Фуат рясулов


ÜDM - torpaq, əmək və kapital hesabına istehsal edilmiş əmtəə və xidmətlərin (kompüter oyunlarından dəzgahlara qədər) pulla ifadə olunan ümumi dəyəridir



Yüklə 4,2 Mb.
səhifə102/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   176
ÜDM - torpaq, əmək və kapital hesabına istehsal edilmiş əmtəə və xidmətlərin (kompüter oyunlarından dəzgahlara qədər) pulla ifadə olunan ümumi dəyəridir.

ÜDM iqtisadiyyatın nəticəsinin ümumi göstəricisidir. Onu 2 üsulla hesablamaq olar:

- gəlirlər və xərclər  əsasında.

Bu 2 üsul, demək olar ki, eyni nəticəlidir. Əgər, biz iqtisadiyyatda dairəvi  axınlar sxeminə diqqət yetirsək, görərik ki, əsas 2 axın mövcuddur: xərclərin və gəlirlərin axını, onlar da sonda bir-birinə bərabər olur. İqtisadiyyatda belə  bir prinsip mövcuddur:

Birinin xərcləri = digərlərinin gəlirləri.

Gəlin, bu bərabərliyin sağ və sol tərəfindən istifadə etməklə, ÜDM-i hesablayaq.

Yenidən diqqətimizi ÜDM-in hesablanması məsələsinə yönəldək. Bu zaman qarşıya çıxan əsas problem "ikili  hesab" adlanır. Bu problemin aradan qaldırılmasının vacibliyini qiymətləndirmək üçün yaxın tariximizə nəzər yetirək.

Xatırladaq ki, bir vaxtlar SSRİ adlanan dövlətin mövcudluğu vaxtında bütün vacib müşavirələrdə, partiya qurultaylarında bildirilirdi ki, ölkədə cari ilin ÜDM göstəricisi keçən ilə nisbətdə artıb. Lakin, hətta belə «artım»ların davamlı olmasına baxmayaraq SSRİ-nin iqtisadiyyatında qeyri-adi bir vəziyyət yaranmışdı. Belə ki, əmtəə və xidmətlərin dəyər baxımından həcmi artdığı halda insanlar ildən-ilə müflisləşirdi.

Sizcə, bu necə ola bilərdi? Bu sualın bir neçə cavabı var: "İkili", bəzən hətta, "üçlü" hesab! Aşağıdakı misallarla tanış olduqdan sonra bu “hesab”ları daha yaxşı başa düşmək olar.

Fərz edək ki, müəyyən bir şirkət taxta materialları, yəni lövhə, parket, faner və s. istehsal edir. Şirkət məhsulunu müxtəlif qrup istehlakçılara satır.

Digər zavod  isə vint, mismar buraxır və bazara çıxarır. Üçüncü şirkət isə istehlakçılara kimyəvi məhsullar, o cümlədən  boya, lak, rəng və sair məhsullar təklif edir. Bu şirkətlərin hər biri öz növbəsində, istehsal etdiyi və satdığı  məhsulun dəyəri haqqında  hesabatlar verir.

Fərz edək ki, bu məhsulların istehlakçılarından biri də mebel fabrikidir. Belə olan halda mebel istehsalında hər 3 şirkətin məhsulu xammal və yarımfabrikat sayılır. Mebel istehsal edilib, satıldıqdan sonra, bu fabrik də satılan məhsulun həcmi barədə hesabat verir.

Gəlin, bir qədər əvvəl öyrəndiyimiz makroiqtisadi axınları yenidən yada salaq.

Satılmış məhsulun dəyəri xammal və materialların dəyərini, əmək haqqını örtməli və mənfəət əldə etməyi tə'min etməlidir. Başqa sözlə, mebelin dəyərində lövhə, faner, boya, lak, mıx və s.-nin dəyəri nəzərə alınıb.

Belə çıxır ki, ÜDM hesablananda bu materialların hər birinin dəyəri onun həcminə 2 dəfə daxil edilir. Birinci dəfə ayrı-ayrı istehsalçıların buraxılışı kimi, ikinci dəfə isə mebelin dəyəri ilə birlikdə.

Vaxtilə kapitalist ölkələri ikili hesabdan qaçmağa çalışırdılarsa, o zamanlar sosialist dövlətləri görünüş üçün ikili və üçlü hesabdan istifadə edirdi. Beləliklə də sovet dönəmində ÜDM "şişir" və ildən-ilə artım baş verirdi.

Bu problemin həllinə düzgün yanaşmaq üçün "son məhsul" termininin  mənasını başa düşməliyik. Mümkündür ki, mismarlar, laklar, lövhələr və s. əmtəələr son məhsul kimi ÜDM hesablanmasında istifadə olunsun. Siz özünüz bu məhsulların hər birinin ayrı-ayrı təsərrüfat dükanlarında satıldığının şahidi olmusunuz. Lakin bizim misalımızda həmin məhsullar son deyil, aralıq məhsul olaraq çıxış edir və sonda mebelin dəyərinə daxil olur.

Bir sözlə, ÜDM-ün hesablanması zamanı başqa nemətlərin istehsalında istifadə olunan aralıq məhsul xaric edilir. ÜDM-in hesablanmasının problemi bununla bitmir. Belə ki, ÜDM-un hesablanmasında bir problem də özünü büruzə verir. Bu qiymətlərin dəyişməsi problemidir.

Heç kəsə sirr deyil ki, hər bir məhsul növü üzrə qiymətlərin zamandan asılı olaraq dəyişmək xüsusiyyəti mövcuddur və bu ilin göstəricisini keçən ilin göstəricisi ilə müqayisə edəndə belə dəyişiklik nəzərə çarpır.

Bu məqsədlə, ÜDM-in nominal və real anlayışlarını bir-birindən fərqləndirirlər.

Təsəvvürünüzə gətirin  ki, ölkədə birinci il ərzində istehsal edilən əmtəə və xidmətlərin dəyəri 100 mlrd. manatdır. Gələn il müvafiq göstərici 200 mlrd. manatadək artıb. Sizcə bu o deməkdirmi ki,  ikinci il 2 dəfə çox əmtəə və xidmət istehsal olunub?

Bu suala doğru cavab vermək üçün ötən və bu ilin orta qiymətlərini müqayisə edib, "qiymət indeksini" tapmaq tələb olunur.

Fərz edək ki, əmtəə və xidmətlərin orta qiyməti keçən ilə nisbətən bu il 2 dəfə artıb. Bu o deməkdir ki, dəyər ifadəsində ÜDM-in artmasına baxmayaraq, natural ifadədə keçən ilki qədər əmtəə və xidmətlər istehsal edilib.

Beləliklə də yadda saxlayaq ki, ÜDM hesabat ilinin qiymətində nominal, müqayisə edilən ilin qiymətində isə real adlanır.

ÜDM-in hesablanmasında nələrin nəzərə alınıb-alınmamasına diqqət yetirək. Bunu bilməkdən ötrü əvvəlcə ÜDM-in xərclər üzrə hesablanması düsturu ilə tanış olmaq tələb olunur:


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin