Фуат рясулов


MİKROİQTİSADİYYAT, MAKROİQTİSADİYYAT



Yüklə 4,2 Mb.
səhifə14/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   176
MİKROİQTİSADİYYAT, MAKROİQTİSADİYYAT
İqtisadçılar "İqtisadiyyat" elminə iki səviyyədə yanaşırlar. Bu yanaşmaya görə, iqtisadiyyat mikro və makro səviyyələrdə fərqləndirilir. Mikroiqtisadiyyat firma, istehsalçı səviyyəsində baş verən prosesləri öyrənir. O məhdudluq, seçim, tələb və təklif, qiymət və onların təsərrüfat fəaliyyətinə təsirini və sair məsələləri aydınlaşdırır. Makroiqtisadiyyat dövlət miqyasında məsələlərə aiddir. O, məcmu tələb və təklifi, məcmu gəliri, inflyasiya və işsizliyi və sair məsələləri öyrənir. Əgər iqtisadiyyatı saat mexanizmi ilə müqayisə etsək, onda mikroiqtisadiyyat hər bir yayı, mıxı, çarxı, makroiqtisadiyyat isə bu detalların qarşılıqlı fəaliyyətini və onun nəticəsində vaxtın təyin edilməsinin səbəblərini aydınlaşdırır.

İqtisadiyyat insanlara nəyə görə lazımdır?

İnsanların, bir çox hallarda əsas, hətta ən yüksək tələbatları maddi tələbatlar hesab olunur ki, bunu da yalnız iqtisadiyyat təmin edə bilər. Hər bir ölkə, hər hansı bir xalq iqtisadi qanunların dərk edilməsinin özünəməxsus  yollarını müəyyən edir. Ölkələr bir-birilə ünsiyyətə ilk növbədə, ticarət vasitəsi ilə başlamışlar ki, bu da onlar üçün eyni istiqamətli və ya oxşar iqtisadi mexanizmlərin formalaşmasını şərtləndirmişdir. Bu gün biznesmen bir ölkədən digərinə gedərkən çox şeylər onun üçün tanış gəlir, beləliklə də o universal iqtisadiyyatın oyun qaydalarına vərdiş edir. Bu qaydalar əsrlərlə cilalanmış, təkmilləşdirilərək daha rasional olmuşdur. Çünki, hamı tərəfindən qəbul olunmuş iqtisadi qanunlara əməl etmədən fəaliyyət göstərmək həddindən artıq çətindir. Lakin bəzi ölkələrdə müxtəlif resursların böyük ehtiyatları olsa da, həmin dövlətlərin vətəndaşları yoxsul yaşayırlar. Çünki, onlar öz resurslarından qeyri-rasional istifadə edirlər.



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin