- İşi olmayan, lakin iş tapmağa səy göstərənlər işsizlər hesab olunurlar.
- İşi olmayan və onun axtarışı ilə fəal surətdə məşğul olmayanlar iş qüvvəsi kateqoriyasına daxil edilmirlər.
İşsizliyin 4 tipi mövcuddur:
Friksion işsizlərə iş yerlərini dəyişən zaman aralıq müddətdə işsiz qalan insanlar daxildir. Friksion işsizliyi bir iş yerindən gedib digərini axtararkən və yaxud, məktəbi və ya kolleci bitirdikdən sonra işləmək üçün yaxşı variantlar tapmaq prosesində olanlar yaradır.