MƏCMU TƏKLİF, MƏCMU TƏLƏB
Məcmu təklif müəyyən dövr ərzində ölkə şirkətlərinin istehsal etməyə və satmağa hazır olduğu əmtəə və xidmətlərin ümumi miqdarıdır. O, qrafikdə AC kimi təsvir olunur, qiymət səviyyəsi, iqtisadiyyatda istehsal gücü və xərclərin ölçüsündən asılıdır.
Bütün məhsulların
qiymətlərinin orta
səviyyəsi AC
AD
Real ÜDM
Şəkil 33
Məcmu tələb - müəyyən dövr ərzində iqtisadiyyatın ayrı-ayrı bölmələrində xərclənməyə hazır olan pulun ümumi miqdarıdır. O, qrafikdə AD ilə təsvir olunur, istehlakçıların, istehsalçıların və dövlətin xərclərinin miqdarını göstərir.
Başqa sözlə, məcmu tələb iqtisadiyyata bütün təsərrüfat subyektlərinin ümumi xərclərini ifadə edir. Bura insanların əldə etdiyi avtomobillərin, ərzaqların, paltarların və digər nemətlərin ümumi alışı daxildir. Şirkətlər tərəfindən dəzgah və avadanlıqların, dövlət tərəfindən təyyarə, kompüter və s. alışı da bura aiddir.
Məcmu tələb və məcmu təklifin əyrisi mikroiqtisadiyyatda tələb və təklif əyrisinə oxşardır. Xatırlayırsınızsa, həmin əyri konkret məhsula tələbi və təklifi xarakterizə edirdi.
Bu qrafikin üfüqi oxunda iqtisadiyyatın məcmu istehsalı (real ÜDM), şaquli oxunda isə qiymətlərin ümumi səviyyəsi göstərilir.
Belə olan halda iqtisadiyyatda tarazlığa nə zaman nail olunur? Tarazlıq deyəndə biz nəyi nəzərdə tuturuq?
Makroiqtisadi tarazlıq qiymətin ümumi səviyyəsində qurulur.
Burada şirkətlər alıcıların almaq istədikləri məhsulu istehsal edir və satırlar. Tələb və təklifin bu modeli ölkənin bütövlükdə ayrıca bazarlarını birləşdirir. Buna görə də bizim qrafikdə ayrıca məhsulun qiyməti əvəzinə qiymət səviyyəsi və hər məhsulun miqdarı əvəzinə istehsalın real həcmi təsvir olunur.
Belə olan halda, sual meydana çıxır. Nə üçün məcmu tələb əyrisi soldan sağa sürüşür və aşağı meyllənir?
Yadınızdadırsa, biz konkret məhsul haqqında danışanda tələb əyrisinin hərəkətini gəlir və əvəzləmə effekti ilə başa salırdıq.
Məcmu tələbin əyrisinin hərəkətini isə 3 amillə izah etmək mümkündür.
Dostları ilə paylaş: |