MB pul kütləsini necə tənzimləyir
MB-in alətləri
|
Makroiqtisadi effekti
|
1. Bank ehtiyatlarının norması
|
Artır
Buxovlayıcı siyasət
Azalır
Genişləndirilmiş siyasət
|
Pul kütləsi
Faiz dərəcəsi
İnvestisiya
Pul kütləsi
Faiz dərəcəsi
İnvestisiya
|
2. Uçot dərəcəsi
|
Artır Buxovlayıcı siyasət
Azalır Genişləndirilmiş siyasət
|
Pul kütləsi
Faiz dərəcəsi
İnvestisiya
Pul kütləsi
Faiz dərəcəsi
İnvestisiya
|
3. Açıq bazarda əməliyyatlar
|
Qiymətli kağızların satışı
Buxovlayıcı siyasət
Qiymətli kağızların alışı
Genişləndirilmiş siyasət
|
Pul kütləsi
Faiz dərəcəsi
İnvestisiya
Pul kütləsi
Faiz dərəcəsi
İnvestisiya
|
İ qtisadi fikir tarixindən
M
ilton Fridmən (31.12.1912)
Son illər biz Sizlərlə bərabər iqtisadi siyasətə dair keçirilən müxtəlif səviyyəli debatları müşahidə edərkən çox tez-tez «monetarist» sözünü eşidirik. Monetaristlərin çox sevdiyi bu sözün populyarlaşmasında monetarizm iqtisadi nəzəriyyəsinin banisi Milton Fridmənə minnətdar olmalıyıq. Emiqrant ailədən olan, iqtisadi təhsilini aldığı təqaüdlə məşhur Çikaqo Universitetində başa vuran Fridmən sonradan uzun illər (1946-79-cu illərdə) həmin Universitetdə iqtisadiyyat professoru vəzifəsində çalışıb.
Onun iddiasına görə, inflyasiyanı pul kütləsinə təsir etmək yolu ilə nəzarətdə saxlamaq mümkündür, baxmayaraq ki, bir çox ölkələrdə dövlət xərclərini ixtisar etməyə milli hakimiyyətlərin «siyasi iradəsi» çatmır. 1976-cı ildə Nobel mükafatına layiq görülmüş Fridmən əmindir ki, «İnflyasiya həmişə və hər yerdə monetar fenomen sayılır». Əgər dövriyyəyə əlavə pul buraxılışının artım tempi məhduddursa və onun səviyyəsi iqtisadiyyatda istehsalın artım tempinə uyğundursa, onda məhsulun qiymətinin artımı (yəni inflyasiya) baş verməyəcəkdir.
Fridmən monetar siyasətin tətbiqi zərurətinə, həmçinin Keynsin nəzəriyyəsindən kənarlaşmasına əminliyini onunla əsaslandırır ki, bazar qüvvələri özünütənzimləmə xarakteri daşıyır və «işsizliyin təbii səviyyəsi mövcuddur».
Fridmənin nəzəriyyəsi anti-inflyasiya nəzəriyyəsi hesab olunur. Bu nəzəriyyə son illər keçid iqtisadiyyatlı ölkələrdə geniş tətbiq imkanları qazanmışdır. 1994-cü ildən başlayaraq Azərbaycan Respublikasının Milli Bankı pul kütləsinin tənzimlənməsində monetar alətlərdən istifadəyə üstünlük verir.
Xülasə
1
. Tarixən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşma səviyyəsi dərinləşdikcə natural mübadilə əməliyyatlarının aparılması getdikcə çətinləşmiş və mal mübadiləsinin asanlaşdırılmasına xidmət edən ticarət münsasibətləri formalaşmış, pul yaranmışdır. Pul – bütün əmtəələr üçün ümumi ekvivalentdir.
2. Pul rolunda çıxış edən əşyalar aşağıdakı tələblərə cavab verməlidir:
- insanların hamısı tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı əməliyyatları zamanı insanlar onu pul kimi qəbul etməyə hazır olsun;
- rahat daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə istifadə etmək mümkün olsun;
- dəyərin saxlanması baxımından elə olmalıdır ki, uzun müddət saxlandıqda alıcılıq qabiliyyəti azalmasın;
- kompakt, bircinsli və bölünən olmalıdır;
- uzunömürlü və daimi dəyərə malik olmalıdır.
3. Pul aşağıdakı 3 başlıca funksiyanı yerinə yetirir:
Pul tədavül vasitəsidir;
Pul əmtəə və xidmətlərin dəyər ölçüsüdür;
Pul sərvət toplanması vasitəsidir.
4. Pul kütləsini tənzimləmək üçün MB aşağıdakı alətlərdən istifadə edir:
- bank ehtiyatlarının norması;
- uçot dərəcəsi;
- açıq bazarda əməliyyatlar.
5. Makroiqtisadiyyatla məşğul olan iqtisadçılar arasında baş verən proseslərə münasibətdə üç müxtəlif yanaşma mövcuddur. Onun əsasını aşağıdakı nəzəriyyələr təşkil edir:
Klassik;
Keynsçi;
Monetarist.
Dostları ilə paylaş: |