İгtисаdи сямярялилик (расиonаллыг) - зярури hалларdа мювъуd ресурслардан миnимум сярf еtмякля максимум игtисаdи fайdа ялdя еdилмяси гайdасыdыр.
Dünyada iqtisadiyyat rasional prinsiplərlə idarə olunur. Məhz bu prinsip iqtisadi mexanizmlərin əsasını təşkil edir. Biz bilirik ki, təbiət fərqli funksiyalı müxtəlif canlılardan ibarətdir. Hətta canlıların bir növü olan qarışqa da öz “məmləkətində” müxtəlif funksiyalar yerinə yetirir.
Əmək bölgüsü daha doürusu ixtisaslaşması - insanların və ya qrupların yalnız müəyyən olunmuş növdə işləri yerinə yetirməsinə yönələn iqtisadi əməkdaşlıq mexanizmidir.
Digər mexanizm - əməyin kooperasiyasıdır.
Əməyin kooperasiyası insanlar və ya firmalar arasında hansısa əmtəənin buraxılması üçün lazım olan istehsalat əməliyyatlarının bölgüsüdür.
Sizlərdən çoxunuz beynəlxalq kooperasiyalaşmanın nəticələrini hətta öz evinizdə də hiss etmisiniz. Yəqin ki, sizin yapon istehsalı olan televizorunuzun kinoskopu Honkonqda, ya da Tayvanda hazırlanıb. İxtisaslaşma və kooperasiyalaşma yüksək ustalıüa şərait yaratmaqla, məhsuldarlıüın artımını da təmin edir.
Dostları ilə paylaş: |