Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları



Yüklə 3,39 Mb.
səhifə8/13
tarix14.01.2017
ölçüsü3,39 Mb.
#274
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

Əmək vahidi


Şəkil 21. Məhsul buraxılışı və əmək vahidinin qarşılıqlı əlaqəsi

Qrafikdən göründüyü kimi üçüncü əmək vahidinin əlavə  olunması məhsul yığımının nisbətən az artımına gətirib çıxarır.




Даhа бир ресурс ваhидинин дяйишмяси иля ялагядар  бурахылмыш мяhсул сон hядд мяhсулу адланыр.

Onun qrafiki təqdimatı aşağıdakı kimidir.


Son hədd məhsulu (əmək vahidinə)



3000


2000

1000
MR






































































0

1

2

3

4

5

Əmək vahidi

Şəkil 22. Son hədd məhsulunun qrafik təqdimatı
Təcrübədə bir çox hallarda orta göstəricini, daha doğrusu bir vahid  əmək resursuna nə qədər məhsul buraxıldığını müəyyənləşdirmək lazım  gəlir. Tutay ki, bizim  misalda bir əmək vahidinə əvvəlcə 2 ton (2000:1=2000), sonradan məhsul buraxılışının dəyişməsi nəticəsində isə ton yarım (3000:2=1500) yemiş düşür.


Орта мяhсул - мяhсул бурахылышынын hяъминин гейд олунан ресурса нисбятидир.


Aşağıda təqdim olunmuş 10-cu cədvəlin məlumatlarından istifadə etməklə, orta  və son hədd məhsulu  göstəricisini asanlıqla  təyin  etmək olar.



Cədvəl 11

Əmək vahidi

(1)

Ümumi
məhsul, kq (2)


Üstəlik
məhsul, kq (3)


Orta məhsul,kq

(4)=(2): (1)

0

0







1

2000

2000

2000

2

3000

1000

1500

3

3500

500

1167

4

3800

300

950

4-cü sütunun məlumatlarına diqqət yetirək.

Yetişdirilmiş yemişin orta miqdarını tapmaq üçün məhsulun  ümumi həcmini sərf olunmuş əməyin ölçüsünə bölmək lazımdır.

İndi isə 3-cü sütunun məlumatlarına nəzər salaq. Son hədd məhsulu müxtəlif miqdarda əmək sərfinə uyğun surətdə buraxılmış məhsulun əvvəlkindən fərqi ilə müəyyənləşdirilir. Daha doğrusu son hədd hsulu bir əmək vahidinin əlavə olunması hesabına hsul buraxılışının qədər artımını ifadə edir. Cədvəl məlumatlarına - sütunlarına bir  daha  nəzər  yetirməklə iqtisadiyyatın başlıca qanunlarından birini- Azalan qaytarma qanununu aydınlaşdıra bilərik.




Азалан гайтарма гануну hяр бир йени
ресурс ваhидинин артырылмасына эюря мяhсул бурахылышынын эетдикъя азалмасыны
характеризя едир.


Bu qanunun prinsiplərini bizim misalımıza tətbiq etsək  görərik ki,  yeni əmək resurslarının cəlb edilməsi nəticəsində avadanlığın yüklənməsi, torpaq ərazisinin korlanması halları çoxalmaqla son hədd məhsulunun buraxılışı və ya faktiki olaraq əlavə yetişdirilmiş yemişin miqdarı aşağı düşəcək.

Gəlin, başqa bir misal üzərində firmanın məsrəflər konsepsiyasının öyrənməyə çalışaq (məsrəf və xərc-sinonim sözlərdir).

Bu məqsədlə çox da böyük olmayan, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış firmanın fəaliyyətinə nəzər yetirək. İstehsal üçün ona bir sıra  zəruri  resurslar, konkret  olaraq tikiş sexi,  avadanlıq, xammal və materiallar, o cümlədən  dəri, yapışqan, rəng və sairə, eləcə də mütəxəssis - pinəçilər lazımdır.

Eyni zamanda nəzərdən qaçırmayaq ki, firmada müdiriyyət (direktor, mühasib və digər qulluqçular), həmçinin köməkçi  heyət (gözətçi, yükdaşıyan, süpürgəçi və sairə) fəaliyyət göstərir.

Bütün bu işçilər heç də bilavasitə ayaqqabı tikişində iştirak etmirlər.

Yeri gəlmişkən, unutmaq lazım  deyil ki, firma  bütün xərclərini məhsul satışından əldə etdiyi vəsait hesabına ödəyir.

Firmanın xərclərinin bir hissəsi sabit və ya bəzən də fiksə edilmiş xərclər adlanır. Bu  xərclər məhsul  buraxılışının həcmindən asılı deyildir.

Məsələn, gözətçinin məvacibinə  diqqət yetirək. Onun vəzifəsi fabriki  qorumaqdır. Onun maaşı fabrikin işləyib-işləməməsindən, orda  ayaqqabının çox və ya az istehsal edilməsindən asılı deyildir.  O öz işini yerinə yetirir - ərazini  qoruyur və buna görə də sabit əmək haqqı alır.

Və yaxud fabrikin icarəyə götürdüyü  sex binalarına  nəzər salaq.  Hətta  fabrik hansısa dövrlərdə işləməsə belə  icarəyə  götürdüyü  tikiliyə görə haqq ödəməyə  məcburdur.

Fabrik üç növbədə işləyib, daha çox ayaqqabı buraxsa da belə bu haqqın məbləği dəyişməyəcək.

Başqa bir misal kimi telefona görə  abonent haqqını göstərək. Yenə də əvvəlki misallarda olduğu kimi onun məbləği  fabrikin  istehsal  etdiyi  məhsulun  həcmindən heç  cürə asılı  deyil.


Сабит (фикся едилмиш) хяръляр о хяръляря
дейилир ки, онларын юлчцсц мяhсул бурахылышынын
hяъминдян асылы дейил.

Sabit xərclər müxtəlif formalarda olur və firmalarda adətən onu ümumi qaimə xərcləri adı ilə rəsmiləşdirirlər. Müasir xarici  iqtisadi ədəbiyyatlarda sabit xərcləri  FC-lə  (Fixed cost) işarə edirlər.

Firmanın məsrəfləri ilə  bağlı  tədqiqatımızı davam  etdirəndə  sabit xərclərlə yanaşı, dəyişən xərclərin də mövcudluğunu aşkara çıxarırıq. Dəyişən xərclər  barədə yəqin ki, sizdə artıq müəyyən təsəvvür  yarandı. Belə xərclər hsul buraxılışının həcmindən asılı olaraq dəyişir.

Tutaq ki, hansısa ayaqqabı sexində gündə  30  cüt ayaqqabı tikilir. Sexin sahibi istehsalın həcminə uyğun miqdarda dəri, yapışqan, mıx, rəng və sairə alır. İşçi götürür və onlara əmək haqqı verir.

Əgər, sahibkar bir müddətdən sonra gündəlik istehsalını 45 cütə qaldırmaq qərarına gəlirsə, onda lazım olan resurslar, o cümlədən dəri, rəng və s. bəs etməyəcək. Buna görə,  daha çox material almaq zərurəti yaranacaq. Tezliklə, ikinci növbəni təşkil etmək üçün yeni işçilər götürmək  tələb olunacaq. Bu o deməkdir ki, 45 cüt ayaqqabı istehsalının  xərcləri   30  cüt  ayaqqabının buraxılışına nisbətən  artacaq.

Дяйишян хяръляр о хяръляря дейилир ки,
онлар мяhсул  бурахылышынын  hяъминдян
асылы олараг дяйишир.


Bu xərclər bir  neçə dəfə dəyişə bilər.  Onun  dəyişməsinin həcmi istehsalın həcminin  artıb - azalmasından  asılıdır.

Dəyişən xərclər istehsalın miqyasından, xammal, materialların qiymətindən, işçilərin  əmək haqqın səviyyəsindən və s.-dən  asılı olaraq dəyişir. Adətən, onu VC (variable cost) ilə  işarə edirlər.

Sabit və dəyişən xərclərin məbləğinin cəmi ümumi xərcləri təşkil edir.

Ümumi  xərclər  isə  TC (total cost) ilə işarə olunur.

Daha doğrusu, ümumi xərcləri  hesablamaq  üçün aşağıdakı şəkildə düstur tərtib olunur.
TC=FC+VC
Sabit dəyişən və ümumi xərclərin qrafiki aşağıdakı kimi təsvir olunur. (Bax: şəkil 23-ə)

P TC

VC




FC


Q

Şəkil 23. Sabit, dəyişən və ümumi xərclərin qrafik təqdimatı
Bütün bu məsrəf anlayışları ilə yanaşı satılmış məhsuldan əldə edilmiş vəsaitin nə qədər  sərfəli olmasını  öyrənmək  üçün bir məhsul vahidinin istehsalçıya neçəyə başa gəldiyini də müəyyənləşdirmək vacibdir. Belə olan halda, sual olunur: bir cüt ayaqqabının dəyərini necə müəyyənləşdirmək olar?

Bu məqsədlə ümumi istehsalat xərclərini istehsal olunmuş ayaqqabının miqdarına bölmək tələb olunur. Bu zaman alınmış nəticə, yəni bir məhsul vahidinə çəkilən xərc orta ümumi xərc adlanır və ATC (average total cost) ilə  işarə  olunur. ATC = AT / Q

Biz orta ümumi xərclərin hesablanmasını ona görə  vacib hesab edirik ki, bu metodikaya uyğun olaraq, həmçinin orta  sabit (fiksə  edilmiş) xərcləri (AFC) və  orta  dəyişən xərcləri (AVC) hesablaya bilək. Belə olan halda,  yuxarıda  göstərilən formul əsasında  orta ümumi xərcin düsturunu  aşağıdakı  kimi  yazmaq olar.
ATC= AFC+AVC
Orta ümumi xərclər orta sabit xərclərlə orta dəyişən xərclərin cəminə bərabərdir.

Xərclərin  siyahısı  bununla bitmir. Bəzən istehsalçını başqa bir xərc də  maraqlandırır  ki, ona da marjinal və ya son hədd xərcləri deyilir.



Маржинал (сон hядд) хяръ-ялавя бир мяhсул ваhидинин истеhсалы цчцн тяляб олунан ялавя хяръдир.


Bizim nümunəmizdə bu əlavə bir cüt ayaqqabı istehsalına lazım olan xərcdir.

Bu deyilənləri daha aydın şəkildə izah etmək üçün 12-ci cədvəlin köməyi ilə  ayrı-ayrı xərclərin məzmununu ətraflı  surətdə öyrənək.
Cədvəl 12

Sabit, dəyişən və marjinal xərclər


Buraxılışın miqdarı
Q


Sabit xərclər
FC


Dəyişən xərclər
VC


Ümumi xərclər
TC


Marjinal xərclər
MC


1

2

3

4

5

0

100

0

100

900

30

100

900

1000

50

31

100

950

1050

40

32

100

990

1090

35

33

100

1025

1125

30

34

100

1055

1155

35

35

100

1090

1190

60

36

100

1150

1250

75

37

100

1225

1325

85

38

100

1310

1410

-

12-ci cədvəl vasitəsilə 10 müxtəlif variantda ayaqqabı  istehsalı üçün xərc göstəriciləri ilə  tanış olaq.

1-ci sütunda-  istehsalın səviyyəsi, daha doğrusu buraxılmış ayaqqabı  cütünün miqdar  göstəricisi verilir. Onu  Q  hərfi ilə işarə   edək.

2-ci sütunda - sabit xərclər verilir və göründüyü  kimi  onun  məbləği istehsalın istənilən səviyyəsində dəyişmir.

3-cü  sütunda - dəyişən  xərclər təqdim olunur ki,  o əksinə olaraq istehsalın səviyyəsi yüksəldikcə daha da artır.

4-cü sütunda - ümumi xərclər təsvir edilib. Onun dəyəri 2 və 3-cü sütunların cəminə bərabərdir.

5-ci sütunda - marjinal xərclər verilir. Bu göstərici əlavə bir cüt ayaqqabının neçəyə  başa gəldiyini  ifadə edir.

Siz sual verə bilərsiniz ki, sabit, dəyişən və marjinal xərcləri müəyyənləşdirmək nəyə  gərəkdir. Məgər,  real həyatda o nəyəsə lazımdırmı? Cavab belədir: Əlbəttə!

Bu məqsədlə xərclərin harada və hansı formada lazım olduğunu izah etmək üçün tədqiqatlarımızı davam etdirək.

Biz artıq bilirik ki, firmanın gəliri onun buraxdığı məhsulun qiyməti ilə miqdarının hasilinə bərabərdir. G + P  Q. Və təbii ki, ayaqqabı buraxılışı və satışının  miqdarını artırmaqla  firma daha çox gəlir əldə edə  bilər. Lakin, bu o deməkdirmi, firmanın mənfəəti də artıb?  Biz  yəqin ki, hələ unutmamışıq ki, sahibkar mənfəətin əldə olunması naminə çalışır.



Bir neçə hesablama aparaq. Tutaq ki, bir cüt ayaqqabı 60000 manata  satılır. Belə olan halda 30 cüt ayaqqabının satışından daxil  olan gəlir 1 milyon 800 min manata  bərabər olacaq (G= X Q=60 min man x 30). Oxşar hesablamaları istehsalın  müxtəlif səviyyələri üzrə aparmaqla əldə edilən  nəticələri başqa bir cədvəldə əks etdirək.
Cədvəl 13

Q

Məcmu gəlir

Sabit  xərclər

Dəyişən xərclər

Ümumi xərclər

Mənfəət və ya zərər

1

2

3

4

5

6

0

0

100

0

100

- 100

30

1800

100

900

1000

+800

31

1860

100

950

1050

+810

32

1920

100

990

1090

+830

33

1980

100

1025

1125

+855

34

2040

100

1055

1155

+855

35

2100

100

1090

1190

+910

36

2160

100

1150

1250

+910

37

2220

100

1225

1325

+895

38

2280 

100

1310

1410

+870

1-ci sütunda ayaqqabı istehsalının gündəlik miqdarı verilir.

2-ci sütunda gəlirin həcmi, daha doğrusu 1-ci sütunda göstərilmiş miqdarla ayaqqabının 1 cütünün qiymətinin hasili (60 min manat) təqdim olunur.

3, 4 və 5-ci sütunların məlumatları əvvəlki cədvəldən götürülüb.

İndi  bizim qarşımızda duran başlıca vəzifə 6-cı sütun üzrə məlumatların hesablanmasıdır. Bu zaman 2-ci sütunun məlumatlarından 5-ci sütunun  məlumatlarını çıxmaq tələb olunur. Bu məqsədlə belə düstur tətbiq olunur: M=G-X. Sütun (2)- sütun (5)=sütun  (6)

Cədvəldən göründüyü kimi sıfırıncı istehsal səviyyəsi zamanı firma 100 min manat həcmində zərərə davam gətirir ki, bu da onun sabit xərclərinin miqdarını göstərir.

30 cüt ayaqqabı istehsalı zamanı mənfəət 800 min  manatdan ibarətdir və  bundan sonra da hər cüt ayaqqabı vahidinə düşən buraxılışın həcminin artımı mənfəət məbləğini də  çoxaldır.

Cədvəldən göründüyü kimi, mənfəətin maksimum məbləği 35-ci cüt ayaqqabı buraxılışında mümkündür.

Lakin 37-ci cüt ayaqqabı istehsalından sonra ümumi gəlir artsa da, mənfəət azalır.

Bu cədvəlin məlumatlarını 13-cü cədvəlin məlumatları ilə müqayisə edəndə qeyd olunanların  nəyə görə baş verdiyini başa  düşmək olar.

Məsələn, cədvəldən görünür ki, firma  üzrə  36-cı cüt ayaqqabı  istehsalına ümumi xərclər 60 min manat təşkil edir, lakin elə həmin cütün ümumi qiyməti də, yəni satışının dəyəri də 60 min manatdır. Deməli, həmin cüt ayaqqabı istehsalı mənfəət yoxdur və sonrakı cüt ayaqqabı istehsalında zərərin  yaranmasına  gətirib çıxarır.

Sizcə, sahibkar özünüz olardınızsa, gündə neçə cüt  ayaqqabı istehsal edərdiniz?

Əlbəttə ki, otuz beş cüt! Çünki,  istehsalın yalnız  bu səviyyəsində  biz maksimum mənfəət əldə  edə bilərik. Bu vəziyyəti qrafikin  köməyi ilə təsvir  edək.  

R



MC –son hədd xərcləri



MR – son hədd gəliri




Q

R

MP – son hədd mənfəəti







36 Q

Şəkil 24. Son hədd xərcləri və son hədd gəlirlərinin qarşılıqlı əlaqəsi
Qrafik bizim əldə  etdiyimiz nəticələri əyani surətdə təsdiq edir. Göründüyü kimi ayaqqabı buraxılışının artırılması nəticəsində son hədd xərcləri və gəliri çoxaldır.  Son hədd mənfəəti bu iki göstərici  arasındakı fərqlə müəyyənləşdirilir.  Nə  qədər  ki, əyri  üzərində MR=MC nöqtəsi  əldə olunmayıb,  o vaxta kimi mənfəət  artır və bu da müsbət dəyişiklikləri xarakterizə edir. Bu nöqtəyə çatandan sonra  mənfəət aşağı  düşməyə başlayır və beləliklə də son hədd mənfəəti mənfi işarə ilə  ifadə olunur.

Sual  verə bilərsiniz ki, nəyə görə belə vəziyyət  yaranır? Hansı səbəbdən gəlir xərclərə bərabər  olur?  Axı, belə vəziyyətdə onların fərqi sıfırı ifadə edir,  bu  isə o deməkdir ki, mənfəət yoxdur?

Burada bir "sirr" gizlənir. Bir çox hallarda ona o qədər də diqqət  yetirilmir.

Gəlin, bir daha xərclərin tərkibinə nələr daxil olduğunu yada salaq?

Bazar iqtisadiyyatlı bir çox ölkələrdə xərclərin tərkibinə biznesin təşkili və mənfəətin minimumlaşdırılması naminə hətta "sahibkarlıq qabiliyyəti" resurslarına görə ödənilən haqlar da daxil edilir.

Belə olan halda sıfır mənfəətinin izahı ondan ibarətdir  ki,  istənilən istehsalat fəaliyyəti nəticəsində əldə edilmiş gəlir istifadə olunmuş bütün 4 növ resurslara görə haqların   hamısını ödəyir və əlavə vəsait qalmır. Deməli, bu zaman sahibkar öz mənfəətini xərcləri çərçivəsində qazanır.



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin