifdən irəli gələn 2 terminin (milli hesablar sistemi və rezidentlər, qeyri-rezidentlər) mahiyyətinə varaq.
Mилли hесаблар сисtеми - базар игtисаdиййаtы şяраtиndя макрoигtисаdи pрoсесляри юзцndя якс еtdиряn, бир-бириля гарşылыглы сыx ялагяси oлаn вя 150-dяn çox юлкяdя tяtбиг еdиляn икиtяряfли эюсtяриъиляр сисtемиdир.
Bu sistemin metodoloæi əsasları tədiyə balansının və sahələrarası balansın metodoloæi əsasları ilə sıx baülıdır. Milli hesablar sistemi (MHS) istehsal, ilkin və təkrar bölgü və son istifadə proseslərini bir-birilə qarşılıqlı əlaqəsi olan ayrı-ayrı hesablarda (sahələr və institutsional bölmələr üzrə) qruplaşdırır.
ÜDM ölkənin rezidenti sayılan iqtisadi vahidlərin məhsul və xidmətlərin istehsalçıları arasında bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin məbləği kimi - yəni gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilər.
Rezidentlər - qanunvericiliklə aşağıdakılar sayılır:
a) ölkədə daimi yaşayış yeri olan, o cümlədən həmin ölkə hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;
b) ölkənin qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər və onların ölkə hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri;
c) ölkədə yerləşən və həmin ölkə qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
d) ölkə hüdudlarından kənarda yerləşən həmin ölkənin diplomatik və digər rəsmi nümayəndəlikləridir.
Xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış ölkə hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar, ölkə ərazisində yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları qeyri-rezident sayılır.
Qeyri-rezidentlяr - юлкя hцdudlarыndan kяnarda daimi yaşayыş yeri olan вя йа
йерляşяn, o cцmlяdяn юлкяdя mцvяqqяti qalan fiziki вя йа hцгуги şяxслярdир.
Ümumi daxili məhsuldan istifadə edilməsi (xərclər üsulu) məhsul və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) xalis əldə edilməsini və məhsul və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.
Hər şeydən əvvəl, biz ÜDM göstəricisindən istifadə etməmişdən əvvəl, qiymət dəyişikliklərinin təsiri ilə ÜDM-də mümkün korrektələri aparmalıyıq. Tutaq ki, ÜDM birinci ildə 1000000 manat, ikinci ildə isə 1100000 manatdir. Bu o deməkdirmi ki, 1-ci ilə nisbətdə 2-ci ildə iqtisadi artım 10 faiz olub. Əgər bu dövr ərzində qiymətlər 2 dəfə artıbsa, bu halda ÜDM-ində 2 dəfəyədək artması mümkün deyil. Ona görə də qiymət dəyişikliyi nəticəsində korrektə olunmuş ÜDM real ÜDM, korrektə olunmamış ÜDM isə nominal ÜDM adlanır.
Həmin ilə real ÜDM-i hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur.
100 %
1-ci ildə real ÜDM = 1-ci ildə nominal ÜDM X ---------------------------------
1-ci ildə qiymət indeksi
İqtisadi artım tempini hesablamaq üçün isə aşağıdakı düstur təqdim olunur.
2-ci ildə real ÜDM – 1-ci ildə real ÜDM
İqtisadi artım tempi = ------------------------------------------------------ X 100 %
1-ci ildə real ÜDM
Məsələn, əgər 1-ci ildə real ÜDM 1 000 000, 2-ci ildə 1 028 000 manata bərabərdirsə, onda iqtisadi artım tempi 2,8 % (1028 000 – 1 000 000/ 1 000 000) = 0.028. Bu rəqəmi 100-ə vurub nəticəni faizlə alaq: 2,8 % (0,028 x 100%) .
İqtisadi artım tempinin dəyişməsi və real ÜDM-in ölçülməsi zamanı adətən adambaşına real ÜDM göstəricisi də hesablanır. Bunun üçün hər hansı bir dövr üçün ÜDM-i həmin dövrdə əhalinin orta siyahı sayına bölmək lazımdır. Bu göstərici ÜDM-ın əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında nə dərəcədə rol oynamasını qiymətləndirməyə imkan verir.
Biz misal əsasında fərz edək ki, 1-ci ildə ölkə əhalisinin sayı 100 min, 2-ci ildə 110 min nəfərdir.
Belə olan halda 1-ci və 2-ci illərdə adambaşına real ÜDM necə olacaq?
1-ci ildə adambaşına 1-ci ildə real ÜDM 1000 000
real ÜDM = -------------------------------------- = ----------- = 10 (manat)
1-ci ildə əhalinin ümumi sayı 100 000
2-ci ildə adambaşına 1 028 000
real ÜDM = ----------------- = 9,3 (manat)
110 000
Bizim misalda iqtisadi artım tempinin müsbət olmasına baxmayaraq əhalinin orta yaşayış səviyyəsi aşağı düşmüşdür. Belə situasiya ilə inkişaf etməkdə olan ölkələrdə də tez-tez rastlaşmaq mümkündür. Həmin ölkələrdə iqtisadi artım tempinin müsbət olmasına baxmayaraq, əhalinin yüksək artım tempi son nəticədə həyat səviyyəsinin aşağı düşməsini şərtləndirir.
Nəyə görə makroiqtisadçıların fikirləri üst-üstə düşmür?
İqtisadçıların fikir ayrılığının səbəbləri
Makroiqtisadi proseslərə münasibətdə ekspertlərin fikirlərinin biri-birilə üst-üstə düşməməsi tamamilə normal hadisə hesab olunur. Ekspertlərin eyni fikrə gəlməməsi yalnız iqtisadi hadisələrə deyil, bir çox hallarda müxtəlif məsələlərə münasibətdə də mümkündür, hətta nüvə enerjisinə, ətraf mühitin mühafizəsinə, və yaxud hansı idmançının kuboku qazanmasına münasibətdə də onların fərqli münasibətləri ilə rastlaşmaq mümkündür. Axı, görəsən nəyə görə onlar mübahisə edirlər? Asanlıqla başa düşmək olar ki, müxtəlif nöqteyi-nəzərlər və fərqli tövsiyələr vardır. Burda diqqətimizi iqtisadçılar arasında fikir ayrılığına gətirib çıxaran bir neçə mühüm amilə yönəldək.
-
Müxtəlif müddət çərçivəsi
İqtisadçılardan biri sübut edə bilər ki, dövlətin müasir siyasəti inflyasiyaya gətirib çıxarır, digərləri ola bilər ki, onunla razılaşmasın. Əgər müxtəlif vaxtlarda, məsələn 6 aydan, 1 ildən sonra dövlət siyasətinin inflyasiyaya təsirini əsas götürsələr onların hər ikisi haqlıdırlar.
-
Müxtəlif yanaşmalar
Belə ki, iqtisadiyyat öz-özlüyündə mürəkkəb sistemi əhatə edir. Ona görə də halda bir çox hallarda ayrı-ayrı tədbirlərin və hadisələrin effektini qabaqcadan demək çətin olur. Buna görə də iqtisadçılar proqnozlar verərkən müəyyən qanunauyğunluqlara əsaslanırlar. Məsələn, bir iqtisadçı hesab edir ki, növbəti il üçün büdcə kəsiri artacaq, digəri onunla razılaşmır. Proqnozların fərqlənməsinə iqtisadi artım tempi, vergi daxilolmalarının və dövlət borclarının həcmi təsir göstərir.
-
Müxtəlif iqtisadi nəzəriyyələr
İqtisadçılar bir çox məsələlərdə vahid mövqeyə də gəlirlər. Məsələn, «əgər mal ətinin qiyməti bahalaşarsa, əhali alışlarını azaltmağa başlayacaq». Bu proqnozla faktiki olaraq bütün iqtisadçılar razılaşırlar, çünki bu hamı tərəfindən qəbul edilən tələb qanunu ilə əsaslandırılır. Buna baxmayaraq, makroiqtisadiyyata dəxli olan bir çox məsələlər üzrə iqtisadçılar arasında mübahisələr kəsilmək bilmir. Bir neçə mühüm proseslərin fərqli izahatı və ya nəzəriyyələr mövcuddur ki, onlar da makroiqtisadi dinamikaya əsaslı təsir göstərir. İndiyədək bu nəzəriyyələrdən heç biri hamı tərəfindən qəbul olunan səviyyəyə qədər inkişaf edə bilməyib və ya biri digəri tərəfindən tam qəbul edilməyib. Bu baxımdan makroiqtisadi məsələlər üzrə iqtisadçıların fikirləri ona görə üst-üstə düşmür ki, onlar müxtəlif nəzəriyyələrin tərəfdarlarıdırlar.
-
Müxtəlif qiymətləndirmələr
İqtisad elmi çalışır ki, iqtisadiyyatda baş verən proseslərin tam izahatını versin. Belə izahatların hədəfində bir çox hallarda proqnozlaşdırma da durur. Belə ki, iqtisadçılar prezidentə və ya millət vəkillərinə izah edə bilməlidir ki, «əgər, Siz 1 saylı siyasəti aparsanız, onda A, B, C hadisələri baş verəcək. Yox əgər, 2 saylı siyasəti aparsanız, onda bu siyasət Q, D, E hadisələrini şərtləndirəcək. Hansı siyasəti istəyirsinizsə, özünüz seçə bilərsiniz». İqtisadçılar özlərinin qiymətləndirmələri əsasında müəyyənləşən iqtisadi siyasəti düzgün hesab edir və onun nəticələrinin müsbət olacağına inanırlar. Məsələn, bəzi iqtisadçılar 1 saylı siyasəti ona görə üstün hesab edirlər ki, onun nəticəsində baş verən A, B, C hadisələri onların xoşuna gəlir. Digər iqtisadçılar da həmçinin 2 saylı siyasəti ona görə üstün hesab edirlər ki, Q, D, E hadisələri onların xoşuna gəlir. Əsaslı fərqlər və fikir ayrılıqları nəticələrə münasibətdə meydana çıxır.
İqtisadi fikir tarixindən
Jan - Batist Sey (1767- 1832)
Jan - Batist Sey - fransız iqtisadçıdır. Dəyər nəzəriyyəsi, istehsalın üç amili haqqında baxışlar və mübadilə nəzəriyyəsi ona məxsusdur. Sey hesab edirdi ki, istehsalın üç amili –əmək, kapital və təbiət (torpaq) üç əsas gəlirə uyğundur: iş qüvvəsi əmək haqqını, kapital faizi, torpaq rentanı yaradır. Hər üç gəlirin məbləği məhsulun dəyərinin ölçüsünü müəyyən edir. O, faydalılığı dəyərin əsası hesab edirdi. Sey həmçinin qeyd edirdi ki, əşyanın dəyəri onun qiyməti ilə ölçülür, qiyməti isə faydalılıq müəyyən edir.
Sey təsdiq edirdi ki, istehsalçı öz məhsulunun qiyməti barədə xəbər verərkən əmindir ki, onun malı o adamlar tərəfindən qiymətləndirilərək alınacaq ki, onların bunu almağa vəsaiti olsun. Belə vəsait digər məhsullardan, məhsuldar sənayedən, kapitaldan, torpaqdan ibarətdir. Buradan da o, nəticə çıxarır ki, «satış üçün məhsul istehsalatın özündə yaranır». «Satmaq olmaz, ona görə ki, pul azdır» tezisinə qarşı Sey başqa bir tezis qoyur: «satmaq olmaz, ona görə ki, digər məhsullardan azdır». Sey təsdiq edir ki, «pul həmişə kifayət qədərdir ki, tədavülə və qiymətlilərin qarşılıqlı mübadiləsinə xidmət etsin» . Sey qeyd edir ki, istehsalçı öz məhsulunu satarkən çalışır ki, «yalnız öz məhsulunun qiymətinə elə məhsullar alsın ki, bunlar ona istehlak üçün lazım olsun», deməli, satıcı bütövlükdə pul axtarmır və onda lüzum görmür, əgər ona malik olmağı arzulayırsa, deməli onu öz istehlakını təmin edən əşyalara dəyişir. Bunlar Seyin mübadilə nəzəriyyəsinin əsas tezislərini təşkil edir.
Xülasə
1
. İstənilən dövlətin başlıca iqtisadi məqsədlərinə ölkə vətəndaşlarının tam məşğulluğunu, əmtəə və xidmətlərin qiymətlərinin sabitliyini, ölkədə iqtisadi artımı təmin etmək daxildir.Tam məşğulluq dedikdə əksər əhalinin iqtisadiyyatda təminatlı əmək haqqı olan iş yerləri ilə təmin olunması başa düşülür. Qiymətlərin sabitliyi dedikdə iqtisadiyyatda elə vəziyyət təsvir olunur ki, bu zaman ümumi qiymətlərin orta səviyyəsi nə artır, nə də ki azalır.İqtisadi artım iqtisadiyyatda uzun müddət ərzində daima artan miqdarda əmtəə və xidmətlərin buraxılışı zamanı baş verir. Bu artım əhalinin artımını qabaqladıqda hər adambaşına düşən məhsul və xidmətlər buraxılışı da getdikcə çoxalır.
2. İşsizliyin 4 tipi mövcuddur:
- Friksion işsizlik;
- Tsiklik işsizlik;
- Struktur işsizlik;
- Mövsümi işsizlər.
3. İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün qiymət indeksindən istifadə olunur. Digər qiymət indeksləri də vardır. Onlardan ən çox istifadə olunanları aşağıdakılardır:
-
İstehsalçıların qiymət indeksi.
-
ÜDM -in deflyatoru
4. Qiymətlərin orta səviyyəsinin əvvəlki dövrlərə nisbətdə davamlı surətdə artımı inflyasiya, azalması isə deflyasiya adlanır.
5. İqtisadçıların fikir ayrılığının səbəbləri aşağıdakılarla izah olunur.
- Müxtəlif müddət çərçivəsi;
- Fərqli yanaşmalar;
- Müxtəlif iqtisadi nəzəriyyələr;
- Fərqli qiymətləndirmələr.
Müzakirə üçün suallar
Başlıca iqtisadi məqsədləri sadalayın və onların hər birinin izahını verin.
İşsiz olub iş axtaranlarla iş axtarmayanların fərqində nələr durduğunu aydınlaşdırın. İşsizliyin tiplərini sadalayın və onların hər birinin izahını verin. Hər bir tipə aid misallar göstərin.
Qiymət indekslərini sadalayın və onların hər birinin tərifini verin. İnflyasiya və deflyasiyanın fərqini göstərin.
Müxtəlif misallar əsasında iqtisadi artım tempini hesablayın.
Nəyə görə iqtisadçılar arasında fikir ayrılığının mövcudluğunu əsaslandırın və onun daha aydın izahını vermək üçün eyni mövzu ətrafında 3-4 nəfər arasında debat təşkil edin.
Test
8.1. Əgər 1990-cı ildə ölkədə qiymət indeksi 100 və 1999-cu ildə 120 faiz, 1999-cu ildə nominal ÜDM 480 mlrd. manat təşkil edirsə, onda 1990-cı ilin qiymətləri ilə 1999-cu ildə real ÜDM nəyə bərabərdir?
a) 384 mlrd.manat
b) 400 mlrd.manat
c) 424 mlrd. manat
d) 460 mlrd manat
e) 480 mlrd manat.
8.2. Əgər iqtisadiyyatda qiymətlərin orta səviyyəsi aşağı düşürsə:
a) Digər bərabər şərtlər daxilində, alıcılar daha çox idxal və daha az yerli mallar alırlar
b) Digər bərabər şərtlər daxilində, alıcılar daha çox idxal və daha çox yerli mallar alırlar
c) Digər bərabər şərtlər daxilində, alıcılar daha az idxal və daha çox yerli mallar alırlar
d) Digər bərabər şərtlər daxilində, alıcılar daha az idxal və daha az yerli mallar alırlar
8.3. Sadalanan hadisələrdən hansı struktur işsizliyini xarakterizə edir?
a) Kompüter proqramçısı işdən imtina edir və daha yüksək əmək haqqı olan iş axtarır
b) İnşaatçı qışda işsiz qalır
c) İqtisadi böhran zamanı avtomobil zavodunun fəhləsi iş yerini itirir
d) Poladtökən fəhləni robot əvəz edir.
8.4. Məcmu tələbin dəyişikliyi (əyrinin hərəkəti) müşahidə olunur, o zamani:
a) İstehlak qiymətləri indeksi dəyişir
b) İstehsalat resurslarının qiyməti dəyişir
c) İstehlakçıların gözləmələri dəyişir
d) Məhsuldarlıq dəyişir
e) Enerji daşıyıcılarının qiyməti dəyişir.
Doqquzuncu fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:
-
Mübadilə və mübadilə vasitəsi
-
Monetarist monetar siyasət
-
Pul kütləsi və onun aqreqatları
-
Milli Bank pul kütləsini
necə tənzimləyir?
Tarixən insanların əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşması dərinləşdikcə natural mübadilə əməliyyatlarının aparılması getdikcə çətinləşirdi. Bu zaman hansısa bir universal mübadilə vasitəsinə tələbat meydana çıxırdı. Pulun yaranmasına səbəb ticarətin sürətli inkişafı oldu ki, o da mal mübadiləsinin asanlaşdırılmasına xidmət etməli idi.
Pul - əmtəə və xidmətin mübadiləsi zamanı sərbəst şəkildə qəbul edilə bilən hər əşya ola bilər. Pul - mübadilə vasitəsidir.
Əgər insanlar pulu kəşf etməsəydilər, hələ də əvvəlki tək natural və ya barter mübadiləsi mövcud olardı ki, bu da müasir həyatı sadəcə mümkünsüz edərdi.
Təsəvvür edin ki, siz ədəbiyyat müəllimisiniz. Sizcə, supermarketdən aldığınız malların haqqını Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında danışmaqla ödəməyi bacarardınızmı? Və yaxud, avtomobiliniz üçün aldığınız bir bak benzinin əvəzinə benzin doldurma məntəqəsinin işçilərinə Qarabağ probleminin səbəbləri haqqında 20 dəqiqəlik mühazirə oxumağı təklif edə bilərsinizmi?
Pul insanlara öz məhsulunu ona lazım olan digər məhsulla mübadilə etməyə imkan verir!
Prinsipcə hər şeyi pul kimi qəbul etmək mümkündür - əgər onları başqa əmtəələr üçün mübadilə vasitəsi kimi dəyişirlərsə. Daha doğrusu, "PUL"- ticarəti asanlaşdırmaq üçün istifadə olunan xüsusi əşyaların ümumiləşdirilmiş adıdır.
Keçmişdə ayrı-ayrı ölkələrdə müxtəlif əsrlərdə çox sayda əmtəə və əşyalardan mübadilə vasitəsi kimi istifadə olunmuşdur. Pul kimi qızıl və gümüşdən başqa daş təkərlər, duz, tütün, pivə, filin, su itinin dişləri, iribuynuzlu mal-qara, sikkələr, kağız banknotlar və s.-dən istifadə edilib. Hətta XIX əsrədək Dokotoda siçan quyruğu da pul kimi çıxış edirdi.
Bəs nə üçün insanlar adı çəkilən əşyaların çoxunun pul rolunda qalmasından imtina etdilər?
Yaxşı mübadilə vasitəsi olmaq üçün pul rolunda çıxış edən əşyalar müəyyən tələblərə cavab verməlidir. Belə ki, pul:
- insanların hamısı tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı əməliyyatları zamanı insanlar onu pul kimi qəbul etməyə hazır olsun;
- rahat daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə istifadə etmək mümkün olsun;
- dəyərinin saxlanılması baxımından elə olmalıdır ki, uzun müddətli dövrdə alıcılıq qabiliyyəti azalmasın;
- kompakt, bircinsli və bölünən olmalıdır;
- uzunömürlü və daimi dəyərə malik olmalıdır.
Gəlin müxtəlif dövrlər üzrə pul rolunu oynamış əşyaların adını sadalayaq və onların yuxarıdakı tələblərə uyğunluq dərəcəsini nəzərdən keçirək.
-
İri buynuzlu mal-qara
-
Duz
-
Daş təkərlər
-
Hisə verilmiş balıq
-
Qızıl
-
Mis sikkələr
-
Kağız əskinaslar
Birincisi, kompakt deyil, bircinsli sayılmır (məsələn, inəklərin eləsi var ki, iridir, eləsidə var ki, nisbətən xırdadır, bəziləri kök-piyli, digərləri isə arıq-sümüklüdür), uzunömürlü deyil (onlar müxtəlif səbəblərdən, o cümlədən xəstəlikdən ölə bilərlər), bölünmür (inəyi lazım gələrsə bir neçə hissəyə bölüb, sonra da birləşdirə bilməzsən).
İkincisi, kompakt olsa da, daşımaq üçün çox da münasib deyil, dağıla, yaş ola bilər, bircinslidir, kifayət qədər uzun ömürlüdür, bölünən olsa da kristalları çox kiçik olduğundan qeyri-münasiblik yaradır.
Üçüncüsü, daşınmalar zamanı münasib deyil, kifayət qədər bircinslidir, bölünən deyil, uzunömürlüdür.
Dördüncüsü, bir neçə cinslidir, kompakt deyil, kifayət qədər uzun ömürlüdür, bölünən deyil.
Beşincisinin əsas nöqsanı odur ki, iri sövdələşmələr zamanı böyük çəkini ifadə edir.
Altıncısı, böyük miqdarlarda kompaktlığa malik deyil.
Nəhayət, yeddincisi, bütün göstəricilər üzrə uyğun gəlir.
Yəqin ki, yuxarıda sadaladığımız müxtəlif əşyalar arasında bu tələbləri daha dolğun ödəyənin məhz kağız əskinaslar olması fikrinin geniş izaha ehtiyacı yoxdur.
Lap qədimlərdən bəri pul 3 başlıca funksiyanı yerinə yetirib. Belə ki, pul:
1) tədavül vasitəsidir;
2) əmtəə və xidmətlərin dəyər ölçüsüdür;
3) sərvət toplanması vasitəsidir.
«Tədavül vasitəsi» adı altında nə başa düşürük. Bunu misalla aydınlaşdırmağa çalışaq:
Fərz edək ki, pul mövcud deyildir!
Bütün istehsalçılar öz məhsullarını bazara çıxarırlar. «A» firmasının nümayəndəsi satışa ayaqqabı təklif edir və onun əvəzinə istəyir ki, dəri məmulatları alsın. «B» firması dəri məmulatları satır, lakin istəyir ki, bazardan duz alsın. «C» firmasının nümayəndəsi bazarda duz satır, onun da ürəyindən özünə ayaqqabı almaq və saçını kəsdirmək keçir. Bərbər isə istəyir kiminsə saçını kəsib, əvəzinə ondan öz uşağı üçün oyuncaq alsın. Belə siyahını sonsuzluğa qədər uzatmaq olar, elə bil ki, iqtisadiyyatda gözəgörünməyən əllər vardır, onlar vasitəsilə, firmalar, insanlar öz aralarında bir şəbəkə qururlar.
Gəlin bu şəbəkəni sxem vasitəsilə təsvir edək.
Dostları ilə paylaş: |