İQTİSADİYYATI NECƏ İDARƏ
ETMƏK OLAR? Makroiqtisadiyyatla məşğul olan iqtisadçılar arasında baş verən proseslərə münasibətdə daha çox populyarlaşmış üç müxtəlif yanaşma mövcuddur. Onlarla tarixi ardıcıllığı əsas götürməklə sıra ilə tanış olaq.
Klassik məktəb belə bir tezisdən çıxış edir ki, "təklif tələb yaradır". İqtisadiyyatda məşğulluq səviyyəsini saxlamaq üçün istehsalı dəstəkləmək zəruridir. İstehsalın özü gəlir yaradır ki, həmin gəlirlə istehsal olunan mallar alınır:
- əgər tələb aşağı düşsə, onda əmək haqqı da azalır. Bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxarır, sonuncu hadisə alıcıları daha çox mal almağa stimullaşdırır, nəticədə tələb artır;
- dövlətin rolu minimal olmalıdır, çünki iqtisadiyyat dəqiq qurulmuş tənzimlənmə mexanizminə malikdir. Dövlət iqtisadi fəaliyyəti ilə sabitliyi poza bilər.
Bu postulatların qrafiki təqdimatı aşağıdakı kimidir: