MV = PQ,
burada, M- tədavüldə olan pulun miqdarı
V- pulun dövr sürəti
P- qiymətlərin orta səviyyəsi
Q- əmtəə və xidmətlərin miqdarı
Biz öyrəndik ki, dövriyyədə olan pul kütləsi dövlət tərəfindən tənzimlənir. Bəs bunu konkret olaraq kimlər edir və necə həyata keçirir?
Adətən belə tənzimləmə ölkənin Mərkəzi (Milli) Bankı (MB) tərəfindən həyata keçirilir. Bunun üçün MB aşağıdakı alətlərdən istifadə edir:
- bank ehtiyatlarının norması;
- uçot dərəcəsi;
- açıq bazarda əməliyyatlar.
"Bank ehtiyatlarının norması" nədir? Fərz edək ki, hər hansı kommersiya bankınin 100 mlrd. manat pulu var. Müəyyən şəraitdə bank bu pulun hamısını kreditə verə bilərdi. Lakin, MB 20%-lik ehtiyat norması müəyyənləşdirdiyi tədqirdə, kommersiya bankı pulun yalnız 80 mlrd. manatını kreditə ayıra bilər. Qalan 20 mlrd. manatını isə toxunulmaz ehtiyat kimi saxlamağa borcludur. Beləliklə, MB ehtiyat normasını artırıb-azaldaraq bütünlükdə ölkə üzrə dövriyyədəki pul kütləsinə təsir imkanları qazanır.
Uçot faizi. Məlumdur ki, kommersiya bankları firmalara və əhaliyə kredit verir. Çox vaxt elə olur ki, kredit vermək üçün bankların öz vəsaitləri çatışmır. Onda bu banklar MB-dən borc pul alır və təbii ki, sonradan həmin borcu müəyyən faizlə qaytarır. MB-nin başqa banklara verdiyi kreditlər üzrə borc faizi-uçot faizi adlanır.
Açıq bazarda əməliyyatlar. Bütün ölkələrdə MB özünün borc öhdəliklərini-dövlət qiymətli kağızlarını buraxır. Bunlar ən etibarlı qiymətli kağızlar hesab olunur, çünki onların təminatçısı kimi dövlət özü çıxış edir. Bunları qiymətli kağızlar bazarında firmalar böyük məmnuniyyətlə alırlar. Bu qiymətli kağızlar satıldıqda MB onun əvəzində dövriyyədə olan pulun bir hissəsini əldə edir və bununla da dövriyyədə pulun miqdarı azalır. Dövlət dövriyyədə pulun miqdarını artırmaq istədikdə isə, öz "borclar"nı satın alır və bu məqsədlə dövriyyəyə əlavə pul kütləsi buraxır və son nəticədə pulun həcmi artır.
Gəlin, yuxarıda qeyd olunanları cədvəl vasitəsilə nəzərdən keçirək.
Cədvəl 16
Dostları ilə paylaş: |