Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə123/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   176
Tsiklik işsizlik tənəzzül zamanı yaranır. Bu o səbəbdən baş verir ki, əhali mal və xidmətlərin böyük miqdarda alışından imtina edir və nəticədə rəhbərlər öz məhsul və xidmətlərini realizə edə bilmədiyindən iş yerlərini ixtisar edir, işçiləri işdən azad edirlər.

  • Struktur işsizlik mövcud olan vakansiyaların tələbləri ilə iş axtaranların istəklərinin üst-üstə düşməməsi səbəbindən baş verir. Belə işsizlərə o adamlar aid edilir ki, onları aşağı təhsil səviyyəsinə və zəruri ixtisaslarının olmamasına görə işə götürmürlər.

  • Mövsümi işsizlərə hava şəraitinin dəyişməsi səbəbindən ilin bir hissəsini işsiz qalan insanlar aid edilir. Belə ki, onlar ilin bəzi fəsillərində işlə təmin olunur, digər fəsillərində isə təbii (mövsümi) dəyişikliklərlə əlaqədar işsiz qalırlar.

    Gəlin, aşağıda təsvir olunmuş hər bir situasiyaya diqqət yetirib, onun qarşısında işsizlik tipini ifadə edən müvafiq hərfi qeyd edək.

      • Əgər nümunə friksion işsizliyə aiddirsə - F;

      • Əgər nümunə tsiklik işsizliyə aiddirsə - T;

      • Əgər nümunə struktur işsizliyə aiddirsə - S;

      • Əgər nümunə mövsümi işsizliyə aiddirsə - M.

        1. Sumqayıt inşaatçıları qış fəslində iş tapa bilmirlər.

        2. Bakı kondisioner zavodunun fəhlələri uzun sürən tənəzzülə görə işdən azad olunurlar.

        3. Gəncədəki işindən çıxan kompüter proqramçısı Bakıya iş axtarmağa gəlir.

        4. Dükanın satıcısı işini ona görə tərk edir ki, tənəzzül zamanı əhalinin iqtisadi aktivliyinin azalmasına görə satışın həcmi azalıb.

        5. Orta məktəbi yarımçıq tərk edən şagird işə qəbul olunmaq üçün bir neçə yerə ərizə ilə müraciət edir və onların hamısından ixtisasının aşağı olması motivi ilə imtina cavabı alır.

        6. Kollecin builki məzunu özünə ilk iş yeri axtarır.

        7. İş axtaran bir nəfər əmək haqqının aşağı olmasına görə işə götürülmə təklifindən imtina edir.

    Burada yalnız 1-ci sualın cavabı «M», 2 və 4-cü «T», 3, 6 və 7-ci isə «F» və nəhayət 5-cı sualın cavabı isə «S»-dir.
    Qiymət dəyişikliyinin ölçülməsi

    İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün qiymət indeksindən istifadə olunur.

    Qiymət indeksini tətbiq etməklə bir sıra məhsul, iş və (və ya) xidmətlərin qiymətlərini «kombinələşdirmək» və bir rəqəmlə bütün qiymət dəyişikliklərini ifadə etmək mümkündür. İstehlak qiymətləri indeksi (Consumer Price Index -CPI ), özündə qiymət dəyişilməsinin ölçüsünü göstərir. Bu indeks vasitəsilə əhalinin adətən istehlak etdiyi əmtəə və xidmətlərin qiymət dəyişikliyi ölçülür. Bu indeksin formalaşmasında insanların istehlakında daha çox üstünlük təşkil edən başlıca ərzaq məhsullarının və xidmətlərin qiymətinin dəyişməsi mühüm rol oynayır. Bu indeksin özü təxminən 400 adda məhsul və xidmətdən ibarət olan bazar zənbili əsasında formalaşır. Bunun vasitəsilə orta istehlakçının hər bir məhsul istehlakına nə qədər vəsait xərclədiyi müəyyənləşdirilir.

    Bununla yanaşı digər qiymət indeksləri də vardır. Onlar aşağıdakılardır:



    • 1. İstehsalçıların qiymət indeksi. Bu indeks istehlak mallarının onların pərakəndə satış səviyyəsinədək olan qiymətini, həmçinin firmaların əldə etdikləri avadanlıq və ehtiyatların qiymətini özündə əks etdirir.

    • 2. ÜDM -in deflyator qiyməti, bütün qiymət indeksləri ilə müqayisədə nisbətən inteqral göstərici hesab olunur. Belə ki, bu indeksdə istehsal olunmuş və göstərilmiş bütün məhsul və xidmətlərin qiymət dəyişikliyi nəzərə alınır.

    İstənilən qiymət indeksini hesablamaq üçün əvvəlki dövr, adətən 1 il -baza ili kimi seçilir. Asanlıq üçün baza dövründə istənilən indeks və onun komponentləri həmişə praktiki olaraq 100 səviyyəsində götürülür. İstehlak qiyməti indeksini hesablamaq üçün təklif olunan düstur aşağıdakı kimidir:


    Yüklə 4,2 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   119   120   121   122   123   124   125   126   ...   176




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin